Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eybə Sultan
Eybə Sultan — Ağqoyunlu dövlətində sərkərdə. Uzun Həsənin əmisi oğlu Danə Xəlilin oğlu idi. Eybə Sultanın qardaşı Yaqubcanı Fars hakimi olmuşdur. Bir qardaşı Gözəl Əhməd Bayandur, digər qardaşı isə Nur Əli bəydir.
Eybalı Mehrəliyev
Mehrəliyev Eybalı Qara oğlu (1930, Bico – oktyabr 2011, Bakı) — coğrafiya elmləri doktoru, professor. == Həyatı == 1930-cu ildə Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. 1951-ci ildə ADPİ-nu bitirmişdir. İnstitutda laborant, Coğrafiya İnstitutunda kiçik elmi işçi, EA-nın İqtisadiyyat İnstitutunda kiçik və böyük elmi işçi, S.Dadaşov adına Tikinti Materialları Elmi-Tədqiqat İnstitutunda iqtisadi tədqiqatlar şöbəsinin müdiri, Neft Akademiyasında və İqtisadiyyat İnstitutunda dosent işləmişdir. APİ-nin dekanı olmuş, Kosmik tədqiqatlar EİB-nin laboratoriya müdiri işləmiş, Coğrafiya İnstitutunda "Əhali coğrafiyası" şöbəsini yaratmış və ona rəhbərlik etmişdir. E.Q.Mehrəliyev 1958-ci ildə Bakıda namizədlik, 1992-ci ildə Kiyevdə doktorluq dissertasiyası müdafiə etmişdir. 150-yə yaxın elmi məqalənin, 4 monoqrafiyanın, 4 kitabçanın, 14 çap olunmuş elmi işin, 14 elmi-tədqiqat hesabatının müəllifidir. Dövlət İdarəçilik Akademiyasında işləyirdi. 2011-ci ildə oktyabr ayında Bakı şəhərində vəfat etmişdir.
Eybar FK
Sosyedad Deportiva Eybar — Bask muxtar ölkəsində Gipuzkoa şəhərində yerləşən İspan futbol klubu. 30 noyabr 1940-cı ildə qurulub. Hazırda La Liqada oynayır. 2014-cü ildə ilk dəfə İspan futbolunun birinci liqasına yüksəlmişdir. Onlar 26 dəfə Segunda División da, tarixinin qalan hissəsini isə aşağı liqalarda rəqabət aparırdılar. Komanda mavi şortlu (FC Barselonanın dəstəyi ilə) köynək və mavi köynəklərdə oynayır və Ipurua Şəhər Stadionunda ev oyunları keçirir. FK Eybar, dünyanın 69 ölkəsindən 10.000-dən çox səhmdarı olan bir fanla əlaqəli klubdur.
AYB
Azərbaycan Yazıçılar Birliyi — Azərbaycan yazıçı və şairlərinin, tərcüməçilərinin ən böyük ictimai təşkilatı. SSRİ dövründə Azərbaycan Yazıçılar İttifaqı adlanırdı. Hazırda 1510-dan artıq üzvü var. Sədri yazıçı Anardır. == Tarixi == Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birliklərin və məclislərin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə "Türk ədib və şairlər ittifaqı dərnəyi" təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik "İldırım" adlanırdı. "Qızıl qələmlər" ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi.
Eyn
𐔶 (səslənməsi: /e:/; transkripsiyası: Ē, ē) — Alban əlifbasının yeddinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Են (En) kimi verilmişdir. Tədqiqatçılar Aşot Abramyan, Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "ēyn" olmalıdır, erməni müəllif isə Է və Ե hərflərini səhv salmışdır. Gürcü dilçi Roman Loluanın fikrincə bu hərf Է hərfinin antiformasıdır.Alban əlifbasında həm uzun [e] səsinin, həm də [ey] diftonqunun qarşılığı kimi işlənilib. Rəqəmsal dəyəri 7 olmuşdur.
Eyr
Eyr-Nort — Avstraliyada ən böyük axarsız şor göl. Materikin quraq, səhralı cənub hissəsində, dəniz səviyyəsindən 16 m aşağıdadır. Yalnız yayda, ona çaylar töküldüyü vaxt su ilə dolur. Bu dövrdə sahəsi təqribən 15000 km²-ə çatır. İlin başqa fəsillərində quruyaraq, şoranlığa çevrilir. 1840-cı ildə gölü kəşf etmiş ingilis səyyahı C. Eyrin şərəfinə adlandırılmışdır. == Mənbə == Azərbaycan sovet ensiklopediyası Bakı 1979.
Brendan Eyx
Brendan Eyx (ing. Brendan Eich; 4 iyul 1961, Pitsburq, Pensilvaniya) — Amerikalı texnoloq və JavaScript proqramlaşdırma dilinin yaradıcısıdır. Mozilla layihəsini və Mozilla Korporasiyasını qurdu və Mozilla Korporasiyasının baş texniki direktoru və qısa müddətdə baş icraçı vəzifəsini icra etdi. O, Brave Brauzerinin baş direktorudur.
Ceyn Eyr
Ceyn Eyr – Şarlotta Brontenin çapdan çıxmış ilk romanı. Ceyn Eyr – ədəbi qəhrəman. Ceyn Eyr – 1934-cü ildə çəkilmiş film. Ceyn Eyr – 1943-cü ildə çəkilmiş film. Rəhmsiz – 1952-ci ildə çəkilmiş film. Ceyn Eyr – 1970-ci ildə çəkilmiş film. Ceyn Eyr – 1973-cü ildə çəkilmiş mini-serial. Ceyn Eyr – 1983-cü ildə çəkilmiş mini-serial. Ceyn Eyr – 1996-cı ildə çəkilmiş film. Ceyn Eyr – 1997-ci ildə çəkilmiş film.
Donald Erb
Donald Erb (17 yanvar 1927 – 2008) — amerikalı bəstəkar. == Həyatı == Donald Erb 17 yanvar 1927-ci ildə Amerika Birləşmiş Ştatlarında anadan olub.
Eyc (hərf)
Ե, ե (adı: eyc, erm. եջ) — erməni əlifbasının beşinci hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Eyl Malk
Eyl Malk (ing. Eil Malk) — Palaunun tərkibinə daxil olan ada. mərcan mənşəlli adadır. Adada yaşayış yoxdur. == Coğrafiyası == Palau adasından 23 km cənub-şərqdə yerləşir. Uzunluğu 6 km, eni 4,5 km, sahəsi 19 km² təşkil edir. Maksimal hüündürlük 82 metrdir. İqlimi tropikdir. Tropik siklonların təsirinə məruz qalır. Bir hissəsi sıx şəkildə tropik meşə ilə örtülüdür.
Eyn-İsa
Əyn-İsa (bəzi mənbələrdə Eyn-İsa, Ayn-İsa Ayn İssa; ərəb. عين عيسى‎‎, kürd. Bozanê‎, türk. Ayn İsa) — Suriyanın Raqqa mühafəzəsinin Təll-Abyad rayonunda qəsəbə. Qəsəbə Təll-Abyad ilə Raqqa şəhərləri arasında yerləşir. == Tarix == Eyn-İsa 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG), Qadın Qoruma Dəstələri (YPJ) və Raqqa İnqilabçılar Briqadası tərəfindən ələ keçirilmişdir. Baxmayaraq ki, çox keçməmiş İraq Şam İslam Dövləti döyüşçüləri tərəfindən yenidən zəbt edilmişdir, YPG qəsəbənin iyul ayının əvvəllərində yenidən ələ keçirmişdir. Suriya Ərəb Respublikasına tabe qoşunlar Əsəd rejiminin Suriya Demokratik Qüvvələri ilə apardığı danışıqlardan sonra 14 oktyabr 2019-cu ildə Eyn-İsanın nəzarətini ələ keçirmişdir ki, qəsəbənin Sülh Bulağı əməliyyatı çərçivəsində Türkiyə nəzarətinə düşməsinin qarşısını alsın. === Eyn-İsa qaçqın düşərgəsi === 2016-cı ilin aprel ayından bəri qəsəbənin yaxınlıqlarında Eyn-İsa qaçqın düşərgəsi fəaliyyət göstərir, hansı ki, 2018-ci ilin iyul ayında 9.000 məcburi köçkünə ev sahibliyi edirdi. Bu məcburi köçkünlərin əksəriyyəti Deyr əz-Zövr və Rəqqə mühafəzələridən gəlirdi.
