Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dağüstü
Dağüstü – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Buduq bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Dağüstü oyk., mür. Quba r-nunun Buduq i.ə.v.-də kənd. Yan silsiləsinin (Böyük Qafqaz) yamacındadır. Oykonim "dağ üstündə salınmış kənd" mənasında olub, kəndin yerləşdiyi coğrafi mövqeyi bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 114 nəfər əhali yaşayır.
Dağüstü qəbiristanlığı
Dağüstü qəbiristanlığı və ya Pirvənzərə qəbiristanlığı — Azərbaycanın Bakı şəhərində 1930-cu illərin əvvəllərinə qədər mövcud olan müxtəlif məzhəbli qəbiristanlıq . Qəbiristanlıq Bakı təpəsinin üstündə, Çəmbərəkənd kəndinin cənub-şərqində, Pirvənzərə kimi tanınan yerdə yerləşirdi. Şəhər mühəndisi polkovnik Nikolay fon der Nonne tərəfindən tərtib olunmuş 1899-cu il Bakı şəhərinin planında qəbiristanlıq bir neçə ərazilərə bölünürdü: müsəlman, erməni həvari, pravoslav, katolik, lüteran, yəhudi və molokan. Qəbiristanlıq ərazisində bir neçə kilsə də vardı. 1930-cu illərin ilk yarısında qəbiristanlıq söküldü və onun yerində Sergey Kirov adına park salındı. 1990-cı ildə qəbiristanlığın köhnə müsəlman hissəsində, Qara Yanvar faciəsi qurbanlarının cəsədləri və sonra Qarabağ münaqişəsi zamanı həlak olanlar dəfn edilmişdir. Bu gün bu sahə Şəhidlər Xiyabanı olaraq tanınır. == Tarixi == === Dağüstü qəbiristanlığın yaranması === 1882-ci il tarixli Bakının "Kaspi" qəzetinin avqust sayında qeyd olunurdu ki, yaşayış binalarının yaxınlığında qəbiristanlığın yerləşməsi əhaliyə zərərlidir.. Qəzet xüsusilə qeyd etdi ki, qəbiristanlıq, xüsusən də rus qəbiristanlığı, xarici şəhər evlərinin damlarından başlayır və qəbiristanlığa girmək üçün ilk evin əsas pilləsindən sonuncu pilləsinə kimi gedib, məzarları adlamaq üçün kifayətdir və ya, bu evlərin hər birinin damından kiçik bir addım attıb, qəbiristanlığa girmək olar. Bir çox sakinlər qəzetin müxbirlərinə məlumat vermişdilər ki, qızmar havada cəsədlərin parçalanmasından güclü qoxu gəlirdi.
Filüstü polo
Filüstü polo — polonun Cənubi-Şərgi Asiyada yayılmış filüstü növü. Oyunçular topu meydançada atüstü polodakı olduğu kimi bambukdan düzəldilmiş xüsusi polo taxtası vasitəsi ilə hərəkət etdirirlət. Oyun 200 m uzunluğu olan meydançada oynanılır. Oyun vaxtı filin üstündə iki nəfər oturur: oyunçu və fili idarə edən. Filüstü polo XX əsrin əvvələrində Asiya səfər edən ingilislərlə oynanılmağa başladı. İdman növü kimi XX əsrin sonlarında formalaşıb. Filüstü polonun ümumdünya assosiyasıyası 1982-ci ildə Nepalın Çitvan Milli Parkında Ceyms Manklark və isveçrəli Cim Edvards tərəfindən yaranmışdı. Əvvəlcə top kimi adi futbol topundan istifadə edilirdi. Ancaq fillərin bu topları əzdiyinə görə, kiçik ölçülü standart polo topundan istifadə edilməyə başlanıldı. Bambuk polo taxtaları da atüstü polodan götürülüb.
Sokolski debütü
Sokolski debütü — Şahmat termini Bu debütü tədqiq edən və dəfələrlə işlədən Belorusiya şahmatçısının şərəfinə adlandırılmışdır.
Ponsiani debütü
Ponsiani debütü — Şahmat termini. İlk dəfə XVIII əsrdə italyan nəzəriyyəçisi tətbiq etmişdir.
Reti debütü
Reti debütü — Şahmat termini. Nəzəri cəhətdən yaradan və onu sistematik olaraq praktikasında tətbiq edən çex qrosmeysterinin şərəfinə adlandırılmışdır.
Damüstü reklam qurğuları
Damüstü reklam qurğular — Açıq hava reklamının bir növü. Damüstü reklam, quraşdırıldığı yerə görə (damda), ilkin və ikincidərəcəli auditoriyanı cəlb etmək üçün əvəzedilməz imic konstruksiyasıdır. Bundan əlavə, damüstü qurğu, potensial istifadəçilərə təsir göstərmək üçün yeni imkanlar açır. Bu növ qurğular hətta 10 km uzaqlıqdan belə insanların diqqətini cəlb edir. == Mənbə == Damüstü qurğular.
