Elxan

ElxanElxanilər dövlətinin hökmdarının titulu. Elxanilər eyni anda "Xan" titulu da daşıyırdılar. Bu titula 1260-cı ildən öncə mənbələrdə rast gəlinmir.[1] Mənası "tabe olan xan" deməkdir.[2]Digər yozuma görə isə mənası "Bir elin (torpağın, xalqın) xanı" deməkdir.

Bu titul 1818–1819-cu illərdə Qaşqayların tayfa başçısı Can Məhəmməd xan tərəfindən yenidən qəbul edilmişdir və titul nəsildən-nəsilə ötürülmüşdür. Bu nəsildən son elxan Nasir xan 1954-cü ildə Məhəmməd Musəddiqə dəstəyindən ötrü sürgün olundu və 1984-cü ildə Qaşqayların son elxanı olaraq vəfat etdi.[3]

  1. Peter Jackson The Mongols and the West, səh.127
  2. Fəzlullah RəşidəddinCəmi ət-Təvarix
  3. "Qaşqaylar — Encyclopedia Iranica". 2015-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-05.