Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Canlar Cavadov
Canlar Aqil oğlu Cavadov (18 iyun 1980, Kirovabad – 29 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Canlar Cavadov 1980-cı il iyunun 18-də Gəncə şəhərində anadan olub. 1987-1998-ci illərdə Gəncə şəhərində N. Aydın adına 18 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Yeddi övladı yadigar qaldı. == Hərbi xidməti == Canlar Cavadov 2004-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Canlar Cavadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Canlar Cavadov sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Canlar Cavadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Canbar
Canbar — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Canbar kəndi dağ ətəyində yerləşir. Cambar variantında da qeydə alınmışdır. Oykonimi çənbər (dairə) sözü ilə əlaqələndirirlər. Eyni zamanda Candar kimi də yozulur. Candar orta əsrlərdə şərqdə, o cümlədən Azərbaycanda uzun müddət saray vəzifələrindən biri olmuş, "keşikçi, mühafizəçi, cangüdən" mənasında işlənmişdir. Saraydakı xidmətlərinə görə candarlara verilən pay torpaqları onların vəzifə adları ilə də adlandırılmışdır.
Candar
Candar, Candari — Gürcüstan Respublikasının Kvemo Kartli mahalının Qardabani bələdiyyəsi ərazisində azərbaycanlıların yaşadığı kənd. Marneulidən 3 kilometr şimalda, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Candar kəndi Marneuli aqlomerasiyasına daxildir. Əhalisi 3118 nəfərdir (2002); əsasən əkinçiliklə məşğuldur. Kənddə Azərbaycan dilində məktəb 1922-ci ildən fəaliyyət göstərir. == Tanınmış şəxsləri == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. V cild. Bakı, 2014. səh.185.
Canqar
Canqar — Qərbi monqolların dastanı. == Dastan haqqında == XIII—XIV əsrlərə aid edilən bu dastan dünya folklorunun ən böyük əsərlərindən biridir. == Xarici keçidlər == «Джангар» на калмыцком языке на форуме «Свободная Калмыкия» «Джангар» на русском языке на сайте «Бумбин Орн» Arxivləşdirilib 2018-10-29 at the Wayback Machine Mongolian Epic Identity: Formulaic Approach to Janggar Epic Singing Arxivləşdirilib 2016-04-02 at the Wayback Machine «Джангар» — наш идеал! «Бумба» — наше будущее?
Danlar
Danlar və ya Datlar Danimarka sakinləridir. İngiliscə Danish öz dillərində isə Danskere kimi səslənir. German xalqlarından olan danlar xristiandırlar və lüterandırlar. Dünyada 6 milyondan çox insan dan dilində danışır.
Xanlar
Göygöl — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə şəhər Göygöl adlandırılmışdır. 22 avqust 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası — Yelenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salındı. 1938-ci ildə qəsəbə Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Xanlar rayonunun Göygöl adlandırılması barədə qərar qəbul edib. == Coğrafiyası == Göygöl Azərbaycanın şimal-qərbində, Gəncə şəhərindən 10 km cənubda, Kiçik Qafqazın Murovdağ silsiləsinin ətəklərində yerləşir.
Şanlar
Şanlar və ya şan xalqı — Cənub-Şərqi Asiyada yaşayan etnik qrupdur. Şanlar, əsasən, Birmanın (Myanma) Şan əyalətində yaşayırlar. Eyni zamanda Mandalay regionunun Kaçin və Kayin əyalətlərinin bir hissəsində və Çinin qonşu bölgələrində (Day xalqı), Laosun Assam regionunda (Ahom xalqı) və Taylandda da yaşayırlar. 1935-ci ildən bəri Myanmada etibarlı siyahıyaalma aparılmasa da, şanların sayının 4-6 milyon olduğu təxmin edilir. "Şan" Myanmanın içərisindəki bütün Tay etnik mənşəli insanlar üçün ümumi bir termindir. Şan əyalətinin paytaxtı təxminən 390.000 nəfər əhalisi olan, Myanmanın beşinci böyük şəhəri Tauncidir. Digər böyük şəhərlərə Hsipav, Laşio, Kenqtunq və Taçileik daxildir. == Qruplar == === Əsas qruplar === Şan xalqının əsas qrupları bunlardır: Tay Yay və Şan Proper - bu günədək şan xalqının tay dilində bildiyi ən böyük qrup Tay Lü - ənənəvi əraziləri Sişuanqbanna (Çin) və şərqi əyalətlər Tay Xuen və ya Tay Xün - Tay Yayın Kenqtunq bölgəsində əksəriyyəti təşkil edən alt qrupu. Kenqtunq rayonunun keçmiş hakim ailəsi bu qrupa aid idi.
