Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elxan
Elxan — Elxanilər dövlətinin hökmdarının titulu. Elxanilər eyni anda "Xan" titulu da daşıyırdılar. Bu titula 1260-cı ildən öncə mənbələrdə rast gəlinmir. Mənası "tabe olan xan" deməkdir.Digər yozuma görə isə mənası "Bir elin (torpağın, xalqın) xanı" deməkdir. == Qaşqaylarda == Bu titul 1818–1819-cu illərdə Qaşqayların tayfa başçısı Can Məhəmməd xan tərəfindən yenidən qəbul edilmişdir və titul nəsildən-nəsilə ötürülmüşdür. Bu nəsildən son elxan Nasir xan 1954-cü ildə Məhəmməd Musəddiqə dəstəyindən ötrü sürgün olundu və 1984-cü ildə Qaşqayların son elxanı olaraq vəfat etdi.
Elzas
Elzas (fr. Alsace, IPA: [al.zas]) Fransanın şimal-şərqində bir region, Almaniya və İsveçrə ilə həmsərhəddir. Paytaxtı Strasburq şəhəridir.
Elias
Elias — ad. Elias Kanetti — yəhudi əsilli Avstriya, Bolqarıstan, Böyük Britaniya yazıçısı Elias Mastokanqas — Finlandiya Veikkausliiqa təmsilçilərindən olan İnter Turku klubunda yarımmüdafiəçi. Elias Kozas — Yunanıstan müğənnisi.
Alxas Yunusov
Alxas Mirxas oğlu Yunusov (18 yanvar 1986, Cəlilabad – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alxas Yunusov 1986-cı il yanvarın 18-də Cəlilabad şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Alxas Yunusov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Alxas Yunusov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Cəlilabad şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alxas Yunusov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Alxas Yunusov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Alxas bulağı
Alxas bulağı — Xınalıqda bulaq. Alxas bulağı Xınalığın sirli bulaqlardan biridir. Bulağın suyu iki mənbədən gəlir: həm qayaların arasından süzülür, həm də yerin altından qaynayıb çıxır. Bu suyu içəndə adamın dişini göynədir. Bulağın bir sirri də var. Təkcə yayda çobanlar yaylaqda məskən salandan-salana suyu olur.
Elias Kanetti
Elias Kanetti (ing. Elias Canetti; 25 iyul 1905[…], Ruse – 14 avqust 1994[…], Sürix) — yəhudi əsilli Avstriya, Bolqarıstan, Böyük Britaniya yazıçısı, dramaturqu, kulturoloqu, sosial mütəffəkiri, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1981). == Həyatı == Yəhudi əsilli alman yazıçısı və dramaturq Elias Kanetti 1492-ci ildə İspaniyadan köç edən Sefard yəhudilərinin nəslindən idi. Keçmiş Osmanlı imperatorluğu ərazisində – indiki Bolqarıstanın Ruşuk şəhərində, zəngin tacir ailəsində doğulmuşdur. Maraqlıdır ki, 1952-ci ildə Böyük Britaniya vətəndaşlığını qəbul edənə qədər özünü Osmanlı təbəəsi saymışdı. Əsərlərini alman dilində yazmışdır. Əslində ailələrinin məişət dili ladino sayılırdı. Bu ispan dilinin Sefard yəhudiləri arasında təhrifə uğramış dialektlərindən biri idi. Lakin Elias Kanettinin ata-anası Vyanada təhsil aldıqlarından yalnız alman dilində danışırdılar və uşaqlarına da ana dili kimi, ilk növbədə almancanı öyrətmişdilər. Doğrudur, Elias Kanetti təhsil həyatına Britaniya məktəbində başlamışdı.
Elias Kozas
Elias Kozas (Ηλίας Κόζας) - Yunanıstan müğənnisi.