Eyr (şəhər)
Eyr (ing. Ayr, şot.kelt Inbhir Àir) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Eyr Aoy
Eyr Aoy (藍井 エイル, Aoi Eiru, d. 30 noyabr 1988, Sapporo) – SME Records ilə əməkdaşlıq edən Yaponiya müğənnisi. Niconico video paylaşma platforması sayəsində kəşf edildikdən sonra 2011-ci ildə ilk sinqlı olan "Memoria"nı buraxmışdır. "Memoria" "Fate/Zero" anime serialının birinci bağlanış mahnısı olmuşdur. Eyr Aoyun mahnıları "Fate/Zero", "Sword Art Online", "Kill la Kill", "The Heroic Legend of Arslan" kimi bir çox anime seriallarında və "Rank Okoku" kimi verilişlərdə istifadə olunmuşdur. O, həmçinin ABŞ, Cənub-şərqi Asiya və Avropada keçirilən anime tədbirlərində iştirak etmiş və çıxış etmişdir. 2016-cı ilin oktyabrında sağlamlığı ilə bağlı problemlərə görə 2016-cı ilin noyabrında Nippon Budokanda baş tutacaq iki günlük konsertdən sonra qeyri-müəyyən müddətliyinə musiqidən ayrılacağını bildirmişdir. 2018-ci ilin fevralında aprel ayından musiqi dünyasına qayıdacağını açıqlamışdır. == Bioqrafiya == Aoy mahnı oxumağa liseydə təhsil alarkən qurduğu qrupda başlayıb. Yaponiya video paylaşma platforması Niconico sayəsində kəşf edildikdən sonra 19 oktyabr 2011-ci ildə "Memoria" adlı ilk sinqlını buraxmışdır.
Eyr yarımadası
Eyr yarımadası (ing. Eyre Peninsula) — Avstraliyanın cənubunda yerləşən yarımada. Ölkənin ayrıca bir regionu. == Coğrafiyası == Eyr yarımadası Cənubi Avstraliya ştatının ərazisində yerləşir. Şərqdən Spenser körfəzi, qərbdən isə Böyük Avstraliya körfəzi ilə əhatələnir. Şimaldan isə Qoler dağı ilə əhatələnir. İqlim baxımından qərb rayonları quraq, cənub rayomnları isə mülayimdir. Yay ayları orta temperatur 25—29 °C, daxili rayonlarda 34 °C, qış ayları isə 15—18 °C olur. Noyabrdan aprelə qədər Eyrdə meşə yanğınları müşahisdə edilir. Yarımada ərazisində Linkoln, Koffin-Bey, Qoler Reynciz milli parkları vardır.
Eyr şəhəri
Eyr (ing. Ayr, şot.kelt Inbhir Àir) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
II Eye
II Eye (e. ə. XIV əsr, Ahmim[d], Sövhac mühafəzəsi[d] – e. ə. XIV əsr, Teben) — Misir fironu.
La'eeb
Qeyb Nyuell
Geyb Nyuell (ing. Gabe Logan Newell) və ya ləqəbi ilə Geyben (ing. Gaben; 3 noyabr 1962, Kolorado) — amerikalı iş adamı və Valve videooyun şirkətinin prezidenti. Nyuell Koloradoda anadan olub və Kaliforniyanın Deyvis şəhərində böyüyüb. 1980-ci illərin əvvəllərində Harvard Universitetində təhsil almağa başlayıb, lakin Microsofta qoşulmaq üçün təhsilini yarımçıq qoyub və Windows əməliyyat sisteminin ilk versiyalarının yaradılmasında iştirak edib. Nyuell və Mayk Harrinqton 1996-cı ildə Microsoft-dan ayrılaraq Valve-i yaratdılar və ilk oyunları olan Half-Life-ın (1998) tərtibatını maliyyələşdirdilər. Harrinqton 2000-ci ildə şirkətdən ayrıldı. Nyuell Valve-in 2003-cü ildə istifadəyə verilmiş və 2011-ci ilə qədər yüklənmiş kompüter oyunları bazarının çox hissəsini idarə edən Steam rəqəmsal paylama xidmətinin tərtibatına rəhbərlik etmişdir. 2021-ci ilə qədər Nyuell Valve-in ən azı dörddə birinə sahib idi. O, 2021-ci ilə kimi 3,9 milyard dollar sərvəti ilə ABŞ-nin ən varlı insanlarından biri və videooyun sənayesinin ən varlı adamı kimi qiymətləndirilirdi.
Karolina Eyk
Karolina Eyk (alm. Carolina Eyck‎; 26 dekabr 1987, Berlin) — Termenvoks elektron alətində ifa edən alman musiqiçisi. Bu alətdə çalmağın ən məşhur müasir populyarlaşdırıcılarından biridir. == Bioqrafiya == Karolina Eyk 26 dekabr 1987-ci ildə anadan olub. Sorb mənşəli bəstəkar Karolina Eyk dünyanın aparıcı virtuozlarından biridir. Berlin Filarmoniyasında debütündən sonra o, Bazeldə keçirilən Bohuslav Martinu Beynəlxalq Musiqi Festivalına, Davos Festivalına (İsveçrə), Konzerthaus Berlin, Großes Festspielhaus Salzburg (Avstriya) və Teatro Nacional Lissabon (Portuqaliya) dəvət olunub. Polşa, Çexiya, Lüksemburq, İsveç, Finlandiya, Böyük Britaniya,İtaliya, İsveçrə, Avstriya, Yaponiya, Meksika, Çili, Portuqaliya, Macarıstan, Pakistan,Türkiyə və Amerika Birləşmiş Ştatları onun konsert verdiyi ölkələrdir. Konsert turları zamanı Eyk Heinz Holliger, Robert Kolinsky, Gerhard Oppitz, Andrey Boreyko, Michael Sanderling, Gürer Aykal, John Storgårds, Berlin Radio Simfonik Orkestri, Bern Simfonik Orkestri, Essencheil Philaster kimi digər musiqiçi və orkestrlərlə işləmişdir. Brandenburq Dövlət Orkestri, Ştutqart Filarmonik Orkestri, Lapland Kamera Orkestri, Heydelberq Simfonik Orkestri və Salzburq Motsart orkestri onun konsert verdiyi orkestrlər arasındadır. O, Yaponiyada və San-Fransiskoda Lera Auerbaxın "Kiçik su pərisi" tamaşası ilə Hamburq baletinin qonaq musiqiçisi olub.
Eyn Kərəm
Eyn Kərəm — Qüdsün cənub-qərb bölgəsi. İvrit dilindən rus dilinə tərcümə edilən bu ad "Üzüm bağında bahar" deməkdir. 1948-ci ildə isə Yerusəlimə birləşdirildi. Eyn Kərəm ərazisində İsrailin aparıcı tibb mərkəzlərindən biri olan Hadassah Xəstəxanasının iki kampusundan biri, həmçinin bir sıra xristian kilsələri və monastırları yerləşir. == Xristian ənənəsində == Xristian ənənəsi bu yerlə iki mühüm hadisəni əlaqələndirir: Vəftizçi Yəhyanın anadan olması və Məryəmin Vəftizçi Yəhyanın anası Elizabet ilə görüşü. Eyn Kərəmdə bir-birindən qısa məsafədə yerləşən bir neçə monastır və kilsə var: 1871-ci ildə Arximandrit Antonin (Kapustin) tərəfindən qurulan Gornenski Pravoslav monastırı. Gornenski monastırının Kazan kilsəsinin yaxınlığında saleh Zəkəriyyə və Elizabetin evindən bir sütun və əfsanəyə görə, Vəftizçi Yəhya xalqa ilk xütbəsini söylədiyi bir daş var. 1939-cu ildə əvvəlki kilsələrin xarabalıqları yerində tikilmiş Vəftizçi Yəhya Katolik Kilsəsi. Burada, əfsanəyə görə, Vəftizçi Yəhya saleh Zəkəriyyə və Elizabetin evində doğulub. Yəhyanın doğulduğu yer kilsənin mağarasında yerləşir, burada mərmər plitə üzərində qurbangahın altında bir yazı var: "HIC PRECURSOR DOMINI NATUS EST" (Burada Rəbbin Sələfi anadan olub).
Geyb Nyuell
Geyb Nyuell (ing. Gabe Logan Newell) və ya ləqəbi ilə Geyben (ing. Gaben; 3 noyabr 1962, Kolorado) — amerikalı iş adamı və Valve videooyun şirkətinin prezidenti. Nyuell Koloradoda anadan olub və Kaliforniyanın Deyvis şəhərində böyüyüb. 1980-ci illərin əvvəllərində Harvard Universitetində təhsil almağa başlayıb, lakin Microsofta qoşulmaq üçün təhsilini yarımçıq qoyub və Windows əməliyyat sisteminin ilk versiyalarının yaradılmasında iştirak edib. Nyuell və Mayk Harrinqton 1996-cı ildə Microsoft-dan ayrılaraq Valve-i yaratdılar və ilk oyunları olan Half-Life-ın (1998) tərtibatını maliyyələşdirdilər. Harrinqton 2000-ci ildə şirkətdən ayrıldı. Nyuell Valve-in 2003-cü ildə istifadəyə verilmiş və 2011-ci ilə qədər yüklənmiş kompüter oyunları bazarının çox hissəsini idarə edən Steam rəqəmsal paylama xidmətinin tərtibatına rəhbərlik etmişdir. 2021-ci ilə qədər Nyuell Valve-in ən azı dörddə birinə sahib idi. O, 2021-ci ilə kimi 3,9 milyard dollar sərvəti ilə ABŞ-nin ən varlı insanlarından biri və videooyun sənayesinin ən varlı adamı kimi qiymətləndirilirdi.
Eb
𐔴 (səslənməsi: /e/; transkripsiyası: E, e) — Alban əlifbasının beşinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Էբ (Eyb) kimi verilmişdir. Tədqiqatçılar Aşot Abramyan, Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "eb" olmalıdır, erməni müəllif isə Է və Ե hərflərini səhv salmışdır. Gürcü dilçi Roman Loluanın fikrincə bu hərf Ե hərfinin antiformasıdır. Alban əlifbasında [e] səsinin qarşılığı kimi işlənilib. Sergey Nikitiç Murayev isə onu ė kimi səciyyətləndirməyin daha doğru olduğunu düşünürdü.
Ey Ey Tet
Ey Ey Tet (13 dekabr 1992) — Myanmalı üzgüçü. Ey Ey Tet Myanmanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ey Ey Tet birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 30.25 saniyəlik nəticəsi ilə 70-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ceyn Eyr (müzikl)
Ceyn Eyr - 2000-ci ildə çəkilən müzikldır. Yazıçı Con Kayrd, bəstəkarı isə Pol Qordandır. == İstehsal tarixi == Müzikl seminarı 1995-ci ildə ABŞ-nin Nyu-York şəhərində yerləşən "Manhattan Theatre Club" adlı klubda keçirilmişdir. Bu seminarda müzikl tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. Müziklın ilk premyerası Kanadanın Toronto şəhərində "Royal Alexandra Theatre" adlı teatrda 1996-cı ildə keçirilmişdir. Rəsmi açılışı isə Nyu-York şəhərinin Manhetten bölgəsində yerləşən "Brooks Atkinson Theatre" adlı teatrda 10 dekabr 2000-ci il tarixində baş tutmuş və bağlanış mərasimi 10 iyun 2001-ci il tarixində son yetmişdir. "Ceyn Eyr" müziklın London premyerası "Royal Academy of Music" konservatoriyasında 2007-ci ilin iyun ayında keçirilmişdir.
Ceyn Eyr (personaj)
Ceyn Eyr — Şarlotta Brontenin Ceyn Eyr əsərindəki baş qəhrəmandır. Hekayə Ceynin körpəlik və uşaqlıq illərində yetim qalması, əvvəlcə müəllim, sonra isə qubernator kimi işləməsi və işə götürən, sirli və əhvalı-ruhiyyəli Edvard Roçesterlə romantik münasibətindən bəhs edir. Jane tənqidçilər tərəfindən etibarlılığı, güclü düşüncəsi və fərdiliyi ilə qeyd olunur. Müəllif, adi bədii və bəlkə də qismən avtobioqrafik qəhrəmanlardan fərqli olaraq, Ceynini qəsdən yaraşıqsız bir fiqur kimi yaratmışdır. Jane, romantik və feminist yazılara göstərdiyi təsirə görə oxucular tərəfindən tənqidi bəyənmələrə görə məşhur bir ədəbiyyat xadimidir. Roman teatr, kino və televiziya da daxil olmaqla bir sıra başqa formalara uyğunlaşdırılmışdır. Ceyn Eyr ana tərəfdən dayısı və varlı arvadı xanım Ridlə yaşayan yetimdir. Cənab Ridin ölümündən sonra onun arvadı Ceynə qulluq etmək üçün qalır. Jane, Jane qayğısının yeganə səbəbinin xeyriyyəçilik olduğunu iddia edərkən ondan inciyən, ona etinasızlıq göstərən və sui-istifadə edən xalası tərəfindən pis rəftar edilir, bu da Ceynin Rid ailəsinə qarşı ümumi qəzəbinə səbəb olur. Böyük əmisi oğlu Con ilə şiddətli mübahisədən sonra Ceyn Qırmızı Otağa, cənab Ridin öldüyü və Ceynin təqib edildiyinə inandığı otağa qapanır.
Ceyn Eyr (roman)
Ceyn Eyr (ing. Jane Eyre) — 16 oktyabr 1847-ci ildə İngiltərənin "Smith, Elder & Co." nəşriyyatı tərəfindən nəşr olunmuş əsərdir. Bu əsər Şarlotta Brontenin ilk çapdan çıxmış romanıdır. == Süjet == Ceyn Eyrin valideynləri dünyadan köçdükdən sonra dayısı Cənab Rid onu öz himayəsi altında alır, lakin bir müddət sonra Cənab Rid dünyadan köçür və dayısının həyat yoldaşı olan Sara Ridin himayəsi altına keçir. Ceyn Eyr 10 yaşında olan zəif bir uşaqdır. Evdə yaşayanlardan hamısının ondan xoşları gəlmirdi. Bu səbəbdən evdə yaşayanlar onu pansion məktəbə göndərməyə qərar verirlər. Ceyn Eyr evi birdəfəlik tərk edərək, məktəbə gedir. O, bir xidmətçi tərəfindən qarşılanır. Ceyn Eyr buranı öz evinə bənzədir.
Əyn-Bəyda
Əyn-Bəyda (Umm-el-Buaqi)
Əyn-Dəfla
Əyn-Dəfla (ərəb. عين الدفلى‎) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Tell-Atlas massivinin yüksək dağlarında, Şelif çayının cənubunda yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 283 metr yüksəkdir. == Əhalisi == İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Əş-Şəliffdə yerləşir.
Əyn-Məlilə
Əyn-Məlilə (ərəb. عين مليلة‎) — Əlcəzairin şimal-şərqində, Umm-el-Buaqi vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 772 metr yüksəklikdə yerləşir. == Əhali == 2008-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə əhalinin sayı 88,441 nəfər idi.
Əyn-Təmüşənt
Əyn-Təmüşənt (ərəb. عين تموشنت‎) — Əlcəzairin şimal-qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, Tell=Atlas massivinin dağlıq ərazisində, dəniz səviyyəsindən 296 metr yüksəklikdə yerləşir. == Əhalisi == İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Tlemsen şəhərində yerləşir.
Əyn-Üsəra
Əyn-Üsəra ( ərəb. عين وسارة‎)‎ — Əlcəzairin şimalında, Cəlfa vilayətinin ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, nisbətən düz ərazidə, dəniz səviyyəsindən 683 metr yüksəklikdə yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 101,239 nəfər idi.
Əyn-İsa
Əyn-İsa (bəzi mənbələrdə Eyn-İsa, Ayn-İsa Ayn İssa; ərəb. عين عيسى‎‎, kürd. Bozanê‎, türk. Ayn İsa) — Suriyanın Raqqa mühafəzəsinin Təll-Abyad rayonunda qəsəbə. Qəsəbə Təll-Abyad ilə Raqqa şəhərləri arasında yerləşir. == Tarix == Eyn-İsa 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG), Qadın Qoruma Dəstələri (YPJ) və Raqqa İnqilabçılar Briqadası tərəfindən ələ keçirilmişdir. Baxmayaraq ki, çox keçməmiş İraq Şam İslam Dövləti döyüşçüləri tərəfindən yenidən zəbt edilmişdir, YPG qəsəbənin iyul ayının əvvəllərində yenidən ələ keçirmişdir. Suriya Ərəb Respublikasına tabe qoşunlar Əsəd rejiminin Suriya Demokratik Qüvvələri ilə apardığı danışıqlardan sonra 14 oktyabr 2019-cu ildə Eyn-İsanın nəzarətini ələ keçirmişdir ki, qəsəbənin Sülh Bulağı əməliyyatı çərçivəsində Türkiyə nəzarətinə düşməsinin qarşısını alsın. === Eyn-İsa qaçqın düşərgəsi === 2016-cı ilin aprel ayından bəri qəsəbənin yaxınlıqlarında Eyn-İsa qaçqın düşərgəsi fəaliyyət göstərir, hansı ki, 2018-ci ilin iyul ayında 9.000 məcburi köçkünə ev sahibliyi edirdi. Bu məcburi köçkünlərin əksəriyyəti Deyr əz-Zövr və Rəqqə mühafəzələridən gəlirdi.