Cürə nağara

Əsasən, zurnaçılar dəstəsini müşayiət edir. Musiqi folklorunda özünə məxsus rolu və funksiyası vardır. Əsas nağaradan xeyli kiçik olur. Alətin adı "cürə" (kiçik) sözü də bu mənanı verir. Sağanağı müxtəlif ağac növlərindən silindrik formada hazırlanır. Üzünə keçi və yaxud qoyun dərisi çəkilir.

Demək olar ki, heç vaxt tək istifadə edilmir, həmişə quruluşları eyni olan böyük nağara ilə birlikdə səsləndirilir.

Baş tərəfi geriyə əyilmiş iki yüngül çubuqla səsləndirilir. Diametri 300–320 mm, hündürlüyü 340–360 mm-dir.[1]

  • Çiling nağara əsasən zurnaçılar dəstəsində istifadə edilir. Belə nağaraların ölçüsü kiçik, dəriləri isə nisbətən qalın və davamlı olur. Əllə deyil, bir cüt çilinglə səsləndirilir. Mütləq çombaq nağaranın müşayiəti ilə ifa edilir, çünki çiling nağarada güclü vurğular vurulmur. Yalnız müxtəlif "xırdalıqlar", ritmlər çalınır. Bu ritmlərin güclü vurğuları isə çombaq nağarada səsləndirilir. Çilinglər zoğal ağacının düz budaqlarından qoşa nağaranın çubuqları şəklində hazırlanır, ancaq bir qədər qısa olur. Çiling nağaradan Ələkbər Heydərlioğlu tez-tez istifadə edir.
  • Kiçik nağara - diametri ən kiçik (29-30sm) nağara.[2]

Ünlü ifaçılar

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan ənənəvi musiqi atlası - Cürə nağara". 2020-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-16. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. Abbasqulu Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine. Bakı, 2004.