Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Diskont
Diskont (ing. discount) — iqtisadi termin İngilis dilindən hərfi tərcümədə endirim, çıxılma, fərq deməkdir . Məzmundan asılı olaraq fərqli mənalar götürə bilər. Əmtəə və ya xidmətin qiymətinə satıcı tərəfindən edilən endirim. Endirim dərhal ödəmə şərti ilə verilə bilər. Xəzinə veksellərinin və ya digər qiymətli kağızların bazar qiymətindən aşağı qiymətə satın alınması. Pul vahidinin gələcək qiymətinin cari dəyəri. Bankın kredit verməsi üçün girov mülkin əsl dəyəri ilə girov qiymətləndirilməsi arasında fərq. == Əmtəə bazarında diskont == Satıcı tərəfindən satış zamanı istehlakçıya təqdim etdiyi məhsul və ya xidmətin elan edilmiş siyahı qiymətindən endirim [1]. Endirim dərhal nağd ödəniş (nağd endirim) və ya toplu alış (ticarət endirimi) üçün təklif edilə bilər.
Dissernet
Dissernet — öz əməklərini fırıldaqçıların, saxtakarların və yalançıların ifşa edilməsinə həsr etmiş ekspertlərin, tədqiqatçıların və reportyorların azad şəbəkə cəmiyyətidir Cəmiyyətin fəaliyyəti əsasən Rusiya elm və təhsil müəssisələrində müdafiə edilmiş fəlsəfə və elmlər doktoru dissertasiyalarının içtimai ekspertizasının keçirilməsindən ibarətdir. == Dissernetin baniləri == Dissernetin baniləri aşağıdakılardır: Mixail Qelfand Andrey Zayakin Sergey Parxomenko Andrey Rostovsev == Dissernetin tarixi == Dissernet cəmiyyəti 2013-cü ilin yanvarında yaranmışdı. Layihənin əsası kimi Almaniyadakı oxşar VroniPlag layihəsi götürülmüşdü. Cəmiyyətin araşdırmalarının nəticələri əvvəlcə əsasən Parxomenko və Rostevsevin bloqlarında nəşr olunurdu. 20 fevral 2013-cü ildə dissernet.org saytı açıldı. == Dissernetin məqsədi == Dissernetin məqsədi elmi işçilərin qanunla təsbit edilmiş attestasiya qaydalarının, həmçinin elmi dərəcələrin verilməsi qaydaları və reqlamentlərinin kobud şəkildə, müəyyən məqsədlə pozulması hallarının aşkarlanmasıdır. Dissernet, ekspertiza nəticəsində bu cür pozuntular aşkarlanan dissertasiyaları saxtalaşdırılmış və bu dissertasiyaların müdafiəsi nəticəsində alınmış diplomları isə qanunsuz sayır və ləğv olunmalı olduğunu bildirir. == Dissernetin fəaliyyəti == Dissernetin tədqiqatları və ifşaları Rusiyanın bütün kateqoriyadan olan vətəndaşlarına bərabər şəkildə tətbiq edilir, o cümlədən: peşəkar alimlərə və yaxud özlərini əsassız şəkildə bu cür sayan insanlara; dissertasiya müdafiə etməklə və rəsmi diplom almaqla öz şöhrətlərini artırmaq istəyən siyasi və ictimai xadimlərə. == Xarici keçidlər == Rəsmi saytı Диссернет.
Dissident
Dissident (lat. dissidens — geri çəkilən, fərqli fikirli) — yaşadığı ölkədə siyasi baxışları rəsmi hakimiyyətin fikirlərindən radikal şəkildə fərqlənən insan. Bu fərqlilik bir çox hallarda hakimiyyət tərəfindən təqiblərə məruz qalır. == Ədəbiyyat == Диссидент в толковом словаре Ушакова. Диссидент в словаре по общественным наукам Глоссарий.ру Диссиденты в Энциклопедическом словаре «История Отечества с древнейших времен до наших дней».
