Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jean-Christophe Bouvet
Jan-Kristof Buve (24 mart 1947, Paris) Parisdə dünyaya gəlmiş Fransız aktyor, kinorejissor və yazıçısıdır. == Bioqrafiyası == 24 mart 1947-ci ildə Parisdə anadan olub. Jan-Kristof Buve VII Eduard teatrında Jean-Laurent Cochetdən dram dərsləri almışdır. Parisin VIII Region Universitetində kino, dilçilik və psixoanaliz üzrə təhsil alıb. Andre Techine və Claude Chabrol ilə görüşdükdən sonra onların köməkçisi olur. Eyni zamanda aktyor, müəllif və rejissor assistenti kimi fəaliyyətə başlayıb. 1969-cu ildə Jan-Kristof Buve filmlərdə rol almağa başlayır, onun debütü Jak Skandelarinin rejissoru olduğu “Buduarda fəlsəfə” (Fransızca “La Philosophie dans le boudoir”) filmindəki epizodik rolu idi. 15 iyul 1976-cı ildə Marseldə 20 yaşlı Kristian Ranyuşanın gilyotinində edam edilməsindən şoka düşən Buve ölüm hökmünə qarşı mübarizəyə başlayır və 1977-ci ildə Pol Vekkialini “Maşın” (fransızca “La Machine”) filminin ssenarisini yazmağa dəvət etmişdir və burada özü baş rolu canlandırmışdır. Bu, onun uşaq öldürdüyünə görə ölümə məhkum edilmiş yetkinlik yaşına çatmayanlar üçün cəlbedici görünən Pyer Lanti rolunu oynadığı ilk böyük film rolu idi. Həmçinin bu filmin ssenarisini yazanlar içərisində Buve də iştirak etmişdir.
Patrik Klüvert
Patrik Stefan Klüvert ([ˈpɛtrɪ ˈklœyvərt] ( dinlə), 1 iyul 1976, Amsterdam) – hollandiyalı keçmiş futbolçu, məşqçi və idman direktoru. Xüsusilə Ayaks, Barselona və Hollandiya millilərində hücumçu kimi çıxış edib. Hazırda Super Liqa komandalarından olan "Adana Dəmirspor"un keçmiş baş məşqçisi. == Həyatı == Patrik Stefan Klüvert 1976-cı ildə Hollandiyanın Amsterdam şəhərində anadan olub. Hücumçudur. Futbolçu karyerasına 1994-cü ildə Ayaks klubunda başlayıb. 1997-ci ilə qədər bu klubun şərəfini qoruyub. Ayaks klubunun heyətində çıxdığı 70 oyunda 39 qola imza atıb. Ayaks klubu ilə 2 dəfə (1995,1996) Hollandiya çempionluğunu, 2 dəfə də (1994, 1995) Hollandiya Superkubokunu qazanıb. 1 dəfə (1995) isə çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb.