Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qızılcıq
Qızılcıq (Sisyan)
Qızılcıq və ya İşxanasar (erm. Իշխանասար) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim torpağın rəngini bildirən qırmızı mənasında işlənən qızıl sözünə kiçiltmə mənası bildirən -cıq şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 165 nəfər, 1886-cı ildə 287 nəfər, 1897-ci ildə 407 nəfər, 1908-ci ildə 450 nəfər, 1914-cü ildə 441 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 189 nəfər, 1926-cı ildə 122 nəfər, 1931-ci ildə 292 nəfər, 1987-ci ildə 466 nəfər azərbaycanlı yaşamışdır.
Qızıllı (Həştrud)
Qızıllı (fars. قزللو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 372 nəfər yaşayır (54 ailə).
Qızıllı oymağı
Qızıllı oymağı — Kəngərli elinin tərkibində olan oymaq. Qızıllı oymağı öncə Ustaclı elinin tərkibində qərar tuturdu. Sonralar Kəngərli oymağı ilə birləşib el yaratdı. Naxçıvan yörəsində yerləşdi. Naxçıvan xanlığının siyasi yaşamında önəmli rol oynamışdı. Qızıllı oymağından xeyli tanınmış şəxslər çıxıb. 1751-ci ildə Qızıllı oymağının bir qolunu Pənahəli xan Sarıcalı-Cavanşir köçürüb Qarabağda yerləşdirdi. == Mənbə == Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
Mayil qızılcıq (qırxbuğum)
Pirmurad sultan Qızıllı-Kəngərli
Pirmurad cultan Əhməd bəy oğlu Qızıllı-Kəngərli (1791-?) — sərkərdə. == Həyatı == Pirmurad cultan Əhməd bəy oğlu 1791-ci ildə Naxçıvan şəhərində anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Atasının vəfatından sonra Qızıllı oymağının başçısı olmuşdu. Naxçıvan xanlığının ictimai-siyasi yaşamında mühim rol oynamışdı. 1824-cü ildə Abbas mirzə Naibəssəltənə ona xüsusı fərmanla yavər (mayor) rütbəsı vermişdi. == Ailəsi == Pirmurad sultan Gülpəri xanımla ailə qurmuşdu. Rzaqulu bəy adlı oğlu vardı.
Qalakənd qızıllı-mis kolçedan təzahürü
Aleksandr Hertsen (fizioloq)
Aleksandr Aleksandroviç Hertsen (rus. Герцен, Александр Александрович; fr. Alexander Herzen; 13 (25) iyun 1839, Vladimir – 11 (24) avqust 1906, Lozanna) — rus əsilli məşhur İsveçrə fizioloqu, görkəmli rus publisist, yazıçı və filosof Aleksandr İvanoviç Hertsenin oğlu. == Haqqında == Aleksandr Aleksandroviç Hertsen 1839-cu il iyunun 13-də (25) Vladimirdə Aleksandr İvanoviç Hertsen və Natalya Aleksandrovnanın (Zaxarina) ailəsində anadan olmuşdur. 1840-cı ilin martında valideynləri oğullarını əvvəlcə Moskvaya, 1847-ci ildə isə xaricə apariblar. Aleksandr Aleksandroviç uşaqlıqdan qeyri-adi qabiliyyətləri ilə seçilirdi, üç xarici dili asanlıqla mənimsəyirdi: alman, ingilis və fransız. Aleksandr İvanoviç oğlunun təhsilinə təbiət elmləri ilə başladı, bu işdə ona məşhur təbiətşünas Karl Focht kömək etdi, o bütün Hertsen ailəsi üçün fiziologiyadan mühazirə oxudu və Saşaya dərslər verdi. Saşa uğurla təbiət elmləri ilə məşğul idi və atası onu universitetdə oxumaq üçün İsveçrənin Focht şəhərinə göndərdi. Saşa Berndə tibb professoru olan Foxtun atasının evində yaşayırdı və nəvəsi Emma ilə nişanlanmışdır. 1861-ci ildə Aleksander Hertsen Bern Universitetini böyük uğurla bitirdi və tibb üzrə doktorluq dərəcəsi aldı.
Faiq Cəfərov (fizioloq)
Faiq İlahi oğlu Cəfərov (10 yanvar 1940, Nüvədi, Meğri rayonu – 30 yanvar 2008, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasının müdiri, tibb elmləri doktoru (1990), professor (1991), 91-lərdən. == Həyatı == Faiq İlahi oğlu Cəfərov 1940-cı ildə Zəngəzur mahalının Nüvədi kəndində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuş və 1963-cü ildə institutu fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə aspiranturada saxlanılmışdır. 1967-ci ildə o, namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi adına layiq görülmüş, Azərbaycan Tibb İnstitutunun normal fiziologiya kafedrasında, baş laborant, assistent, baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1972-1978-ci illərdə F.Cəfərov müalicə-profilaktika fakültəsinin həmkarlar təşkilatının sədri, 1978-1993-cü illərdə isə Həmkarlar Komitəsi rəyasət heyətinin üzvü olmuşdür. 1990-cı ildə F.Cəfərov Moskvada Rusiya Tibb Elmlər Akademiyasının R.H.Axundov adına Normal Fiziologiya İnstitutlarında doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi adına layıq görülmüşdür. 1991-ci ildə o, Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasının professoru və kafedranın müdiri vəzifəsinə seçilmişdir. 1993-1995-ci illərdə Faiq Cəfərov kafedra müdiri vəzifəsində çalışmaqla yanaşı universitetin I müalcə-profilaktika fakültəsinin dekanı olmuşdur. O, eyni zamanda 1993-1994-cü illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının "Biologiya və kənd təsərrüfatı" bölməsi üzrə ekspert şurasının üzvü idi. F.Cəfərovun elmi rəhbərliyi altında 5 namizədlik dissertasiyası müdafiə edilmiş, 1 doktorluq dissertasiyası üzərində iş aparılmışdır.
Rəşid Mahmudov (fizioloq)
Mahmudov Rəşid Mahmud oğlu (28 noyabr 1938, Kəsəmən, