Jean-Christophe Bouvet

Jan-Kristof Buve (24 mart 1947, Paris) Parisdə dünyaya gəlmiş Fransız aktyor, kinorejissoryazıçısıdır.

Jan-Kristof Buve
Doğum tarixi 24 mart 1947(1947-03-24) (77 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, kinorejissor, ssenarist, kino aktyoru, televiziya aktyoru
Fəaliyyət illəri 1971-ci ildən
IMDb ID0003133
mapage.noos.fr/bouvet/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

24 mart 1947-ci ildə Parisdə anadan olub.

Jan-Kristof Buve VII Eduard teatrında Jean-Laurent Cochetdən dram dərsləri almışdır. Parisin VIII Region Universitetində kino, dilçilik və psixoanaliz üzrə təhsil alıb. Andre Techine və Claude Chabrol ilə görüşdükdən sonra onların köməkçisi olur. Eyni zamanda aktyor, müəllif və rejissor assistenti kimi fəaliyyətə başlayıb.

1969-cu ildə Jan-Kristof Buve filmlərdə rol almağa başlayır, onun debütü Jak Skandelarinin rejissoru olduğu “Buduarda fəlsəfə” (Fransızca “La Philosophie dans le boudoir”) filmindəki epizodik rolu idi.

15 iyul 1976-cı ildə Marseldə 20 yaşlı Kristian Ranyuşanın gilyotinində edam edilməsindən şoka düşən Buve ölüm hökmünə qarşı mübarizəyə başlayır və 1977-ci ildə Pol Vekkialini “Maşın” (fransızca “La Machine”) filminin ssenarisini yazmağa dəvət etmişdir və burada özü baş rolu canlandırmışdır. Bu, onun uşaq öldürdüyünə görə ölümə məhkum edilmiş yetkinlik yaşına çatmayanlar üçün cəlbedici görünən Pyer Lanti rolunu oynadığı ilk böyük film rolu idi. Həmçinin bu filmin ssenarisini yazanlar içərisində Buve də iştirak etmişdir.

Jean-Kristophe Bouvet bir sıra mənfi personajları da canlandırmışdır: Moris Pialanın (yazıçı Georges Bernanosun romanı əsasında) rejissoru olduğu “Şeytanın günəşi altında” filmində Şeytan, Jerar Depardye ilə birlikdə (film 1987-ci ildə Kannda “Qızıl Palma” mükafatını almışdır.) oynadığı “Maşın” filmində Pierre Lanti; rejissor Alen Berberianın çəkdiyi “Qorxu şəhəri” (Fransızca “La Cité de la peur”) filmində Jan-Pol Martoni.

Bouvet, Jan-Klod Biettenin radikal kino janrından tutmuş, Luk Bessonun komediya kino janrına qədər müxtəlif janrlı filmlərdə oynamışdır.

2000-ci ildə Taksi 2 və onun davamı olan Taksi 3 və Taksi 4 filmlərində ekssentrik və narahat diviziya generalı Edmond Bertino rolunu canlandırmışdır. Bu rol Buveyə böyük populyarlıq gətirmişdir.

2016-cı ildə Jan-Kristof Pyer Leonun çəkdiyi “İki Remi, iki” (Fransızca “Deux Rémi, deux”) filmində sosial satıcı Qolye rolunu oynamışdır. 2017-ci ildə Jerom Rebaudun ilk bədii filmi olan “Fransa günləri” (fransızca: “Jours de France”) adlı filmində Savoyadan olan kişi rolunu oynamışdır. 2018-ci ildə rejissor Jan-Klod Brisso tərəfindən çəkilmiş “İblis bizi aparsın” (Fransızca “Que le diable nous emporte”) filmində qoca və müdrik Tauntonu rolunu canlandırmışdır.