Elias Mastokanqas
Elias Mastokanqas (1 fevral 2001-ci ildə Finlandiyada anadan olub) — Finlandiya Veikkausliiqa təmsilçilərindən olan İnter Turku klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. == Klub karyerası == === İnter Turku === Kantola İnter Turku akademiyası vasitəsilə inkişaf etmişdir. Mastokanqas öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə Kemi klubuna qarşı oyunda etmişdir. O, 84-cü dəqiqədə Makumba Kancini ilə əvəz olunmuşdur. Həmin görüşdə İnter Turku kubok görüşündə rəqibinə 5-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 9 yanvar 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Finlandiya Superkuboku görüşləri daxildir.
Elif Elmas
Elif Elmas (mak. Елиф Елмас; 24 sentyabr 1999) — Şimali Makedoniyalı peşəkar futbolçu. İtaliyanın "Napoli" və Şimali Makedoniya milli komandasının yarımüdafiəçisi. == Karyerası == === Milli karyerası === Elmas Makedoniya milli futbol komandası ilə debütünü 11 iyun 2017-ci ildə 17 yaşı olarkən İspaniya millisinə qarşı FİFA Dünya Kubokunun təsnifat mərhələsi görüşündə etmişdir. O, ikinci hissədə Ostoya Styepanoviçi əvəz etmişdir. Elmas Makedoniya U-21 millisi ilə Polşada keçirilən 2017 UEFA U-21 Avropa Çempionatında iştirak etmişdir. O, 23 futbolçudan ibarət olan heyətdə ən gənc futbolçu idi.
Elmas Hüseynov
Elmas (Elmass) Mirmehdi oğlu Hüseynov (14 may 1937, Bakı – 6 dekabr 2013, Bakı) — Azərbaycan rəssamı, qrafika ustası, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992). == Həyatı == Elmas Hüseynov 14 may 1937-ci ildə Bakıda anadan olmuşdur. Buradakı 6 saylı orta məktəbdə təhsil almışdır. 1955-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuş, 1960-cı ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə o, Belarus Dövlət İncəsənət Universitetinin qrafika bölməsinə qəbul olmuşdur. Məzun olduqdan sonra Bakıya dönərək yaradıcılıq fəaliyyətinə başlamışdır. Elmas Hüseynov 1970-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olmuş, 1988-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Qrafika şöbəsinin sədr müavini olmuşdur. 1988–1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsinin Qrafika kafedrasında dosent işləmişdir. 1993-cü ildən Azərbaycan Rəssamlar İttifaqının idarə heyətinin üzvü olmuşdur. Elmas Hüseynov 6 dekabr 2013-cü ildə vəfat etmişdir.
Elxan (ad)
Elxan — Kişi adı. Elxan — Elxanilər dövlətinin banisi Hülaku xana Arıq Buğaya qalib gəldikdən sonra verdiyi titul. Elxan Əliquluzadə — Azərbaycanlı ağır atlet. Elxan Süleymanov — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı. Elxan Süleymanov (həkim) — Rusiya Federasiyası Çeçenistan Respublikasının səhiyyə naziri. Elxan Cəfərov — Azərbaycan aktyoru və rejissoru Elxan Cəfərov (alim) — Azərbaycan həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru.
Elxan Abbasov
Elxan Yunis — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2014). == Həyatı == Elxan Abbasov 1971-ci il 6 dekabrda Gəncə şəhərində anadan olub. 1988–1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Fuad Poladovun kursunun yetirməsidir. 1992-ci ildə Gəncə Dövlət Nizami Poeziya Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Qısa müddət üçün kinostudiyada kaskadyor kimi də çalışıb. 13 fevral 2014-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. Elxan Abbasov həmçinin 2017-ci ildə Türkiyənin Ankara şəhərində baş tutan Hak-iş Beynəlxalq Qısa Film festivalında " Qarabağ " qısa filmində canlandırdığı Elxan obrazı ilə "Ən yaxşı kişi aktyoru" nominasiyası üzrə birinci yerə layiq görülüb. Ailəlidir. 3 övladı var.
