Casper Cons

Casper Cons (d.15.5.1930, Corciya ştatı, Oqasta) — Amerika rəssamı, heykəltaraş və qrafik.[1]

Casper Cons
ing. Jasper Johns
Doğum tarixi 5.15.1930
Doğum yeri Corciya ştatı, Oqasta
Vətəndaşlığı ABŞ ABŞ
Fəaliyyəti rəssam, heykəltaraş, kostyum dizayneri[d], dizayner, fotoqraf, qrafika ustası[d], rəssam-qravürçü[d], illüstrasiyaçı[d], vizual incəsənət rəssamı, incəsənət xadimi
Təhsili Cənubi Karolina Universiteti
Janrlar Rəssamlıq, obyektlər
Stillər pop-art, neodada
Tanınmış işləri rəssam, heykəltaraş və qrafik
Üzvlüyü
Mükafatları Prezidentin "Azadlıq" medalı National Medal of Arts
jasperjohns.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1949–51-ci illərdə Cənubi Karolina Universitetində təhsil almış, 1952-ci ildə Nyu-Yorka köçmüş və oradakı kommersiya rəssamlıq məktəbində oxumuşdur. 1954-cü ildə R. Rauşenberqlə görüşmüşdür; onların birgə yaradıcılıq fəaliyyəti Amerika pop-artının əsasını qoymuşdur.[1]

Consun yaradıcılığında bu yeni istiqamət "Amerika bayraqları" (1954-cü ildən), "Hədəflər" (1955-ci ildən) silsilə əsərlərində öz əksini tapmışdır. Rəssam hamıya məlum işarələri bədii şəkildə təkrarlayaraq, bir növ təsviri tavtologiyalar yaratmışdır. 1960-cı ildə Cons məişət əşyalarının (pivə bankaları və s.) tunc surətlərindən ibarət seriya yaratmışdır ("Naxışlı tunc", 1960, Rəssamlıq muzeyi, Bazel). 1960-cı illərdə Cons litoqrafiya ilə məşğul olmuşdur; çap qrafikası üsulları onun 1970-ci illərdə yaratdığı əsərlərinin formal-plastik mövzusunu müəyyən etmişdir ("Adsız", 1972, Lüdviq muzeyi, Köln). 1980-ci illərdəki yaradıcılığında ötən dövrlərin müxtəlif motivləri birləşərək, onun əsərlərinə avtobioqrafik səciyyə vermişdir ("Qaçağan düşüncə lər", 1983, Vitni Amerika incəsənəti muzeyi).[1]

  1. 1 2 3 Casper Cons// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 383–384. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]