Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cübənd (Əhər)
Cübənd (fars. جوبند‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 196 nəfər yaşayır (48 ailə).
Çubənd
Çubənd—Qaradağ vilayətinin Əhər mahalında yerləşən kənd. Hazırda Əhər şəhristanına bağlıdır. == Tarixi == Çubənd kəndi Qaradağın qədim kəndlərindəndir. Bu kənd tarixin bir çox olaylarına tanıqlıq edib. == Tanınmış simaları == Cəfər xan Çubəndi Nasir Dövran-şair. == Qalereya == == Mənbə == Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998, 192 səh.
Gülbəndə
Gülbəndə — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Kəlbənd
Kəlbənd — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kəlbənd rayon mərkəzindən 26 km cənub qərbdə, Burnovuldağ silsiləsinin cənub ətəyində yerləşir. Əhalisi kənd təsərrüfatı və heyvandarlıq ilə məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi vardır. == Əhalisi == Əhalisi 385 nəfərdir ki onunda 188 nəfəri kişi, 197 nəfəri qadındır. === Şəhidləri === 1. Azər Əsgər oğlu Mürsəlov 1974-05.07.1993 2.
Nalbənd
Nalbəndlik — peşə. Nalbənd (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Nalbənd (Çaypara) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. Nalbənd (ağac) — Qaraağac fəsiləsinin qaraağac cinsinə aid bitki.
Yüzbənd
Yüzbənd (Əhər)
Kəlbənd bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nalbənd (Pəmbək)
Nalbənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu illərdə Leninakan adlı rayonun tabeliyində olmuşdur. Burada 30 - cu illərdə Nalbənd adlı dörd toponim olmuşdur. Nalbənd kəndi, Nalbənd qışlağı, Nalbənd vağzalı, Nalbənd dəmiryolu. Toponim Azərbaycan dilində peşə mənasında işlənən nalbənd (nalçı, heyvanların ayağına nalvuran adam) sözü əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.
Nalbənd (Talış)
Nalbənd (fars. نعلبند‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 458 nəfər yaşayır (102 ailə).
Nalbənd (Çaypara)
Nalbənd (fars. نعلبند‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (54 ailə).
Salbənd (Maku)
Salbənd (fars. سالبند‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 142 nəfər yaşayır (25 ailə).
Yüzbənd (Kəleybər)
Yüzbənd (fars. يوزبند‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd.
Yüzbənd (Əhər)
Yüzbənd (fars. يوزبند‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Bülənd Ecevit
Mustafa Bülənd Ecevit (türk. Mustafa Bülent Ecevit, 28 may 1925[…], Konstantinopol – 5 noyabr 2006[…], Ankara) — şair, jurnalist, publisist, partiya sədri, baş nazir və siyasət adamı. == Haqqında == Müxtəlif dövrlərdə Ankara, Zonquldağ və İstanbuldan millət vəkili olmuşdur. Təmsilçilər Məclisinin üzvü, Cümhuriyyət Xalq Partiyası və Demokratik Sol Partiyasının sədri seçilmişdir. Türkiyə Çalışma Bakanı, dövlət naziri, baş nazir köməkçisi və baş nazir kimi fəaliyyət göstərmişdir. Ali təhsili olmadığı üçün Türkiyə prezidentliyinə namizəd ola bilməmişdir. Atası əslən güneydoğudan köçərək gəlmiş bir kürd kökənli müderrisin oğlu Kastamonu doğumlu Əhməd Fəxri Əcəvit Ankara Hüquq Fakültəsində professor idi . Anası Fatma Nazlı (milliyyətcə boşnak) isə rəssamdı. 1944-cü ildə Robert kolecini bitirən Bülənd Ecevit elə həmin il fəaliyyətinə Basın Yayın Genel Müdirliyində tərçüməçiliklə başladı. 1946-cı ildə sınıf yoldaşı Rahşan (Aral) Ecevit ilə ailə həyatı qurdular.