Disket
Disket (ing. floppy disk, ing. diskette) — plastik materialdan hazırlanmış və məlumatların saxlanması üçün istifadə edilən elastik disk, üzəri maqnit material təbəqəsi ilə örtülmüş informasiya daşıyıcısı. 1971-ci ildə IBM şirkəti tərəfindən ilk disket hazırlanmışdır. Bu diskin diametri 8 dyüm (200 mm), tutumu isə 720 Kb idi. Çevik disk qurğusunun yaradılması təşəbbüsünü ilk dəfə 1967-ci ildə IBM firmasının mühəndis-elektroniki Alan Şuqart (Alan Shugart) irəli sürmüşdür. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Dosent
Dosent (lat. docere – öyrətmək) — ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə. == Haqqında == Dosent vəzifəsi ali məktəblərdə ən azı 5 il çalışmış, elmi təcrübəsi olan şəxslərə verilir. O həm də elmi-tədqiqat müəssisələrində (məsələn Akademiya sistemində) elmi ad kimi verilə bilər. Dosent elmi adı ali məktəbin Elmi Şurası tərəfindən verilir və Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Böyük pedaqoji təcrübəyə malik mütəxəssislərə elmi dərəcə olmadan da dosent adı verilə bilər.
Gissen
Gissen (alm. Gießen‎) Almaniyanın Hessen vilayətindəki universitet şəhəridir. Əhalisi 76.000 nəfərdir, bunun 24.000 nəfərini universitet tələbələri təşkil edir.
Bidens dissecta
Bidens dissecta (lat. Bidens dissecta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Bredli Vinsent
Bredli Vinsent (30 noyabr 1991) — Mavritaniyalı üzgüçü. Bredli Vinsent Mavritaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bredli Vinsent birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.89 saniyəlik nəticəsi ilə 49-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Distant təhsil
Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir. Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur. Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır.
Mikania dissecta
Mikania dissecta (lat. Mikania dissecta) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Prunella dissecta
Adi boğazotu (lat. Prunella vulgaris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin boğazotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü (3) 8-40 (60) sm, gövdəsi düzduran və yaxud əyilib qalxandır, çılpaq və ya nahamar tüklü, uzun sürünən kökümsovlu çoxillik ot bitkisidir. Yarpaqları saplaq üzərindədir, uzunluğu 2-6 sm, eni 1-3 sm-dir, yumurtaşəkilli və ya yumurtaşəkilli-uzunsov, adətən pazşəkilli olur, uc hissədə küt və ya sivritəhər, kənarları tamkənarlı və ya seyrək dişlidir. Çiçək qrupu başcıq və ya sünbülşəkilli, yumurtaşəkilli və ya uzunsov olub, onun əsasında bir cüt oturaq yarpaq yerləşir. Çiçək qrupunda çiçək köbəsi yığılmışdır. Tac bənövşəyi, bəzən isə ağ rəngdə olur, uzunluğu 8-12 mmdir, 1,5-2 dəfə kasacıqdan uzun və ya ondan az fərqlənir, tacın borucuğu düzdür. Fındıqcalar yumurtaşəkilli və ya ellipsvari, hamar, parlaq, bayır tərəfi yastı və uzunluğu 2 mm-ə qədərdir. May ayında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında, nadir halda Kür-Araz oval.
Quercus dissecta
Yay palıdı, pulcuqlu palıd (lat. Quercus robur) - palıd cinsinə aid bitki növü. == Sinonim == Quercus abbreviata Vuk. Quercus accessiva Gand. [Invalid] Quercus accomodata Gand. [Invalid] Quercus acutiloba Borbás Quercus aesculus Boiss. Quercus aestivalis Steven Quercus afghanistanensis K.Koch Quercus alligata Gand. [Invalid] Quercus altissima Petz. & G.Kirchn. Quercus amoenifolia Gand.
Sevgiylə, Vinsent
Sevgiylə, Vinsent (ing. Loving Vincent) — başdan-ayağa kətan üzərində yağlı boya ilə çəkilmiş ilk tammetrajlı cizgi filmidir. == Məzmunu == Film Vinsent van Qoqun həyatının son günlərindən və indiyədək sirli qalan ölümündən bəhs edir. == Film haqqında == Rejissoru Dorota Kobiela və Hyu Velçman olan filmin yaranmasında 115 rəssam iştirak edib. "Sevgiylə, Vinsent"in büdcəsi 5.5 milyon ABŞ dolları təşkil edir. Filmin dünya premyerası 12 iyun 2017-ci ildə "Annesi Beynəlxalq Animasiya Filmləri Festivalı"nda baş tutub. == Səsləndirmə == Robert Qularçik — Vinsent van Qoq Duqlas But — Arman Rulen Cerom Flinn — Pol Qaşe Sirşa Ronan — Marqarita Qaşe Helen Makkrori — Luiza Şevalye Kris O'Daud — poçtalyon Rulen Con Seşns — Tanqinin atası Eleanor Tomlinson — Adelin Ravo Eyden Tyorner — qayıqçı == İstinadlar == == Xarici keçidlər == Rəsmi veb-saytı Sevgiylə, Vinsent — Internet Movie Database saytında.
