Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Curlie
Open Directory Project, ODP və ya Açıq Kataloq (ODP), həmçinin öz domen adı ilə – "dmoz" (dmoz.org) kimi tanınır və bu domen adı, onun ilk və indi də işlək olan directory.mozilla.org domen adının qısaldılmış formasıdır. Açıq Kataloq dünyanın müxtəlif yerlərindəki könüllü redaktorlar tərəfindən onlayn idarə edilən, çoxdilli, beynəlxalq bir saytlar kataloqudur. == Tarixi == Açıq Kataloq Riçard Skrentoy və Bob Truel tərəfindən yaradılmış və 5 iyun 1998 -ci il tarixdə rəsmən, fəaliyyətə başlamışdır. İlk mərhələdə bu layihə GnuHoo, NewHoo, yaxud ZURL kimi tanınırdı. Kataloqun 1998 il noyabr ayının 17-si Netscape korporasiyası tərəfindən 40 050 000 dollar müqabilində satın alınması (əslində alqı-satqı oktyabr ayında artıq baş tutmuşdu) haqqında elandan sonra adı dəyişdirildi və indiki adını aldı. == Ümumi məlumat == Dmoz onlarla internet kataloqun, o cümlədən Alexa Internet kataloqunun və Google axtarış sisteminin əsas bazasıdır. Amma Alexa Internet kataloqu ən yaxşı halda bir neçə gündən bir yenilənirsə, Dmoz – Açıq Kataloq, hər saniyə yenilənir və hər gün bura ictimai redaktorlar yüzlərlə yeni sayt daxil edirlər və xaric edirlər. 29 dekabr 2010-cu il tarixdə Dmoz – Açıq Kataloq, 4 778 462 saytdan ibarət idi. Redaktorlar könüllülük prinsipi ilə işləyirlər. Açıq Kataloqun məsələn, Abşeron rayonu kateqoriyasının redaktoru olmaq üçün, sadəcə, həmin kateqoriya səhifəsindəki "Açıq Kataloq Proyektində Redaktor ol" düyməsini basmaq, tələb olunan "Açıq Kataloq Proyektinə Redaktor Aplikasiyası"nı doldurmaq və redaktorluğa qəbul-edilib edilməyəcəyin barədə cavabı gözləmək lazımdır.
SuRie
Suzanna Mari Kork (ing. Susanna Marie Cork) və ya səhnə adı ilə SuRie — Britaniya müğənnisi və bəstəkarı. O, "Storm" mahnısı ilə Böyük Britaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyat və karyerası == SuRie Londonda yerləşən Kraliyyət Musiqi Akademiyasında təhsil almışdır. Piano və qoboyda ifa edə bilir. O, peşəkar səviyyədə vokal dərsləri almış və 12 yaşından mahnı yazmağa başlamışdır. O, hal-hazırda Mountview Teatr İncəsənəti Akademiyasında müəllimə kimi fəaliyyət göstərir. SuRie kiçik yaşlarında Uels şahzadəsi Çarlzın qarşısında çıxış etmişdir. O, həm də Vill Yanq və Coldplay qrupunun solisti Kris Martinin dəstək vokalçısı olmuşdur. == Avroviziya Mahnı Müsabiqəsi == SuRie BBC telekanalının Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və ifa etdiyi "Storm" mahnısı ilə yarışmada qalib gələrək, Böyük Britaniyanı Avroviziya 2018-də təmsil etmək hüququnu qazanmışdır.
Margeret Lurie
Margeret Lurie (22 aprel 1999-cu ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
İurie Bulat
Avast Secure Browser
Avast Secure Browser (əvvəllər Avast! SafeZone) — 2016-cı ildən Avast Antivirus quraşdırıcısına əlavə quraşdırma üçün daxil edilmiş Avast proqram təminatının veb brauzeridir, lakin o, həm də onun saytında mövcuddur. O, açıq mənbəli Chromium layihəsinə əsaslanır. Microsoft Windows, macOS, iOS və Android üçün mövcuddur. Avast onlayn təhlükəsizlik Google Chrome, Microsoft Edge, Mozilla Firefox və Opera brauzerləri üçün Avast Secure Browser-ə oxşar xüsusiyyətlərə malik əlavədir. == Hadisələr == === 2016 === 24 mart 2016 – Avast Safezone Brauzeri işə salındı === 2018 === 6 aprel 2018 – Avast Secure Brauzeri işə salındı == Tarixi == Əvvəlcə Avast Secure Browser, Avast Antivirusun pullu versiyaları ilə birləşdirilmişdi. 2016-cı ilin mart ayında Avast onu pulsuz versiya ilə də yığmağa başladı.Avast Təhlükəsiz Brauzeri 2018-ci ilin əvvəlində yenidən işlənməmiş və "Avast Secure Brauzer" olaraq rebrendinq edilməmişdən əvvəl əvvəlcə "SafeZone" adlanırdı. Yeniləmə və adının dəyişdirilməsindən əvvəl SafeZone-un dizaynı Opera brauzerinin dizaynına bənzəyirdi. İstifadəçi onlayn əməliyyatlar aparmaq üçün maliyyə və ya alış-veriş saytlarını ziyarət etdikdə SafeZone avtomatik işə salındı. 2015-ci ilin dekabrında Tavis Ormandy hakerlərə Avast SafeZone Brauzer istifadəçilərinin brauzerlərinə zərərli JavaScript kodu daxil etməyə imkan verə biləcək təhlükəsizlik zəifliyini müəyyən etdi.
Cutie Honey FX
Cutey Honey FX (キューティーハニーFX, Kyūtī Hanī FX) — Datawest tərəfindən hazırlanmış və 1995-ci ildə Yaponiyada NEC tərəfindən nəşr edilmiş "Cutie Honey" videooyunu. == İstinadlar == == Xarici keçidlər == PC-FX World - Cutey Honey FX Arxivləşdirilib 2019-05-09 at the Wayback Machine Cutie Honey FX Mainichi.jp oyun kitabxanasında.
Re: Cutie Honey
Re: Cutie Honey (Re:キューティーハニー, Ri Kyuti Hani) — 2004-cü ildə çəkilmiş tokusatsu filmi "Kyuti Hani", eləcə də Qo Naqay tərəfindən 1970-ci illərdə hazırlanmış "Cutie Honey" manqası əsasından çəkilmiş 3 seriyadan ibarət anime OVA. Anime serialı Gainax və Toei Animation-un birgə əməkdaşlığı ilə çəkilmiş, rejissoru Hideaki Anno olmuş və 2004-cü ildə Animax peyk televiziyası vasitəsilə yayımlanmışdır. Animenin ilk seriyası filmin göstərilməsindən 2 ay sonra ekranlara buraxılmışdır. Hər seriya üçün DVD adaptasiya hazırlanıb buraxılmışdır (ilki 21 sentyabr 2004-cü ildə). Anime serialı manqa ilə eyni hekayəni bölüşür, amma manqadan fərqli olaraq çılpaqlığa və əlavə personajlara yer verilmişdir. == Məzmun == Panter pəncəsi (ing. Panther Claw) kimi tanınan sirli təşkilat Tokionun mərkəzində bir neçə terror aktları həyata keçirir. Polislər terror aktlarını dayandırmaq istəsələr də, bunu bacara bilmirlər. Lakin hər dəfə kospley kimi geyinmiş sirli bir qız peyda olur və polislərə kömək edərək terrorçuların planlarına əngəl olur. Bu qız professor Kisaraqinin məhsulu olan Hani Kisaraqidir. Maskalanma ustası olan Hani geyimini tez dəyişdirə bilir.
Storm (SuRie mahnısı)
Storm (azərb. Fırtına‎) — Böyük Britaniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. SuRie "Storm" mahnısı ilə Böyük Britaniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Britaniyalı bəstəkarlar Nikol Bler, Qil Lyuis və Şon Harqrivs tərəfindən yazılmışdır.
Əcəri
Əcəri (yaxud Həcəri) — Qəbələ vilayətinin cənubunda, Qarasu və Girdimançayın arasında yerləşmiş tarixi vilayət. Cənubda Kür çayına qədər uzanırdı. Burada əhali əsasən əkinçiliklə məşğul idi. VII əsr erməni coğrafiyasında Əcəri həm də Dəşt-i-Bizkan adlandırılır.
Cürə
Cürə (lat. Spatula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Cürə nağara
Əsasən, zurnaçılar dəstəsini müşayiət edir. Musiqi folklorunda özünə məxsus rolu və funksiyası vardır. Əsas nağaradan xeyli kiçik olur. Alətin adı "cürə" (kiçik) sözü də bu mənanı verir. Sağanağı müxtəlif ağac növlərindən silindrik formada hazırlanır. Üzünə keçi və yaxud qoyun dərisi çəkilir. Demək olar ki, heç vaxt tək istifadə edilmir, həmişə quruluşları eyni olan böyük nağara ilə birlikdə səsləndirilir. Baş tərəfi geriyə əyilmiş iki yüngül çubuqla səsləndirilir. Diametri 300–320 mm, hündürlüyü 340–360 mm-dir. Çiling nağara əsasən zurnaçılar dəstəsində istifadə edilir.
Cırıldayan cürə
Cırıldayan cürə (lat. Spatula querquedula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin cürə cinsinə aid heyvan növü.
Enlidimdik cürə
Enlidimdik cürə (lat. Spatula clypeata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin cürə cinsinə aid heyvan növü.
Halqalı cürə
Halqalı cürə (lat. Callonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Maviqanad cürə
Maviqanad cürə (lat. Spatula discors) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin cürə cinsinə aid heyvan növü.
Mərmər cürə
Mərmər cürə (lat. Marmaronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Kateqoriya və statusu == (III-VU). Həssas, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Bədəninin ümumi rəngi bozdur, üzərində açıq rəngli dəyirmi ləkələr və naxışlar vardır. Erkəyin başında kəkil var. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində, Xəzərin sahillərində, Araz dəryaçasında məskunlaşır. Ağgöldə və Sarısuda yuvalayır. == Yaşayış yeri və həyat tərzi == Qamış və qarğılıqlarla zəngin olan subasarlar və göllərdə yaşayır.
Çurə-i Süfla
Çurə-i Süfla (fars. چوره سفلي‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə neçə nəfərin yaşaması naməlumdur.