Gövdəsiz çaşır

Gövdəsiz çaşır (lat. Prangos acaulis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin çaşır cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür.

Gövdəsiz çaşır
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik sıx, qısa və bozumtul tükcüklü, ot bitkisidir. Ləçəkləri bayırdan saqqalcıqlıdır, Hündürlüyü 40-sm-dir. Kökətrafı yarpaq lövhələri enli üçküncdür, üçər-dördər yarılmış lələklidir, son ayları kütdür, uzunsov xətvaridir, eni 2-3 mm-dir. Gövdə yarpaqları kiçikdir və az yarılmış, uzun-xətvari ayalıdır. Çətirləri 5(4)-6 şüalıdır. Meyvələri uzunsovdur (uzunluğu 12-13 mm-dir), enli dalğalı-pərdəli qanadları vardır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə aprel-may, meyvəvermə may-iyun aylarına təsadüf edir. Kserofitdir. Düzənlik və aşağı dağ qurşaqlarında, gipsli, gilli yerlərdə və quru dərələrdə rast gəlinir.

Naxçıvan düzənliyi və Naxçıvanın dağlıq hissəsində yayılmışdır (Darıdağ, Ardıc dağ, Qaraquş dağ, Kotamdağ ətəkləri).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Antropogen amillərin məhdudlaşdırıcı təsiri azalma tendensiyası yarada bilər.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Yaz aylarında qida və dərman bitkisi kimi kütləvi şəkildə toplanılması təbii bərpasını ləngidir.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Təhlükə altında olduğundan qorunması vacibdir. Akademik H.Əliyüv adına Zəngəzur Milli Parkı və Arpaçay Dövlət Təbiət Yasaqlıqlarının ərazisində təbii populyasiyaları mühafizə altına alınmalıdır.