Bülənd Ulusu
Bülənd Ulusu (7 may 1923, Üsküdar, İstanbul ili – 23 dekabr 2015, İstanbul) – Türkiyə Respublikasının Baş naziri (1980–1983-cü illər). == Həyatı == Saim Bülənd Ulusu 1923-ci ildə İstanbulda anadan olmuşdur. 1 may 1940-cı ildə Hərbi Dəniz Məktəbinə daxil olmuş və 15 oktyabr 1941-ci ildə "asteğmen" (ən kiçik hərbi rütbə) rütbəsi alaraq buranı bitirmişdir. Bundan sonra müxtəlif qərargah vəzifələrində çalışmışdır. 1955-ci ildə Hərbi Dəniz Akademiyasını bitirmişdir. TCG Gaziantepe Komutanlığı və müxtəlif qərargah vəzifələrini icra etmiş və briqada generalı rütbəsinə (1964-cü il) qədər yüksəlmişdir. Bu rütbədə Dəniz Qüvvələri Komutanlığı Harekat Dairə Başqanlığında mina flotunda komandir köməkçisi vəzifəsində çalışmış, 1967-ci ildə general-mayor rütbəsi almışdır. Hərbi Flot Komandanlığı və Dəniz Qüvvələri Komandanlığı Hətəkatı Başqanlığında çalışmışdır. 1970-ci ildə general-leytenant rütbəsi almışdır. Şimal Dəniz Sahə Komandanı, , Dəniz Qüvvələri Komandanlığı qərargah rəisi və Dəniz qüvvələri Komandanı vəzifələrini yerinə yetirmiş və 1974-cü ildə general rütbəsini almışdır.
Gülbən Ərgən
Nur Ergen Türkiyə pop müğənnisi, aparıcı, model və aktrisası. == Həyatı == 25 avqust 1972-ci ilde İstanbulda anadan olmuşdur. Karyerasına model kimi başlayan Gülbən tez bir zamanda film dünyasına atılmışdır. Türk tamaşaçısı onu "Dayə" serialında canlandırdığı Mələk obrazı ilə tanıdı. İbrahim Tatlısəslə iş birliyi ona böyük uğur gətirdi. O, Tatlısəsin "Haydi söylə" klipində çəkildikdən sonra, onunla "Firat" serialında baş rolu bölüşdü. Müğənni kimi debütünü 1996-ci ildə "Mərhaba" albomu ilə etdi. Ardınca "Kör Aşık", "Sade ve Sadece" albomlarını yazdırdı. Bu albomlardan ən yadda qalanlar isə "Sandık lekesi", "Abayı yaktım", "Arka sokaklar", "Teşekkür ederim", "Sade ve sadece" mahnıları oldu. 1998-ci ildə "Mərziyə" serialında baş rola çəkildi.
Yavuz Bülənd Bakilər
Yavuz Bülənd Bakilər (1936, Sivas)— Türk şair və yazıçı. Jurnalistika və vəkillik ilə məşğul olub. == Həyatı == Əslən azərbaycanlı mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilər Sivasda anadan olub. İlk və orta təhsilini Sivas, Qaziantep və Malatyada alıb. 1960-cı ildə Ankara Universitetinin Hüquq fakültəsindən məzun olduqdan sonra qısa bir müddət Yeni İstanbul qəzetində çalışıb. TRT Ankara Radiosu Mərkəz Proqram Dairəsi başqanlığında reportyor çalışarkən müxtəlif mədəni proqramlar hazırlayıb və onlara aparıcılıq edib. 1969–1975-ci illər arasında Sivasda vəkilliklə məşğul olub. İl Başqanlığı vəzifəsində olduğu Ədalət Partiyasından bələdiyə başçısı və millətvəkili namizədi göstərildi. 1975–1976-cı illər arasında Başbakanlık Torpaq və Tarım Reformu Müsteşarlığında hüquq müşavirliyi ilə məşğul olan və 1976–1979-cu illər arasında Ankara Televiziyasında çalışdıqdan sonra 1979–1980-ci illər arasında Türkiyə respublikası Mədəniyyət və Turizm nazirliyində müstəşar yardımçısı olaraq işlədi. 12 sentyabr çevrilişinin ardından müşavir kadrlığına təyin olundu və 1992-ci ilə qədər bu nazirlikdəki xidmətini davam etdirdi.
Pulkənd
Pulkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 22 km şimal-qərbdə yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd 1918 də dağıdılmışdır. 1906-cı il iyulun 5-də köç yolunun üstündə yerləşən Qalaçıq erməni kəndinin silahlı dəstəsi ilə Şahsevən və Qarafındıqlı elatları arasında toqquşma baş verir. Ermənilər 20 nəfər, türklər isə 30 nəfər itki verir. Bundan sonra erməni silahlı dəstələri türklər yaşayan Pul, Ərikli, Şükar və Məliklər kəndlərinə hücum edərək onları viran qoymuş, əhalisini qaçqın düşməyə məcbur etmişdilər. 150 türk ailəsi didərgin vəziyyətdə, açıq səma altında yaşamağa məcbur qalmışdı. == Toponimi == Toponim fars dilində "körpü" mənasında işlənən pül (pul) sözünə, "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.