Candar (Salmas)
Candar (fars. جاندر‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 365 nəfər yaşayır (62 ailə).
Candar (Sarvan)
Candar, Aran Candar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd..
Catlar (xalq)
Catlar, catilər (sanskritcə kasta, qəbilə, tayfa) — eramızın əvvəllərində Pəncabın qərb rayonlarında və Şimali Hindistanda məskunlaşmış iri tayfa qrupu. == Yayılmaları == Ümumi sayları bir neçə milyon nəfərdir. Pəncab dilində (dialektləri catki-hindi, hindki və s.) danışırlar, urdu dili də yayılmışdır. == Din == Dindarları Pakistanda müsəlmandır, Hindistanda isə siqhizmin ardıcıllarıdır; hinduistlər də var. == Tarixi == Eramızın əvvəllərində Catların əcdadlarının maldar tayfaları Pəncabın qərb rayonlarında məskunlaşmışlar. Sonralar Şimali Hindistanda yayılmış Catlar pəncablıların etnik əsasını təşkil etmiş və siqhlərin icmasına daxil olmuşlar. Hindistanda Catların əksəriyyəti eyni adlı əkinçi kastaya çevrildi. Orta əsrlərdə Böyük Moğollarla davamlı müharibələr aparan Catlar müstəqil dövlətlərini qurmuşlar. 1849-cu ildə bu dövlət ingilis müstəmləkəçiləri tərəfindən zəbt edilmişdir. Əsas məşğuliyyətləri xış əkinçiliyi və maldarlıqdır.
Lök-Candar
Lökcandar, Dağ Candar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Ququti kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd Lök dağlarının şimal ətəyində, rayon mərkəzi Başkeçid şəhərindən 32 km cənub-şərqdə yerləşir. Lökcandar kəndi Gürcüstanın Ermənistanla sərhədində yerləşir. Dəniz səviyyəsindən 2000 m hündürlükdə olan Lök dağının ətəyində, Bolnisi rayonunun inzibati sərhədi ilə kəsişmədədir. Cənub-şərq tərəfindən Ermənistanla dövlət sərhədi mövcuddur. Dörd tərəfdən meşə ərazisi ilə əhatə olunmuşdur. Ətrafının meşə və dağlıqla əhatə oluması, müəyyən çətinliklər yaradır ki, bu da yolla bağlıdır. Hər iki tərəfdən çayların axması da qış və yay daşqınları zamanı böyük çətinliklər yaradır. Kəndin qərb istiqamətində Qamışlı kəndi yerləşir və bu kəndlə məsafə 4 km olmasına baxmayaraq avtomobil yolu istifadəyə yararsız vəziyyətdədir.Cənub-Qərbdə isə Lök- Candar kəndini ətraf aləmlə birləşdirən, çətin keçilən avtomobil yolu vardır.