Elxan Abdullayev
Elxan Abdullayev (19 may 1970, Bakı) — Azərbaycanlı futbolçu və futbol məşqçisi. 1987-ci ildə S. M. Kirov adına Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1999–2000-ci illərdə Leypsiq İdman Universitetinin futbol fakültəsini bitirmişdir. 2010-cu ildə, Ukrayna Futbol Federasiyasının Kiyevdəki lisenziyalaşdırma mərkəzində təhsilini başa vurduqdan sonra bütün Avropa ölkələrində peşəkar liqalarda işləmək hüququ verən Pro lisenziyası almışdır. Azərbaycanda ilk Pro-lisenziyalı məşqçidir. 6 dili bilir: azərbaycan, rus, türk, ingilis, çex və slovak. Sovet dövründə Azərbaycan futbol tarixinin ən yaxşı məşqçilərindən biri sayılan, SSRİ idman ustası, Azərbaycan SSR-nin əməkdar məşqçisi Ruslan Abdullayevin oğludur. == Karyerası == === Oyunçu karyerası === Peşəkar futbol karyerasına 1989-cu ildə SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında Azərbaycan SSR-ini təmsil edən "Termist" Bakı komandasında müdafiəçi kimi başlamışdır. Eyni zamanda "Dinamo" Bakı,"Azəri" Bakı,"Turan" Tovuz," Xəzri" Buzovna klublarında çıxış etmişdir (1991-ci il mövsümündə də" Neftçi"yə keçid etsədə, amma oynamadı). 1994/95 mövsümündə o dövrdə atası Ruslan Abdullayevin rəhbərlik etdiyi Slovakiyanın Pyeştyani futbol klubunda oynamışdır.
Elxan Allahverdiyev
Elxan Allahverdiyev (15 iyun 1960, Bakı) — Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Allahverdiyev Elxan Şamil oğlu 15.06.1960-cı il tarixdə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspirantura pilləsini bitirmişdir. Əmək fəaliyyətinə 1984-cü ildə başlamışdır. Həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnistutunda müxtəlif vəzifələrdə çalışmışdır. 1998-ci ildən 2005-ci ilədək "Meridian" MMC-də Direktor, 2005-ci ildən 2015-ci ilədək "Duet" firması Kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-cı ilədək Bank Olmayan Kredit Təşkilatı "Kredex" MMC-də idarə heyətinin sədrinin müavini, 2017-ci ildə "Kontinent İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışmışdır. === Ailəsi === Qardaşı Rövşən Allahverdiyev Kapital Bankın İdarə Heyətinin sədridir. == Siyasi fəaliyyəti == Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Elxan Ağahüseynov
Elxan Ağahüseynov (8 dekabr 1942, Bakı – 2 avqust 2009, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002). == Həyatı == Ağahüseynov Elxan Ağahüseyn oğlu 8 dekabr 1942-ci ildə Bakıda anadan olmuşdur. Tələbə ikən 1960-cı ildə Akademik Milli Dram Teatrına işə qəbul edilmişdir. Elxan Ağahüseynoğlu qırx ildən çox Akademik Milli Dram Teatrının aktyorudur. O, bu illər ərzində çox səmərəli fəaliyyət göstərib və ən müxtəlif janrlı tamaşalarda əlvan və rəngarəng, bədii tip kimi çox xarakterli rollar oynayıb: Məşhur teatr aktyoru E. Ağahüseynoğlu Azərbaycan Dövlət Televiziyasında hazırlanmış onlarca tamaşada oynamışdır. Bunlardan: S. Qədirzadənin "Ürək rahatlıq sevmir" (Müdir), S. Dağlının "Sabiqlər" (Müdir), "Adı sənin, dadı mənim" (Nəzarətçi), S. Rəhmanın "Şirin bülbül" (Sərnişin), İ. Əfəndiyevin "General" (Zabit), M. F. Axundovun "Hacı Qara" (Xəlil Yüzbaşı) Pyeslərinin tamaşalarını göstərmək olar. Aktyor "Axırıncı aşırım", "Ömrün səhifələri", "Dantenin yubileyi", "Qəm pəncərəsi" bədii filmlərinə çəkilib. Elxan Ağahüseynoğlu aktyorluq sənətində qazandığı nailiyyətlərə görə 22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2002-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Elxan Ağahüseynoğlu 2 avqust 2009-cu ildə vəfat etmişdir.