Vinsent Bueno
Vinsent Bueno (alm. Vincent Bueno‎; 10 dekabr 1985, Vyana) — Avstriyada anadan olmuş Filippin əsilli Avstriya müğənnisidir. Bueno 12 yanvar 2008-ci ildə Avstriyanın ORF telekanalının Musical! Die Show musiqi yarışmasının qalibi olmuşdur. Filippinli müğənni Sara Ceronimonun Vyanadakı konsertində dəstək vokalçı rolunu oynamışdır. 18 yanvar 2008-ci ildə Bueno Filippin mediasına verdiyi müsahibədə Filippində debüt etmək planları barədə məlumat vermişdir. Daha sonra Filippin televiziyasında ilk çıxışını 29 avqust 2010-cu ildə ASAP XV-də etdi. O Filippində musiqi karyerasını davam etdirmək üçün ABS-CBN Əyləncə Qrupu Şirkəti olan Star Records albom şirkəti ilə müqavilə imzaladı. Vinsent Bueno Niderlandın Rotterdam şəhərində keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində Avstriyanı "Alive" mahnısı ilə təmsil edəcək. == Karyerası == === Təhsili === Bueno 4 yaşında rəqs etməyə başlamış, daha sonra Vyana Musiqi Konservatoriyasında musiqi və ifaçılıq sənətini bitirmişdir.
Vinsent Kassel
Vensan Kassel (23 noyabr 1966[…], XV arondisman (Paris)[d]) — Fransız aktyor. Fransa'da yaxşı personajları oynaması ilə tanınan Cassel, Amerikan filmlərində əsasən pis adam olaraq yer alır. Cassel 2013-cü ilə qədər italyan aktrisa Monika Belluççi ilə evli olmuşdur. Bu evlilikdən Deva və Leonie adlı 2 qız övladı var. Vincent Cassel İngliscə, Portuqalca ve İtalyanca danışa bilir. Cassel əsasən Oceanın 12 dostu , Oceanın 13 dostu və Qara qu quşu (film, 2010) filmlərində göstərdiyi aktyorluqla ön plana çıxmışdır. 2008-ci ilin oktyabr ayında Yves Saint Laurent kişi parfümü üçün L'Oréal'ın yeni reklam üzü olaraq anlaşma imzaladı.
Vinsent Kompani
Vinsent Kompani (fr. Vincent Jean Mpoy Kompany; 10 aprel 1986[…], Ukkel[d]) — Belçika peşəkar futbol məşqçisi və mərkəz müdafiəçisi kimi oynayan keçmiş oyunçu və İFL Çempionatının "Börnli" klubunun hazırkı məşqçisi.
Vinsent Koziello
Vinsent Koziello (28 oktyabr 1995-ci ildə ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Köln klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Koziello Nitsa akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 1 noyabr 2014-cü ildə Liqa 1-də Olimpik Lyon klubuna qarşı oyunda etmişdir. O, 72-ci dəqiqədə Mario Qreqoyre Pueli əvəz etmişdir. Həmin görüşdə Nitsa rəqibinə 1-3 hesabı ilə məğlub olmuşdur. 2018-ci ilin yanvar ayında Koziello Bundesliqa təmsilçilərindən olan Köln klubu ilə 2022-ci ilə kimi 4,5 illik müqavilə imzalamışdır. Nitsa klubu bu transferdən €3.3 milyon əlavə pul əldə etmişdir.
Vinsent Qallo
Vinsent Qallo (ing. Vincent Gallo, 11 aprel 1961, Buffalo, Nyu-York ştatı) — ABŞ aktyoru, rejissoru, ssenaristi, prodüserü, operatoru və kinokompozitoru. Rejissorluqda "Buffalo-66" (1998) filmi ilə debüt edib. == Həyatı == Nyu-York ştatının Buffalo şəhərində anadan olmuşdur. Valideynləri siciliya köçkünləri olmuşdur. Hər ikisi bərbər olaraq işləyirdi və atası sonra "qumarbaz" olmaq üçün təqaüdə çıxdı.