Qulbəndə
Qulbəndə — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Quləbənd
Quləbənd — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Əhalisi == Əhalisinin sayı 1080 nəfərdir. == Toponimikası == Xalq etimologiyasına görə, oykonim "Qulu bəndi" deməkdir. Guya vaxtilə Qulu adlı şəxs bənd tikdirmiş, həmin ətrafda salınmış yaşayış sahəsi də Qulubəndi adlandırılmışdır. Azərbaycan dilinin dialektlərində qula "ağ, sarı rəng" mənasında, bən isə "xal, ləkə" mənasında işlənir. Güman etmək olar ki, oykonim kəndin yerləşdiyi ərazinin ümumi görünüşü ilə bağlı yaranmışdır və "səthi ağ-sarı torpaq örtüyündən ibarət yer" mənasındadır.
Çelvənd
Çelvənd dehestanı — İranda, Gilan ostanının Astara şəhristanının Ləvəndil bəxşində inzibati ərazi vahidi. Çelvənd (Astara, İran) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd.
Cullen
Cullen (lat. Cullen) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Qulbəndə bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çelvənd dehestanı
Çelvənd dehestanı (fars. دهستان چلوند‎) — İranda, Gilan ostanının Astara şəhristanının Ləvəndil bəxşində inzibati ərazi vahidi. 2011–ci il siyahıyaalınmasına əsasən dehestan inzibati cəhətdən 12 kəndi əhatə edir, onlardan 2–sində əhali yaşamır.
Çəlvənd dehestanı
Çelvənd dehestanı (fars. دهستان چلوند‎) — İranda, Gilan ostanının Astara şəhristanının Ləvəndil bəxşində inzibati ərazi vahidi. 2011–ci il siyahıyaalınmasına əsasən dehestan inzibati cəhətdən 12 kəndi əhatə edir, onlardan 2–sində əhali yaşamır.
Cülyen Beyker
Cülyen Rouz Beyker (29 sentyabr 1995, Memfis, Tennessi) — amerikalı müğənni-bəstəkar və multi-instrumentalist. Fibi Bricers və Lüsi Dakus ilə birlikdə yaratdığı Boygenius qrupunun üzvüdür. == Həyatı == Tennessi ştatının Memfis şəhərində anadan olub böyüyən Beyker, Tennessi Dövlət Universitetində tələbə olarkən debüt albomu Srained Ankle (2015) buraxdı. Albom müsbət rəylər aldı və 2015-ci ilin sonunda bir neçə siyahıda yer tutdu. Sonradan Beyker, Matador Records ilə müqavilə imzaladı və daha çox kritik uğur əldə etmək üçün 2017-ci ildə Turn Out the Lights adlı ikinci studiya albomunu dərc etdi. Onun üçüncü albomu, Little Oblivions (2021) daha dolğun səsi əhatə etdi və onun Billboard 200 hit-paradında ilk 40-da yer alan ən yaxşı albomu oldu.
Cülyen Lamerti
Cülyen Ofre de Lametri (12 dekabr 1709 və ya 25 dekabr 1709, Sen-Malo – 11 noyabr 1751[…], Potsdam) — fransız teoloq-alim. == Həyatı == O, əvvəlcə Parisdə, sonra isə Leydendə tibb təhsili almışdır. Lametri ləqəbi ilə yaşadığı məlum olduqdan sonra onu Hollandiyadan da çıxarırlar. II Fridrixin dəvəti ilə o, Berlinə gəlir və Berlin Universitetində elmi fəaliyyətini davam etdirir. Lametri sensualizmi Dekartın insan davranışının maşınabənzər olması ideyası ilə birləşdirir. O hesab edirdi ki, Dekartın iki substansiya ilə bağlı ideyası ilahiyyatşıları aldatmaq üçün işlənilmiş “stilistik hiylədir”. Lametri materialist olaraq göstərirdi ki, ruh və bədən ayrılmazdır. O, bir həkim kimi müəyyənləşdirmişdi ki, güclü qızdırma nəticəsində qan dövranı onun ruhi vəziyyətinə və fikri fəaliyyətinə təsir göstərir. Lametriyə görə, ruh mövcuddur, lakin o, bədəndən ayrılmazdır. İnsanın fəallığının mənbəyi tələbatlardır.