Bülbülün büstü
Bülbülün bürünc büstü — Şuşa şəhərində ucaldılmış bürünc büst. Abidə ermənilər tərəfindən gülləylə deşik-deşik edilmiş, dəmir tullantısı kimi Gürcüstana satılmışdır. 1992-ci ildə Şuşanın işğalından sonra büst (Natəvan və Üzeyir Hacıbəyovun büstləri ilə birlikdə) Gürcüstan ərazisinə çıxarılır ki, orada metal kimi satılsın. Sonralar bu büstlər Azərbaycan hakimiyyəti tərəfindən alınır. Namiq Dadaşov Xurşidbanu Natəvana qoyulan, sonradan ermənilər tərəfindən gülləbaran edilən, hazırda isə Ramiz Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan heykəllərinin də müəllifi məhz odur. Böyük nəğməkarımız Bülbülün, eləcə də dahi sənətkarlarımız Üzeyir Hacıbəyov və Natəvanın erməni vəhşiləri tərəfindən güllələnmiş heykəlləri ölməz Bülbülün ləyaqətli oğlu Polad Bülbüloğlunun səyləri nəticəsində Bakıya gətirilib.
Nefertitinin büstü
Nefertitinin büstü — Misir fironu Exnatonun həyat yoldaşı Nefertitinin əhəngdaşı və stukkodan hazırlanmış büstü. Büstün e.ə. 1345-ci ildə heykəltaraş Tutmos tərəfindən yaradıldığı düşünülür. Beləki, büst Misirdə, Amarna şəhərində yerləşən Tutmosun atelyesindən tapılmışdır. Qədim Misirin ən çox surəti çıxarılmış əsərlərindən biridir. Əsərin tapılması ilə Nefertiti antik dünyanın ən tanınmış qadınların biri kimi qəbul edildi və qadın gözəlliyinin simvoluna çevrildi. Büst Ludviq Borxardtın rəhbərlik etdiyi alman arxeoloji qrupu tərəfindən 1912-ci ildə Tutmosun atelyesində aşkar olundu. Tapıldıqdan sonra büst, bir bankın zirzəmisində, Merkers-Kizelbax duz mədənində, Dahlem muzeyində, Şarlottenburqdakı Misir muzeyində və Qədim Muzeydə saxlanıldı. Hal-hazırda II Dünya müharibəsindən əvvəl sərgiləndiyi Berlinin Yeni Muzeyində sərgilənir. Nefertitinin büstü Qədim Misirdən başqa Berlinin də mədəniyyət simvoluna çevrildi.
Berd debütü (şahmat)
Berd debütü — Şahmat termini. Praktikaya tətbiq edən İngiltərə ustasının şərəfinə adlandırılmışdır.
Fil debütü (şahmat)
Fil debütü — şahmat termini. İlk dəfə olaraq XV-XVI əsr ispan şahmatçısı Lusenin traktatında və Gettin əlyazmalarında təsadüf edilir .
Nimtsoviç debütü (şahmat)
Nimtsoviç debütü — Şahmat termini Qrossmeyster A. Nimtsoviç tərəfindən XX əsrin 20-ci illərində praktikada tətbiq edilmişdir.
Ponsiani debütü (şahmat)
Ponsiani debütü — Şahmat termini. İlk dəfə XVIII əsrdə italyan nəzəriyyəçisi tətbiq etmişdir.
Reti debütü (şahmat)
Reti debütü — Şahmat termini. Nəzəri cəhətdən yaradan və onu sistematik olaraq praktikasında tətbiq edən çex qrosmeysterinin şərəfinə adlandırılmışdır.
Vəzir piyadalarının debütü
Vəzir piyadalarının debütü — Şahmat termini Debüt sistemlərinin ümumi adı. Burada ağlar c2-c4 gedişindən imtina edirlər.
Leonid Azqaldyanın büstü
Leonid Azqaldiyanın büstü (erm. Լեոնիդ Ազգալդյանի կիսանդրի), həmçinin Leonid Azqaldiyanın abidəsi (erm. Լեոնիդ Ազգալդյանի հուշաքար) Ermənistanın paytaxtı İrəvan şəhərində, Xorenatsi küçəsinin kəsişməsində Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı Leonid Azqaldyanı təsvir edən büst. Abidə 11 dekabr 2002-ci ildə ucaldılmışdır. Abidənin heykəltəraşı Tiqran Arzumanyandır. Abidə qranitdən hazırlanmışdır və ümumi hündürlüyü 2,2 metrdir. 2022-ci ilin aprelində Leonid Azqaldyanın büstü vandalizmə məruz qalmışdır. İrəvan sakini Karen Xaçatryan Leonid Azqaldiyanın büstünün burun hissəsini sındırmışdır. Xaçatryanın sözlərinə görə, o, bu addımı ona görə atıb ki, onun fikrincə, 2020-ci ildə baş tutan İkinci Qarabağ müharibəsinin günahkarı Leonid Azqaldiyandır.