Elxan Ağahüseynoğlu
Elxan Ağahüseynov (8 dekabr 1942, Bakı – 2 avqust 2009, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002). == Həyatı == Ağahüseynov Elxan Ağahüseyn oğlu 8 dekabr 1942-ci ildə Bakıda anadan olmuşdur. Tələbə ikən 1960-cı ildə Akademik Milli Dram Teatrına işə qəbul edilmişdir. Elxan Ağahüseynoğlu qırx ildən çox Akademik Milli Dram Teatrının aktyorudur. O, bu illər ərzində çox səmərəli fəaliyyət göstərib və ən müxtəlif janrlı tamaşalarda əlvan və rəngarəng, bədii tip kimi çox xarakterli rollar oynayıb: Məşhur teatr aktyoru E. Ağahüseynoğlu Azərbaycan Dövlət Televiziyasında hazırlanmış onlarca tamaşada oynamışdır. Bunlardan: S. Qədirzadənin "Ürək rahatlıq sevmir" (Müdir), S. Dağlının "Sabiqlər" (Müdir), "Adı sənin, dadı mənim" (Nəzarətçi), S. Rəhmanın "Şirin bülbül" (Sərnişin), İ. Əfəndiyevin "General" (Zabit), M. F. Axundovun "Hacı Qara" (Xəlil Yüzbaşı) Pyeslərinin tamaşalarını göstərmək olar. Aktyor "Axırıncı aşırım", "Ömrün səhifələri", "Dantenin yubileyi", "Qəm pəncərəsi" bədii filmlərinə çəkilib. Elxan Ağahüseynoğlu aktyorluq sənətində qazandığı nailiyyətlərə görə 22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2002-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Elxan Ağahüseynoğlu 2 avqust 2009-cu ildə vəfat etmişdir.
Elxan Ağüzüm
Elxan Lətif oğlu Ağüzüm (Qars 1947 –) - Millətvəkili, Turizim naziri (30 Mart 1989 - 23 İyun 1991) == Həyatı == Lətif Ağüzüm ün oğludur, Əsədulla Ağüzümün nəvəsi Əslən Şuşalıdır.Anası isə Sarı Ələkbərin qızı Brilyant xaımdır. Elxan Aküzüm 1947-ci ildə Qarsda doğulmuşdur.
Elxan Babayev
| Elxan Əlisəttar oğlu Babayev (28 avqust 1948, Bakı – 2 fevral 2003) — musiqişünas, sənətşünaslıq doktoru (1999), professor (1994). ABİ və Musiqi Xadimləri İttifaqının üzvü. == Həyatı == Elxan Babayev Üzeyir Hacıbəyov adına ADK-nın ifaçılıq və musiqişünaslıq fakültələrini (1971, 1973) bitirmişdir. 1978-ci ildən ADK-da çalışmışdır (1993–2003 illərdə BMA-nın tədris işləri üzrə prorektoru). Elxan Babayev 1981–1984-cü illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi kafedrasının dissertantı olmuşdur. 1985-ci ildə Moskva Dövlət Konservatoriyasında Azərbaycan dəstgahlarının ritmikası (elmi rəhbər sənətşünaslıq doktoru, professor V. N. Xolopova) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi yaradıcılığı genişdir: bir neçə elmi monoqrafiyaların, 80-dan artıq elmi, elmi-metodik, elmi-publisistik məqalələrin, teleradio verilişlərinin müəllifidir. Tbilisi, Düşənbə, Almatı, Moskva, Bağdad, Ankara, Köln, Çikaqo, Tehran şəhərlərində keçirilən beynəlxalq elmi simpozium və konqreslərdə məruzələr etmiş, mühazirələr oxumuşdur. Elmi əsərlərinə görə musiqişünasların B. Asafyev adına beynəlxalq müsabiqəsinin və "Humay" mükafatının laureatı olmuşdur. Əsas elmi maraq dairəsi Azərbaycan muğamlarının intonasiya və ritm xüsusiyyətlərinin tədqiqi ilə bağlıdır.
