Bülbülün büstü

Bülbülün bürünc büstü — Şuşa şəhərində ucaldılmış bürünc büst. Abidə ermənilər tərəfindən gülləylə deşik-deşik edilmiş, dəmir tullantısı kimi Gürcüstana satılmışdır. 1992-ci ildə Şuşanın işğalından sonra büst (Natəvan və Üzeyir Hacıbəyovun büstləri ilə birlikdə) Gürcüstan ərazisinə çıxarılır ki, orada metal kimi satılsın. Sonralar bu büstlər Azərbaycan hakimiyyəti tərəfindən alınır.[1] Namiq Dadaşov Xurşidbanu Natəvana qoyulan, sonradan ermənilər tərəfindən gülləbaran edilən, hazırda isə Ramiz Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan heykəllərinin də müəllifi məhz odur.[2]

Bülbülün büstü
Köhnə və yeni büst yan-yana
Köhnə və yeni büst yan-yana
Xəritə
Ölkə Azərbaycan Azərbaycan
Yerləşir Şuşa
Memarlıq üslubu Büst
Heykəltaraş Namiq Dadaşov
Tikilib 1984
Material bürünc
Saxlanıldığı yer Bülbülün ev-muzeyi, Şuşa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Böyük nəğməkarımız Bülbülün, eləcə də dahi sənətkarlarımız Üzeyir Hacıbəyov və Natəvanın erməni vəhşiləri tərəfindən güllələnmiş heykəlləri ölməz Bülbülün ləyaqətli oğlu Polad Bülbüloğlunun səyləri nəticəsində Bakıya gətirilib.[3]

Bu büst ilə bağlı Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu aşağıdakıları deyir:

" Bakıda Bülbülün bir “yaralı” abidəsi var. Ermənilərin güllələdiyi üç abidədən biridir. Bu abidə uzun müddətdir ki, Bakıdadır. Qarabağda isə nəinki abidələr, həm də ermənilər tərəfindən işğal olunan Bülbülün şəhəri, onun gəzdiyi küçələr, ata ocağı “yaralıdır”... Yaxşı ki, Bülbül Qarabağın, Şuşanın ermənilər tərəfindən işğalını görmədi”. Görmədi... Doğrudanmı görmədi?... "

[4]

  1. Том де Ваал. «Черный сад». Глава 12. Шуша. Последняя цитадель.
  2. (az.) https://stm.az/az/news/207/susamizi-ve-dahi-bulbulu-xatirlayarken (#bare_url_missing_title). 2022-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2022.
  3. (az.) https://stm.az/az/news/207/susamizi-ve-dahi-bulbulu-xatirlayarken (#bare_url_missing_title). 2022-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2022.
  4. Фараджева. З. «Да это же настоящий соловей!» // Aзербайджанские известия. – 2012. – 8 августа. – с. 3.