Dörd at debütü (şahmat)
Dörd at debütü — Şahmat termini. İlk dəfə olaraq XVI əsr italyan şahmatçısı və nəzəriyyəçisi D. Polerianın əlyazmalarında göstərilir.
Anton Çexovun büstü (Taqanroq)
Anton Çexovun büstü — Anton Pavloviç Çexovun şərəfinə ucaldılmış büst. Abidə 1935-ci ildə Vera Qeorqiyevna Morozova tərəfindən hazırlanmışdır. Bu abidə Anton Çexovun şərəfinə SSRİ ərazisində ucaldılmış ilk abidədir. == Büst == Büst gipsdən hazırlanmışdır. Onun hündürlüyü 104 sm-dir. Büstün altlığı suvaqla üzlənmiş kərpiçdən ibarətdir və hündürlüyü 104 sm-dir. == Tarixi == Büst üzərində işləyən Vera Qeorqievna Morozova əri ilə birlikdə 1931-ci ildə Taqanroqa gəlmişdir. Əri Aleksadr Platonoviç Morrioson yerli Taqanroqskaya pravda qəzetində redaktor təyin edilmişdir. Morozova heykəltaraş olsada bu sahə ilə bağlı heç bir təhsil almamışdır. Aleksandr Morrioson Taqanroqda Anton Çexovun yubileyi ilə bağlı bir çox tədbirlərə rəhbərlik etmişdir.
Aristotel Homerin büstü ilə
Aristotel Homerin büstü ilə (nid. Aristoteles peinzend bij een borstbeeld van Homerus) — Rembrandtın italyan kolleksiyasıçısının sifarişi ilə 1653-cü ildə çəkdiyi iri ölçülü (143,5x136,5 sm) rəsm əsəri. Rəssamın yaradıcılığı üçün ənənəvi olan bu portret tarixi süjet kimi qələmə verilmişdir. == Rəsmin tarixi == Siciliyalı zadəgan Antonio Ruffo (1610/11- 1678) Rembrandtin ofortlarını Romada görmüş və onları yüksək qiymətləndirmişdi. 1652-ci ildə o özünün Amsterdamdakı agenti vasitəsilə Aristoteli təsvir edəcək rəsm əsərinə görə Rembrandta 500 florin təklif etmişdi. O dövr üçün bu çox böyük məbləğ idi (Rəsmlərin İtaliyadakı orta qiymətindən 8 dəfə çox). O dövrkü Amsterdamda isə bu məbləğ rəssam və ya dükan sahibinin ailəsi ilə birlikdə 1 il yaşaması üçün kifayət idi. Lakin Rembrandt üçün bu daha böyük məbləğ idi, çünki Amsterdamda o artıq dəbdən düşmüşdü. Bundan əlavə, Rembrandt böyük fəlakət astanasında idi: hətta belə böyük məbləğ onu müflisləşmədən xilas edə bilmirdi Rembrandt sifarişi yerinə yetirərək rəsmi dəniz yolu ilə Messinaya göndərdi. Ruffo rəsmi çox bəyəndiyindən daha sonra Rembrandta Makedoniyalı İskəndəri (1661, dövrümüzədək gəlib çatmamışdır) və “İliada”nı pəsdən öz şagirdlərinə oxuyan Homeri (1663, Mauritsxeys) təsvir edən daha iki rəsm sifariş etmişdi.
Cəlil Məmmədquluzadənin büstü (Sumqayıt)
Cəlil Məmmədquluzadənin büstü - abidənin V. Nəzirov tərəfindən hazırlanmışdır. Büst tuncdan düzəldilmişdir. Büst yazıçı, jurnalist, dramaturq, "Molla Nəsrəddin" satirik jurnalınının naşıri, Qori Müəllimlər Seminariyasını məzunu, müəllim, Naxçıvanda diyarşünaslıq muzeyi yaradıcısı Azərbaycan xalqının böyük oğlu Cəlil Məmmədqulu oğlu Məmmədquluzadənin şərəfinə ucaldılmışdır. Abidə 2003-cü ildə qoyulmuşdur. Cəlil Məmmədquluzadənin büstü Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində Cəlil Məmmədquluzadə küçəsində qoyulmuşdur. Abidənin postamenti və onu əhatə edən divarlar aqlay daşla üzlənmişdir.