Vinsent Yansen
Vinsent Petrus Anna Sebastyan Yansen (15 iyun 1994, Xes[d], Şimali Brabant) — Türkiyə Super Liqası təmsilçilərindən olan Fənərbaxça klubunda çıxış edən hollandiyalı peşəkar futbolçudur. == Karyerası == Yansen əsasən hücumçu mövqeyində çıxış edir. 23 yaşlı futbolçu peşəkar karyerasına Hollandiyanın "Almere Siti" klubunda başlayıb, daha sonra "AZ Alkmaar", İngiltərənin "Tottenhem Hotspur" kimi klublarında çıxış edib. 2017-ci ilin yayında isə futbolçu "Fənərbaxça" klubuna transfer olunub. Hollandiya milli komandasıyla 15 oyuna çıxan Yansen 7 qolla yadda qalıb.
Vinsent Qlojnik
Vinsent Qlojnik (slovak. Vincent Hložník) — Slovak rəssamı, qrafikaçı, illüstrator, heykəltaraş və müəllim, Ferdinand Qlojnikin qardaşı. O, Slovakiya təsviri sənətinin ən mühüm nümayəndələrindən biri, İkinci Dünya müharibəsi rəssamları nəsli, ekspressionizmin nümayəndəsidir. O, dünya və milli ədəbiyyatın yüzdən çox əsərini illüstrasiya edib. Əsərlərində əsasən İkinci Dünya müharibəsi hadisələrinə reaksiya verib. O, bu barədə 1994-cü ildə Bratislavada Slovakiya Televiziyası tərəfindən çəkilmiş "Profillər" seriyasından "Vinsent Qloznik" sənədli filmində danışır (ssenarisi Tatyana Sinekova, rejissor Fyodor Bartko). Vinsent Qlojnik uşaqlığını keçirdiyi sahildə Vah çayı boyunca Zilinadan təxminən on kilometr aşağıda yerləşən Svedernik kəndində anadan olub. Ailədə beş uşaq olan Vinsent Qlojnik, onların arasında ən böyüyü idi. Uşaq ikən rəsm çəkməyi çox sevirdi və on dörd yaşından əsərlərinə imza atmağa başlayır. O, Svedernik bələdiyyə məktəbində oxuyub, burada istedadını rəssamlıq müəllimi Zdenek Balaş kəşf edib.
Diskont gəlir
Diskontlu qiymətli kağızın gəliri — diskontla alınmış qiymətli kağız üzrə faiz gəliri. Düsturla hesablanır i d b = F − P F ∗ t y t {\displaystyle i_{db}={\frac {F-P}{F}}*{\frac {t_{y}}{t}}} burada F - qiymətli kağızın nominal dəyəri, P - qiymətli kağızın alınması qiyməti, ty - ildəki günlərin sayı, t - ödəmə müddətinə qədər qalan vaxt və ya qiymətli kağızın saxlanma vaxtı. == Haqqında == Diskontlu qiymətli kağız üzrə gəlir (diskont gəliri) ödəmə müddətinə qədər gəlirin hesablanması halında olduğu kimi qiymətli kağızın alış qiyməti ilə müqayisədə faiz gəlirini nominal dəyərlə ölçür. Bu göstərici xəzinə vekselləri üzrə gəlirləri hesablamaq üçün istifadə olunur. İstifadəsi ödəmə üçün gəlir göstəricisindən daha sadə hesablama düsturu ilə əlaqələndirilir. Diskont gəlir göstəricisi ABŞ Xəzinədarlığı istiqrazlarının ticarəti zamanı gəlirliliyin hesablanmasını sadələşdirdi. Bu düstur ticarət iştirakçıları arasında razılaşmanın nəticəsidir. == Ədəbiyyat == Теплова Т.В. Финансовый менеджмент: управление капиталом и инвестициями (PDF). М. 2000. 103–104.