Elxan Cəfərov
Elxan Pərviz oğlu Cəfərov (29 aprel 1967, Bakı) — Azərbaycan kino aktyoru və rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2016). == Həyatı == Elxan Pərviz oğlu Cəfərov 29 aprel 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ssenarist Mailə Muradxanlının oğlu, aktrisa Gülzar Qurbanova həyat yoldaşıdır. == Fəaliyyəti == Elxan Cəfərov hələ uşaq yaşlarında bir neçə filmə çəkilib. Onun ifa etdiyi çoxsaylı uşaq rolları arasında A. Dovjenko adına kinostudiyanın “Hazır ol, əlahəzrət” (1977) filmində şahzadə rolu da var. Hazırda rejissordur, klip və filmlər çəkir. == Ad və mükafat == "Dolu" filminə görə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015) Azərbaycanın Əməkdar incəsənət xadimi (29 iyul 2016-cı il) == Filmoqrafiya == Aktyor kimi Sevinc buxtası (film, 1977) (tammetrajlı bədii film) (rol: Atamoğlan) Şir evdən getdi (film, 1977) (tammetrajlı bədii film) (rol: Rüstəm) Bağçada rahat yer (film, 1978) (qısametrajlı bədii film) (rol: Fazil) Mən mahnı qoşuram (film, 1979) (tammetrajlı bədii film) (rol: Nadir) Qəribə adam (film, 1979) (tammetrajlı bədii film) (rol: uşaq) Bağ mövsümü (film, 1985) (tammetrajlı bədii film) (rol: Adil) Təxribat (film, 1989) (tammetrajlı bədii film) (rol: Zaur) Kənar adamlar (film, 1992) (tammetrajlı bədii film) (rol: Ayaz) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (tammetrajlı bədii film) (rol: Zaur) Qonşu qadın (film, 2015) (qısametrajlı bədii film) (rol: qadının əri) Rejissor kimi Məhbus (film, 1995) (qısametrajlı bədii televiziya filmi) Əlvida (film, 2007) (tammetrajlı bədii film) Qarabağdır Azərbaycan (film, 2009) (sənədli-bədii film) Əlavə təsir (film, 2010) (tammetrajlı bədii film) Dolu (film, 2012) (tammetrajlı bədii film) Yarımçıq xatirələr (film, 2015) (tammetrajlı bədii film) Cümhuriyyətin 9 şəkli (film, 2018) Ssenari müəllifi kimi Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (tammetrajlı bədii film) Filmi səsləndirən kimi Kitabi Dədə Qorqud.
Elxan Elatlı
Elxan Əbdürrəhman oğlu Osmanov (19 dekabr 1962, Sis, Şamaxı rayonu) — azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıda yerləşən Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. "Kirpi" jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub. 1980–1985-ci illərdə BDU–nun mexanika–riyaziyyat fakültəsində oxuyub. 1985–2001-ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 28 kitabı işıq üzü görüb ki, onların dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı("Qisas gecəsi"), digəri psixoloji roman ("Mərtəbələr") və "Xəstə ruhlar" əsəri tarixi-detektiv roman, on doqquzu isə detektiv nəsr əsərləridir.
