𐔴 (səslənməsi: /e/; transkripsiyası: E, e) — Alban əlifbasının beşinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Էբ (Eyb) kimi verilmişdir. Tədqiqatçılar Aşot Abramyan, Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "eb" olmalıdır, erməni müəllif isə Է və Ե hərflərini səhv salmışdır.[1][2] Gürcü dilçi Roman Loluanın fikrincə bu hərf Ե hərfinin antiformasıdır.[3] Alban əlifbasında [e] səsinin qarşılığı kimi işlənilib. Sergey Nikitiç Murayev isə onu ė kimi səciyyətləndirməyin daha doğru olduğunu düşünürdü.[4]
Alban əlifbası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Matenadaran MS 7117 versiyası Sinay palimpsestləri versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səslənməsi | /e/ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqəm dəyəri | 5 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Unicode ünvanı | U+10534 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Nümunələr:[1]
Alban yazısı | Transkripsiyası | Tərcüməsi | Udi dilində |
---|---|---|---|
𐔴𐕀 | ex | biçin | ex |
𐕀𐔴 | xe | su | xe |
𐔱𐔴𐔵𐔼 | bezi | mənim | bezi |