Mikayıl Müşfiqin büstü (Sumqayıt)
Mikayıl Müşfiqin büstü — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru, repesisya qurbanı Mikayıl Müşfiqin (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə) şərəfinə ucaldılmışdır. Abidə 1993-cü ildə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində, 34 nömrəli tam orta məktəbın qarşısında qoyulmuşdur. Abidənin postamenti ağ rəngdədir.
Molla Pənah Vaqifin büstü
Molla Pənah Vaqifin büstü ― XVIII əsrdə yaşamış Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin şərəfinə qoyulmuş büst. Büst 1992-ci ildə Şuşa işğal edildikdən sonra dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə 2021-ci ildə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib. == Haqqında == Molla Pənah Vaqifin büstü 1957-ci ildə heykəltaraş Həyat Abdullayeva tərəfindən tuncdan hazırlanaraq Şuşa şəhərində qoyulub. Büst 1958-ci ildə Cıdır düzünün yaxınlığında yerləşən indiki Vaqif türbəsinin yerində qəbirüstü abidə kimi yerləşdirilib. Daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqif türbəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra şəhərdə yerləşən digər abidələr kimi Vaqifin büstü də vandalizmə məruz qalaraq dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib və öz əvvəlki yerinə qaytarılıb. 29 avqust 2021-ci ildə Şuşa şəhərində Molla Pənah Vaqifin yeni büstünün açılışı olub.
Nəriman Nərimanovun büstü (Sumqayıt)
Nəriman Nərimanovun büstü — Yerli əhəmiyyətli abidə 1964-cü ildə heykəltaraşlar M. Mirqasımov, Ə. İsmayılov və F. Leontyeva tərəfindən işlənmişdir. Sumqayıt şəhərində ən yaşlı monumental abidələrdən sayılır. Abidə 1964-cü ildə açılmışdır. Abidə Sumqayıt şəhəri, 15-məhəllə, Heydər Əliyev prospektində yerləşir. Büstün postamentində naşir, dramaturq və dövlət xadimi olan Nəriman Nərimanovun adı kiril əlifbası ilə yazılsa da 2000-ci illərdə yazı latınca ilə əvəzlənmişdir. Postament mərmər üzlüklə üzlənmişdir.
Xurşidbanu Natəvanın büstü (Şuşa)
Xan qızı Natəvanın abidəsi — Xurşidbanu Natəvanın Şuşadakı qəbirüstü abidəsi. Abidə ermənilər tərəfindən gülləylə deşik-deşik edilmiş, dəmir tullantısı kimi Gürcüstana satılmışdır. Azərbaycan tərəfi abidəni Gürcüstandan bir neçə il bundan əvvəl Bakıya gətizdirmişdir. Namiq Dadaşov Xurşudbanu Natəvana qoyulan, sonradan ermənilər tərəfindən gülləbaran edilən, hazırda isə Ramiz Mustafayev adına İncəsənət Muzeyinin həyətində saxlanılan heykəllərinin də müəllifi məhz odur.
Sibutu adası
Sibutu — Filippinin Tavi-Tavi vilayətinə daxil olan ada. 2010-cu il məlumatına görə adada 30 3870 nəfər yaşayır. Ada Malayziya sahillərindən 14 km şərqdə yerləşir. Filippin adalarının ən cənub adalarınadan biridir (yaşayışı olan ən cənub adasıdır.). İnzibati vahidliyə həmcinin 4 yaşayışı olmayan adada daxildir. == Ümumi məlumat == Adanın sahəsi 109 km²-dir. Mühüm təbət abidəsi hesab edilir. == Tarix == Paris müqaviləsində buraxılan səhv səbəbindən Sibutu İspaniyanın Filippinlərdə ən son mülkü olmuşdur. İnzibati vahidlik Muslim Mindanao Autonomy Act No. 197 qanunu ilə ayrıca bölgə elan edilmiş və 21 oktyabr 2006-cı ildə təstiqlınmişdir.
Məhəmməd Əmin Rəsulzadənin büstü (Gəncə)
Məhəmməd Əmin Rəsulzadənin büstü — 1991-ci ildə siyasətçi, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadəyə Gəncə şəhərində, Dəmiryolçular parkında qoyulmuş büst. == Haqqında == 1991-ci ildə Azərbaycan yenidən müstəqil olduqdan sonra ölkə ərazisində Məhəmməd Əmin Rəsulzadəyə qoyulmuş ilk büst. Büst 1991-ci ildə Gəncə şəhərində, Dəmiryolçular parkında qoyulub. Heykəltaraşı Cəmaləddin Rüstəmovdur.