Nalbənd (Pəmbək)

Nalbənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd.[2]

kənd
Nalbənd
40°51′38″ şm. e. 44°09′10″ ş. u.
Ölkə  Ermənistan
Region Pəmbək mahalı
Rayon Hamamlı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.650 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.821 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Nalbənd xəritədə
Nalbənd
Nalbənd

Rayon mərkəzindən 11 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.

1930 - cu illərdə Leninakan adlı rayonun tabeliyində olmuşdur. Burada 30 - cu illərdə Nalbənd adlı dörd toponim olmuşdur. Nalbənd kəndi, Nalbənd qışlağı, Nalbənd vağzalı, Nalbənd dəmiryolu[4].

Toponim Azərbaycan dilində peşə mənasında işlənən nalbənd (nalçı, heyvanların ayağına nalvuran adam) sözü əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l. 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Şirakamut qoyulmuşdur. Şirakamut 1988-ci il dağıdıcı Spitak zəlzələsinin episentrində yerləşir. Zəlzələ kəndi yerlə bir eləyib, burada 300 nəfər həlak olub. İllər ötdükcə kənd nisbətən bərpa olunub, amma hələ də müvəqqəti yaşayış yerlərində qalırlar. Şirakamutda 40 ailə vaqon evlərdə yaşayır.[5]

Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 25 nəfər azərbaycanlı yaşamışdır[6].

XX əsrin əvəllərində, 1905-1906-cı illərdə baş verən erməni-azərbaycanlı münaqişəsi nəticəsində onlar ermənilər tərəfindən sıxışdırılaraq deportasiya olunmuşdur. İndi yalnız ermənilər yaşayır. Şirakamutun 1800 sakinindən 300 nəfəri daimi yaşayış üçün Rusiyaya köçüb. Sovet illərində burada 250 nəfərin çalışdığı tikiş fabriki fəaliyyət göstərib. Bu gün həmin fabrikdə cəmi 17 nəfərə yaxın adam işlə təmin olunub. Vaxtilə 230 nəfərin çalışdığı lift üçün ehtiyat hissələri hazırlayan zavod isə hazırda ümumiyyətlə işləmir.[5]

İllər üzrə əhalisinin sayı[7]:

İl 1831 1897 1926 1939 1959 1970 1979 1989 1993 2001 2004
Əhali 161 1030 1545 1854 2118 2531 2408 1872 2628 2310 2626
  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.184
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.42
  5. 1 2 "Yaz – kişilərin qazanc dalınca getdiyi fəsil". 2019-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-24.
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.42-43
  7. https://www.cadastre.am/storage/files/pages/pg_907871769_HH_bnak._bar..pdf Arxivləşdirilib 2014-09-12 at the Wayback Machine Ermənistan Respublikası: yaşayış yerləri lüğət