Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Universal Carrier
Universal Carrier Vickers-Armstrong və digər şirkətlər tərəfindən istehsal olunmuş olan Böyük Britaniya istehsalı olan zirehli transportyorlar üçün istifadə edilən ümumi təyinatdır. Asqı sistemi Horstmann asqı sistemi olub, yanacaq həcmi 91 L, əməliyyat mənzili 250 km, maksimum sürəti isə 48 km/saat olmuşdur. Bu texnika, İkinci Dünya müharibəsi zamanı Millətlər Cəmiyyəti qüvvələri tərəfindən geniş şəkildə istifadə edilmişdir. Universal Carrier əsasən şəxsi heyətin və avadanlıqların, xüsusən də silahların və ya pulemyot platformalarının daşınması üçün istifadə olunmuşdur. Bu texnikadan ümumilikdə 113.000 ədəd istehsal edilmişdir ki, bu da onu tarixdə ən çox istehsal edilən zirehli döyüş maşınlarından birinə çevirmişdir.
Casper Cons
Casper Cons (d.15.5.1930, Corciya ştatı, Oqasta) — Amerika rəssamı, heykəltaraş və qrafik. == Həyatı == 1949–51-ci illərdə Cənubi Karolina Universitetində təhsil almış, 1952-ci ildə Nyu-Yorka köçmüş və oradakı kommersiya rəssamlıq məktəbində oxumuşdur. 1954-cü ildə R. Rauşenberqlə görüşmüşdür; onların birgə yaradıcılıq fəaliyyəti Amerika pop-artının əsasını qoymuşdur. == Fəaliyyəti == Consun yaradıcılığında bu yeni istiqamət "Amerika bayraqları" (1954-cü ildən), "Hədəflər" (1955-ci ildən) silsilə əsərlərində öz əksini tapmışdır. Rəssam hamıya məlum işarələri bədii şəkildə təkrarlayaraq, bir növ təsviri tavtologiyalar yaratmışdır. 1960-cı ildə Cons məişət əşyalarının (pivə bankaları və s.) tunc surətlərindən ibarət seriya yaratmışdır ("Naxışlı tunc", 1960, Rəssamlıq muzeyi, Bazel). 1960-cı illərdə Cons litoqrafiya ilə məşğul olmuşdur; çap qrafikası üsulları onun 1970-ci illərdə yaratdığı əsərlərinin formal-plastik mövzusunu müəyyən etmişdir ("Adsız", 1972, Lüdviq muzeyi, Köln). 1980-ci illərdəki yaradıcılığında ötən dövrlərin müxtəlif motivləri birləşərək, onun əsərlərinə avtobioqrafik səciyyə vermişdir ("Qaçağan düşüncə lər", 1983, Vitni Amerika incəsənəti muzeyi).
Casper Heyl
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. == Əsas obrazlar == === Bella Svon === İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Casper milli parkı
Casper milli parkı — Kanadanın qayalı dağlarında ən böyük milli park. == Tarixi == Norz Vest Kompani üçün bölgədə ticarət mağazası olan Casper Hovesin şərəfinə adlandırılmışdır. 1907-ci il sentyabr ayının 14-də Casper Forest Park adı altında yaradılmışdır. 1930-cu ildə park statusunu almışdır. 2014-cü ildə Casper milli parkının 2154710 ziyarətçisi vardı. == Coğrafiyası == Kanadanın qərbində, Albert əyalətindədir. Sahəsi təqribən 1,1 mln. ha. 1907-ci ildə Atabaska çayının yuxarı axınında, Qayalı dağların iynəyarpaqlı meşələrlə və Alp çəmənləri ilə örtülü şimal yamaclarında (3747 m-ədək yüksəlikdə) yaradılmışdır; buzlaqlar var. Heyvanlardan qara və qonur ayı (qrizli), maral, dələ, vaşaq, puma, qar qoyunu; təqribən 200 növ quş məskunlaşmışdır.
Çaşır
Çaşır (lat. Prangos) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Cryptodiscus A.Schrenk Cryptodiscus Schrenk ex Fisch. & C.A.Mey.
Gamze Taşcıer
Gamze Taşcıer (1982, Ankara) — əczaçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Gamze Taşcıer 1982-ci ildə Ankara şəhərində anadan olub. 2004-cü ildə Ankara Universiteti Əzcaçılıq bölməsindən məzun olub. Əczaçı olaraq çalışıb. Əczaçılar Birliyinin üzvü olub. Qadın və uşaq hüquqları, sosial təminat, səhiyyə və əczaçılıq siyasəti sahələrində araşdırmaları və layihələri olub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2016, 2018, 2020-ci illərdə CHP Məclis üzvü seçilib. Noyabr 2023-cü ildə CHP İdarə Heyətinin çalışma və sosial təminat nazirliyindən məsul sədr müavini seçilib. 2018 və 2023-cü illərdə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.
Gövdəsiz çaşır
Gövdəsiz çaşır (lat. Prangos acaulis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin çaşır cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik sıx, qısa və bozumtul tükcüklü, ot bitkisidir. Ləçəkləri bayırdan saqqalcıqlıdır, Hündürlüyü 40-sm-dir. Kökətrafı yarpaq lövhələri enli üçküncdür, üçər-dördər yarılmış lələklidir, son ayları kütdür, uzunsov xətvaridir, eni 2-3 mm-dir. Gövdə yarpaqları kiçikdir və az yarılmış, uzun-xətvari ayalıdır. Çətirləri 5(4)-6 şüalıdır. Meyvələri uzunsovdur (uzunluğu 12-13 mm-dir), enli dalğalı-pərdəli qanadları vardır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə aprel-may, meyvəvermə may-iyun aylarına təsadüf edir.