SuRie

Suzanna Mari Kork (ing. Susanna Marie Cork) və ya səhnə adı ilə SuRieBritaniya müğənnisi və bəstəkarı. O, "Storm" mahnısı ilə Böyük Britaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

SuRie
ing. Susanna Marie Cork
SuRie 2018-ci ildə
SuRie 2018-ci ildə
Ümumi məlumatlar
Doğum adı Suzanna Mari Kork
ing. Susanna Marie Cork
Ləqəbi SuRie
Doğum tarixi
Doğum yeri Harlou, Esseks, Böyük Britaniya
Vətəndaşlığı  Böyük Britaniya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, müəllimə
Fəaliyyət illəri 2015–h.h.
Janr Pop
Musiqi alətləri vokal, piano, qoboy
Albom şirkətləri MMP, Scarlett Audio
surie.me
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və karyerası[redaktə | mənbəni redaktə et]

SuRie Londonda yerləşən Kraliyyət Musiqi Akademiyasında təhsil almışdır. Piano və qoboyda ifa edə bilir. O, peşəkar səviyyədə vokal dərsləri almış və 12 yaşından mahnı yazmağa başlamışdır. O, hal-hazırda Mountview Teatr İncəsənəti Akademiyasında müəllimə kimi fəaliyyət göstərir.

SuRie kiçik yaşlarında Uels şahzadəsi Çarlzın qarşısında çıxış etmişdir. O, həm də Vill Yanq və Coldplay qrupunun solisti Kris Martinin dəstək vokalçısı olmuşdur.

Avroviziya Mahnı Müsabiqəsi[redaktə | mənbəni redaktə et]

SuRie BBC telekanalının Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və ifa etdiyi "Storm" mahnısı ilə yarışmada qalib gələrək, Böyük Britaniyanı Avroviziya 2018-də təmsil etmək hüququnu qazanmışdır.[1]

SuRie daha öncə 2015-ci ildə Belçika təmsilçisi Loik Notteni2017-ci ildə isə yenə də Belçikanı müsabiqədə təmsil edən Blanşı səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir.[2]

Böyük Britaniya Böyük Beşlik ölkələrindən biri olduğu üçün SuRie 12 may tarixində keçirilən Avroviziya finalından mübarizəyə qoşulmuşdur. Nəticədə ifaçı 26 ölkə təmsilçisinin yarışdığı final şousunda 48 xal toplayaraq, 24-cü yerdə qərarlaşmışdır.

Finalda SuRie səhnədə çıxış etdiyi zaman "Dr. Activist" ləqəbi ilə tanınan siyasi fəal səhnəyə qalxaraq, ifaçının mikrofonunu əlindən almış və "Böyük Britaniya mətbuat nasistləri, biz azadlıq tələb edirik!" deyə bağırmışdır. Təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra ifaçı çıxışını başa vurmuşdur.[3][4] Hadisənin ardınca Avropa Yayım İttifaqı Böyük Britaniya təmsilçisinə bir daha səhnə almaq fürsəti tanısa da, SuRie imtina etmişdir.[5]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Albomlar[redaktə | mənbəni redaktə et]

Albom adı İl
Something Beginning With... 2016

Sinqllar[redaktə | mənbəni redaktə et]

Mahnı adı İl
"Lover, You Should've Come Over" 2017
"Storm" 2018
"Taking It Over"

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "UK: SuRie wins 'Eurovision: You Decide' with "Storm"". Wiwibloggs. 7 fevral 2018. 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
  2. "Who is SuRie? Eurovision: You Decide hopeful performing Storm and backing singer for Blanche in 2017". The Sun. 2018-02-07. 2018-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  3. "SuRie's Eurovision performance interrupted by stage invader". Metro.co.uk. 13 May 2018. 15 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2018.
  4. "Eurovision song contest 2018 – live!". 12 may 2018. 15 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 May 2018 – www.theguardian.com vasitəsilə.
  5. "Stage stormed during UK's Eurovision song". BBC News (ingiliscə). 12 may 2018. 14 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2018.
Əvvəlki:
Lusi Cons
"Never Give Up on You"
Böyük Britaniya Avroviziya Mahnı Müsabiqəsində

2018
Sonrakı:
Maykl Rays
"Bigger than Us"

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]