Xanlar (Bakı)
Bibiheybət, Xanlar (1936–1992) — Bakının Səbail rayonunda şəhər tipli qəsəbə. Bakının qədim kəndlərindən biri. == Tarixi == XX əsrin əvvəllərinə qədər Şıx, 1936-cı ildə Xanlar adı verilmiş və qəsəbə statusu almışdır. 1992-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Səbail rayonu Xanlar qəsəbəsinin adı dəyişdirilərək Bibiheybət qəsəbəsi adlandırılmışdır. Əhalisi əsasən sənaye müəssisələrində və xidmət sahələrində çalışır. Qəsəbə uzun müddət neft hasilatı ilə tanınmışdır. Sosial obyektləri, idman kompleksləri, istirahət zonası, Bibiheybət məscidi var. Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyinin 2012-ci ilin yekunlarına həsr olunan yığıncağında Hesabat məruzəsi ilə çıxış edən Bibiheybət qəsəbə icra nümayəndəsi Anar Həsənli bildirmişdir ki, burada hazırda 2200 nəfər əhali yaşayır, 365 nəfər məcburi köçkün məskunlaşmışdır. == Mədəniyyəti == Burada XIII əsrdə tikilmiş Bibiheybət məscidi yerləşir.
Xanlar Səfərəliyev
Xanlar Həsən oğlu Səfərəliyev (1885, Qoçəhmədli, Cəbrayıl qəzası – 26 sentyabr (9 oktyabr) 1907, Bakı) — Fəhlə hərəkatının üzvü, Hümmət təşkilatının fəalı. 1938–2008-ci illərdə indiki Göygöl rayonu onun şərəfinə Xanlar adlanmışdır. == Həyatı == Xanlar Səfərəliyev 1885-ci ildə Cəbrayıl qəzasının Qoçəhmədli kəndində anadan olmuşdur. İbtidai təhsilini Qarğabazar kənd məktəbində almışdı. 1900-cü ildə Bakı şəhərinə köçmüş, Bibiheybət neft mədənlərində, "Naftalan" zavodunda işləmişdi. Bakı proletariatının 1904-cü il dekabr tətilinin təşkilatçılarından olmuşdu. Birinci rus inqilabı dönəmində, (1905–1907-ci illərdə) RSDFP Bibiheybət rayon komitəsi və bolşevik "Hümmət" təşkilatının büro üzvü kimi fəhlələr arasında təşviqat və təşkilat işi aparmış, tətil hərakatına başçılıq etmiş, bolşevik qəzet və vərəqələrinin yayılmasında fəallıq göstərmişdi. 1907-ci ilin payızında "Naftalan şirkəti" fəhlələrinin tətilinə rəhbərlik etmişdi. Xanlar Səfərəliyevin inqilabı fəaliyyəti neft sənayesi sahiblərini hiddətləndirmişdi. Abuzər bəy Aşurbəyov Dağıstandan qatil dəvət etmiş, Xanları öldürməyə görə böyük pul boyun olmuşdu.
Xanlar Vəliyev
Xanlar Rüstəm oğlu Vəliyev (15 mart 1955, Yevlax) — Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru (2005-ci ildən), ədliyyə general-leytenantı (2005), Azərbaycan Respublikasının Əməkdar hüquqşünası (2015). == Həyatı == Xanlar Rüstəm oğlu Vəliyev 1955-ci il mart ayının 15-də Yevlax şəhərində anadan olmuş, 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla respublika prokurorluğu orqanlarına işə qəbul olunmuşdur. Xanlar Vəliyev Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləmiş, 1993–2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilmişdir. 24 iyun 2005-ci ildə ona ədliyyə general-leytenantı ali hərbi rütbəsi verilmişdir. == Təltif və mükafatları == 27 sentyabr 2008 — "Azərbaycan Bayrağı" ordeni 28 sentyabr 2018 — 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni 23 iyun 2006 — "Hərbi xidmətlərə görə" medalı 18 mart 2015 — "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı Azərbaycan Respublikası Baş prokurorunun 15 mart 2005-ci il tarixli əmri ilə "Prokurorluğun fəxri işçisi" döş nişanı Azərbaycan Respublikası Baş prokurorunun 13 mart 2020-ci il tarixli əmri ilə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" yubiley medalı == Ailəsi == Ailəlidir, üç övladı var. Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin qardaşıdır.