Distant iş
Uzaqdan iş — ofisdən yox, evdən və ya başqa bir məkandan işləmək təcrübəsi. Təcrübə kiçik miqyasda 1970-ci illərdə, şəbəkə körpüsü kimi telefon xətlərindən istifadə edərək "ağılsız" terminallar vasitəsilə peyk ofislərini şəhərin mərkəzi sistemlərinə birləşdirən texnologiyanın inkişaf etdirilməsi ilə başladı. Bu, 1990-cı və 2000-ci illərdə bulud texnologiyaları və videotelefoniya vasitəsilə konfrans zəngləri üzrə birgə proqram təminatı kimi internet texnologiyalarının köməyi ilə daha çox yayıldı. 2020-ci ildə COVID-19 üçün iş yerlərindəki məhdudiyyətlər bütün dünyada uzaqdan işə keçidi sürətləndirdi və bu, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra da belə davam etdi. Uzaqdan işin tərəfdarları iddia edirlər ki, o, ofisin saxlanması ilə bağlı xərcləri azaldır, işçilərə onların motivasiyasını və işdən məmnunluğunu artıran muxtariyyət və çeviklik verir, işə gediş-gəliş səbəbiylə yaranan ətraf mühit zərərlərini aradan qaldırır, şirkətlərə coğrafi mövqeyindən asılı olmayaraq ən yaxşı namizədləri işə götürməyə imkan verir və işçilərə yaşamağa üstünlük verdikləri yerə köçmək imkanı verir. Uzaqdan işin əleyhdarları isə iddia edirlər ki, uzaqdan telekommunikasiya texnologiyası üz-üzə qarşılıqlı əlaqənin üstünlüklərini təkrarlaya bilmir, işçilərin diqqəti daha asan dağılır və fiziki ayrılıq olmadan, iş ilə qeyri-iş sferaları arasında ayrılığı saxlamağda çətinlik çəkə bilərlər və sosial qarşılıqlı əlaqənin azalması təcrid olunma hissinə səbəb ola bilər. == Tarixi == 1970-ci illərdə, peyk ofislərini şəbəkə körpüsü kimi telefon xətlərindən istifadə edərək "ağılsız" terminallar vasitəsilə şəhərin mərkəzi sistemlərinə birləşdirən texnologiya yaradıldı. "Telecommuting" və "telework" terminləri 1973-cü ildə Cek Nilles tərəfindən istifadə edilmişdir. 1979-cu ildə beş IBM əməkdaşına təcrübə olaraq evdən işləməyə icazə verildi. 1983-cü ilə qədər təcrübə 2000 nəfərə qədər genişləndirildi.
Vinsent Massey
Çarlz Vinsent Messi (20 fevral 1887[…], Toronto – 30 dekabr 1967[…], London) — Konfederasiyadan sonra Kanadanın 18-ci Baş Qubernatoru vəzifəsində çalışmış kanadalı diplomat idi. Massey Konfederasiyadan sonra Kanadada anadan olan Kanadanın ilk general qubernatoru idi.
Vinsent Messi
Çarlz Vinsent Messi (20 fevral 1887[…], Toronto – 30 dekabr 1967[…], London) — Konfederasiyadan sonra Kanadanın 18-ci Baş Qubernatoru vəzifəsində çalışmış kanadalı diplomat idi. Massey Konfederasiyadan sonra Kanadada anadan olan Kanadanın ilk general qubernatoru idi.
Anya Nissen
Anya Nissen (ing. Anja Nissen; d. 22 sentyabr 1981, Yeni Cənubi Uels, Avstraliya) — Danimarka mənşəli Avstraliya müğənnisi, bəstəkar, rəqqasə və aktrisa. O, Avstraliyanın The Voice səs yarışmasında qələbə qazanmışdır. Qalibiyyətinin ardınca müğənni Avstraliyanın Universal Music Group albom şirkəti ilə anlaşma imzalamışdır. 2015-ci ildə Britaniya müğənnisi Olli Mursun Never Been Better turu çərçivəsində Avstraliyada keçirilən konsertdə Anya müğənnini səhnədə müşayiət etmişdir. Anya Nissen "Never Alone" mahnısı ilə Danimarkanın DR telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Dansk Melodi Grand Prix 2016 milli seçim turuna qatılmış və nəticədə ikinci yeri tutaraq, Avroviziya iştirak hüququ əldə edə bilməmişdir. Növbəti il müğənni yenidən seçim turuna qatılmış və bu dəfə ifa etdiyi "Where I Am" mahnısı ilə şouda qələbə qazanmışdır. Həmin mahnı ilə Anya Danimarkanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Anya Nissen 6 noyabr 1995-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatında, dağlıq bölgədə anadan olmuşdur.