Quləbənd — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir.[1]
Quləbənd | |
---|---|
40°28′38″ şm. e. 47°43′13″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ucar rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 11 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1080 (2009) nəfər |
Əhalisinin sayı 1080 nəfərdir.[2]
Xalq etimologiyasına görə, oykonim "Qulu bəndi" deməkdir[3]. Guya vaxtilə Qulu adlı şəxs bənd tikdirmiş, həmin ətrafda salınmış yaşayış sahəsi də Qulubəndi adlandırılmışdır. Azərbaycan dilinin dialektlərində qula "ağ, sarı rəng" mənasında, bən isə "xal, ləkə" mənasında işlənir. Güman etmək olar ki, oykonim kəndin yerləşdiyi ərazinin ümumi görünüşü ilə bağlı yaranmışdır və "səthi ağ-sarı torpaq örtüyündən ibarət yer" mənasındadır.[4]