Xanlar adası
Xanlar adası — Azərbaycana məxsus Xəzər dənizində Bakı arxipelaqına aid ada. Qum adasından cənub-sərqdə yerləşir.
Xanlar məscidi
Xanlar məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. Xanlar məscidi — Ramana qəsəbəsində yerləşən və yerli əhəmiyyətli abidə olan məscid.
Xanlar qəsəbəsi
Ağdağ (əvvəlki adı: Xanlar) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Göygöl rayonunun Göygöl şəhər inzibati ərazi dairəsi tərkibindəki Xanlar qəsəbəsi Ağdağ qəsəbəsi adlandırılmışdır.
Xanlar rayonu
Göygöl rayonu (əvvəlki adı: Xanlar rayonu) — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Göygöl şəhəridir. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə rayon Göygöl rayonu adlandırılmışdır. == Tarixi == Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman kolonistləri tərəfindən Yelenendorf (alm. Helenendorf‎) adı altında salınıb. İlk dəfə Helenendorfda 56 ailə yaşamışdır. Mənzərəli təbiəti olan Helenendorfda alman memarlığı üslubunda evlər tikilərək 6 küçə salınmışdır, ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərmişdir. Bu icma Azərbaycan ərazisində o dövr üçün ilk böyük yerli olmayan milli icma idi. Tarixi mənbələrlərdən məlumdur ki, burada 1821-ci ildə ilk dəfə olaraq İsveçrə missionerlərinin köməyi ilə Sinod çağırılmış və bütün alman icmaları üçün Zaqafqaziyanın birinci Ümümkilsə nizamnəməsi qəbul edilmişdir. 1836-cı ildə Yelenendorfda yaşayan sakinlər sırasında 8 nəfər pinəçi, 8 dənizçi, 4 dülgər, 4 dərzi, 7 furqon ustası və s.
Xanlar Şirinov
Xanlar Şirinov - Fizia-riyaziyyat elmləri doktoru, professoru == Həyatı == Xanlar Şirinov 1906-cı ildə Qubadlı rayonunun Abdalanlı kəndində anadan olmuşdu. Kənddə orta məktəbi bitirdikdən sonra 1923-cü ildə Bakıya gələrək fəhlə fakultəsinə daxil olur. Oranı bitirirdikdən sonra Azərbaycan Dövlət Universitetinə qəbul olur. Universiteti bitirdikdən sonra 1931-ci ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunda "Fizika" kafedrasında müəllim işləməyə başlayır. 1941-ci ildə II Dünya Müharibəsi onun pedaqoji fəaliyyətini dayandırmağa məcbur etdi və 416-cı Taqanroq diviziyasının alay komandirinin siyasi məsələlər üzrə müavini kimi döyüşlərdə iştirak edir. O, bu diviziyanın tərkibində də fərqlənmişdir. Belə ki, 1943-cü ildə Qafqaz cəbhəsinin Kaputçino-Didinkino rayonunda gedən ağır döyüşlərdə göstərdiyi şücaətə görə "Qızıl ulduz" ordeni ilə təltif edilmişdir. Müharibə qurtardıqdan sonra öz sevimli peşəsinə qayıdır və elmi axtarışlarını davam etdirərək, dissertasiya işini müdafiə edərək elimlər namizədi alimlik dərəcəsinə layiq görülür. O, fizia və kvant fizikası sahəsində Azərbaycan elminə bir çox töhfələr vermişdir. 1967-ci ildə X.C.Şirinova professor adı verilir və M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun "Xalq təssərüfatında atom enerjisinin tətbiqi" kafedrasının müdiri vəzifəsinə təyin olunur.