Elxan Hüseynli
Elxan İsrayıl oğlu Hüseynli (4 oktyabr 1999, Yuxarı Kəbirli, Beyləqan rayonu – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elxan Hüseynli 4 oktyabr 1999-cu ildə Beyləqan rayonunun Yuxarı Kəbirli kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Əli Əsgərov adına Beyləqan rayon Kəbirli kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elxan Hüseynli 2017-2019-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Həmlə" Taborunda müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Elxan Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elxan Hüseynli 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ertəsi gün doğulduğu Beyləqan rayonunun Yuxarı Kəbirli kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elxan Hüseynov
Elxan Hüseynov (rektor)
Elxan Həsənli
Elxan Həsənli (əsl adı: Elxan Məmməd oğlu Həsənov; alm. Elchan Gassanow‎; 15 dekabr 1974, Qazax) — Azərbaycan əsilli İsveçrə tarixçisi, tarix üzrə fəlsəfə doktoru, politoloq, siyasi ekspert. == Həyatı == Elxan Məmməd oğlu Həsənov (Həsənli) 15 dekabr 1974-cü ildə Azərbaycan SSR-nin Qazax şəhərində anadan olmuşdur. O, 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakultəsində təhsil almışdır. Həsənli 2007–2011-ci ildə İsveçrənin Sürix Universitetinin magistraturasında, 2011–2013-cü illərdə Sürix Pedaqoji İnstitutunda pedaqoji təhsil almışdır. == Fəaliyyəti == Elxan Həsənli 1996–1998 ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. O, 1994-cü ildə "Rezonans" qəzetinin müxbiri kimi əmək fəaliyyətinə başlamışdır. Həsənli 1998-ci ildən 2004-cü ilə qədər "Yeni Müsavat" qəzetinin müxbiri işləmişdir. O, 2011-ci ildən 2016-cı ilə qədər İsveçrənin Sürix Universitetində elmi işçi, 2016-cı ildən 2021-ci ilə qədər Sürix meriyasında çətin öyrənən uşaqların təhsili kollecində alman dili, tarix və informasiya-kommunikasiya texnologiyaları müəllimi işləmişdir. Həsənli müəllimlərin təkmilləşməsi üzrə İsveçrə və Almaniya sertifikasiyalarını qazanmışdır.
Elxan Həsənov
Həsənov Elxan Eldar oğlu — Azərbaycan futbolçusu, Azərbaycan milli futbol komandasının qapıçısı, SSRİ idman ustası, ikiqat Azərbaycan çempionu. == Həyatı == Elxan Həsənov 4 mart 1967-ci ildə Bakıda anadan olub.Əslən Xocavənd rayonu Muğanlı kəndindəndir.1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. 1984-cü ildə Bakının "Neftçi" klubundan dəvət alıb. "Kəpəz" (Gəncə), Xəzər Sumqayıt, "Turku" (Finlandiya) və Karvan komandalarında oynayıb. 1988-ci ildə SSRİ Federasiya Kubokunun finalına oynayıb. Dəfələrlə Azərbaycan Kuboku mükafatçısı olub. 2000-ci ildə Finlandiya Kubokunun finalçısı olub. Azərbaycan milli futbol komandasının qapısını qoruyub.
Elxan Kərimov
Elxan Kərimov — Azərbaycan fotoqrafı Elxan Əziz oğlu Kərimov 1948-ci il dekabrın 28-də Bakının Bülbülə kəndində anadan olmuşdur. 1957–1967–ci illərdə 208 saylı orta məktəbi bitirmişdir. 1968-ci ildə əmək fəaliyyətinə başlamışdır. Əvvəl Bülbülə kəndində yerləşən "Quyuların sınaqdan keçirilməsi və əsaslı təmiri" idarəsində işləmişdir. 1971-ci ildə Azərbaycan Pedaqoji Universitetində (keçmiş V.İ.Lenin adına APİ) çıxan "Gənc müəllim" qəzetində foto müxbir işləmişdir. 1973–1977-ci illərdə Azərbaycan Pedaqoji Universitetini bitirmişdir. 1979-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. 1971-ci ildə çəkdiyi fotolar respublikada çıxan "Azərbaycan müəllimi", "Bakı", "Baku" və s qəzetlərdə çap olunmuşdur. 1997-ci ildə Türk beynəlxalq iş adamları "Dialoq" aylıq jurnalında foto müxbir vəzifəsində çalışmışdır. Daha sonra öz fəaliyyətini "Tüsiab" jurnalında davam etdirmişdir.
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya üzrə fəlsəfə doktorudur. 1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.