Dosent (lat. docere – öyrətmək) — ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə.[1]
Dosent vəzifəsi ali məktəblərdə ən azı 5 il çalışmış, elmi təcrübəsi olan şəxslərə verilir. O həm də elmi-tədqiqat müəssisələrində (məsələn Akademiya sistemində) elmi ad kimi verilə bilər. Dosent elmi adı ali məktəbin Elmi Şurası tərəfindən verilir və Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Böyük pedaqoji təcrübəyə malik mütəxəssislərə elmi dərəcə olmadan da dosent adı verilə bilər.[2]