Xanlar Əhmədov
Xanlar Əhməd oğlu Əhmədov (12 iyun 1946, Bakı) — rəssam-heykəltaraş, Azərbaycan Respublikasının xalq rəssamı (2006). == Həyat və yaradıcılığı == Əhmədov Xanlar Əhməd oğlu 12 iyun 1946-ci ildə Bakıda anadan olmuşdur. O, Ə.Əzimzadə adına Rəssamlıq Texnikumu (1961–1966), Daşkənd Teatral-Bədii İnstitutunda (1966–1972) təhsil almışdır. Əsasən dəzgah və monumental heykəltaraşlıq sahəsində işləyən Xanlar Əhmədov bir sıra məşhur monumental layihələrin müəllifidir. Xanlar Əhmədov Xocalı faciəsini əks etdirən silsilə əsərlərini yaradıb. Bu cür heykəltaraşlıq və qrafika əsərləri sırasında "Nalə", "Ana körpəsi ilə", "Yanmış qadın", "Ata fəryadı", "Fikir", "Ana", "Tomris ana", "Soyunan", "Leyli və Məcnun", "Əzmkarlıq" əsərlərini misal çəkmək olar. Azadlıq prospekti metrostansiyasında böyük həcmli relyef əsərlərinin müəllifidir. Həmçinin, metronun foyesində Azərbaycan tarixi abidələrini əks etdirən əsərləri yaradıb. Xanlar Əhmədov 1975-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. O, 1982-ci ildə VDNX-nın bürünc medalı, 1995 və 1998-ci ildə Heykəltaraşlıq nominasiyasında Milli "Humay" mükafatı almışdır.
Xanlar Əliyev
Xanlar Əziz oğlu Əliyev (1920, Petropavlovka – 28 fevral 1944, Liozno rayonu[d], Vitebsk vilayəti) — kapitan, İkinci Dünya müharibəsinin iştirakçısı. == Həyatı == Xanlar Əliyev 1920-ci ildə Azərbaycan SSRİ Sabirabad rayonunda (keçmiş Petropavlovka, Cavad qəzası) anadan olub. === Döyüş yolu === Xanlar Əliyev 1939-cu ildən Qırmızı Ordu sıralarına qatılıb. Xanlar Əliyev müharibənin ilk günlərindən döyüşlərdə iştirak edib. O, Rusiya Federasiyasının Smolensk vilayətinin azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənib. 1943-cü ilin may ayından 42-ci Piyada Diviziyasının 459-cu Piyada Alayının ilk pulemyot bölüyünə komandirlik edib. Həmin bölüyün tərkibində Qərb Cəbhəsində döyüşüb. 1943-cü ilin may-iyun döyüşlərində bölüyə nümunəvi komandirliyinə və səriştəsinə görə ilk “Qırmızı ulduz” ordeni ilə təltif edilib. O, 1943-cü ilin avqust-sentyabr aylarında Smolensk istiqamətində Qərb cəbhəsinin hücumunda özünü cəsur və fəal döyüşçü kimi göstərmişdir. Spas-Demensk və Smolensk şəhərlərinin azad edilməsində iştirak etmişdir.
Xanlar (Xudabəndə)
Xanlar (fars. خانلار‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (49 ailə).
Xanlar (ada)
Xanlar adası — Azərbaycana məxsus Xəzər dənizində Bakı arxipelaqına aid ada. Qum adasından cənub-sərqdə yerləşir.
Xanlar (dəqiqləşdirmə)
Xanlar (Bakı) — Bakı şəhəri Səbail rayonunun ərazisində şəhər tipli qəsəbə Bibiheybətin əvvəlki adı. Xanlar — Azərbaycandakı Göygöl şəhərinin əvvəlki adı. Xanlar rayonu — Azərbaycandakı Göygöl rayonunun əvvəlki adı. Xanlar (qəsəbə) — keçmiş Xanlar rayonunun eyniadlı şəhər inzibati ərazi vahidində qəsəbə. Xanlar (ada) — Bakı körfəzində ada. Quş adası da adlanır.
Xanlar (qəsəbə)
Ağdağ (əvvəlki adı: Xanlar) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Göygöl rayonunun Göygöl şəhər inzibati ərazi dairəsi tərkibindəki Xanlar qəsəbəsi Ağdağ qəsəbəsi adlandırılmışdır.
Çatlar
Çatlar — süxurlarda, demək olar ki, cüzi və ya da heç bir yerdəyişmə yaratmayan qırılmalar. == Haqqında == Çatlar mənşəyinə görə tektonik (tektoklazlar) və qeyri-tektonik olurlar. Daha çox yayılmış birincilər bu və ya digər dərəcədə düzgün həndəsi şəbəkə əmələ gətirən sistemlərdə birləşir və inkişafda olan strukturların daxilində baş verən deformasiyalarla sıx əlaqədə olurlar. Qeyri-tektonik çatlar (ilkin) poliqonal şəbəkələrlə, dəyişkən istiqamətli olması, tez-tez pazlaşması və yerləşdiyi süxurların materialının dolması ilə səciyyələnirlər. Bunların əmələ gəlməsi, əsasən, gec diagenez və epigenez prosesləri ilə bağlıdır. Yer üzərinə çıxan süxurlarda, dağ-mədən qazımalarında, kernlərdə adi gözlə müşahidə edilən çatlar makroçat adlanır. Morfoloji əlamətlərinə görə (uzunluğu və təbəqələşmə ilə qarşılıqlı əlaqəsinə görə) tektonik çatlar birinci və ikinci tərtibli çatlara bölünür. Birinci tərtibli çatlar müxtəlif litoloji tərkibli təbəqələr qrupunu kəsir, İkinci isə, adətən, eyni litoloji tərkibli bir və ya bir neçə təbəqə ilə məhdudlaşır (Smexov və b., 1962). Əlamətlərə görə müxtəlif təsnifatı təklif edilmişdir. Billinqs (1949) çatların genetik və həndəsi təsnifatını verib: 1) dartılma, qopma (qəlpələnmə), genişlənmə, çıxardılma; 2) uyğun çat, normal kəsən çat, təbəqələşməboyu çat.
Çaylar
Çay — quruda özünün əmələ gətirdiyi yataq üzrə hərəkət edən su axını, təbii yataqla axan, hövzəsindəki səth axımı və yeraltı axımla qidalanan su axınıdır. Hər bir çayın uzunluğu, dərəsinin eni, düşməsi, meyilliyi, axın sürəti, su sərfi, asılı maddələrin miqdarı, suyun kimyəvi tərkibi, hövzəsinin sahəsi ilə səciyyələnir… == Ümumi məlumat == Hər bir çay uzunluğu, eni, hövzəsinin sahəsi, dərinliyi, meyilliyi, səviyyəsi, axın sürəti, su sərfi, suyun kimyəvi tərkibi və s. ilə səciyyələnir. Çayın başlandığı yerə çay mənbəyi, dənizə, gölə töküldüyü və ya digər çayla birləşdiyi yerə çay mənsəbi deyilir. Yayda quruyan azsulu çayların çoxunun mənsəbi olmur. Belə çaylara kormənsəbli çaylar deyilir. Belə çaylara Avstraliyada krik deyilir. Bəzi çayların mənsəbində delta, estuari və bar əmələ gəlir. Bilavasitə okeana, dənizə, gölə tökülən, yaxud qumluqlarda və bataqlıqlarda itənlər əsas çay, buna birləşənlər çay qolu adlanır. Çaydan ayrılan qollar (bax Bifurkasiya) da olur (məs., Kürdən ayrılan qol — Bala Kür yaxud Aquşa).
Sirr açanlar
Sirr açanlar - ABŞ-nin Discovery kanalında yayımlanan tele veriliş. Verilişin aparıcıları Ceymi Hayneman və Adam Sevic müxtəlif sirlərin üstünü açırlar. Verilişin Çəkiliş prosesi adətən San-Fransisko körfəz sahəsində olur. 2015-ci ilin Oktyabr ayının 21-də verilişin sonuncu mövsümü olan 14-cü mövsümünün yayımlanacağı deyilmişdir. Şou 248-ci seriyada bitəcək, yoxlanılmış miflərin sayı 1050-yə, keçirilmiş eksperimentlərin sayı 2950-yə çatacaqdır.
Tolga Çandar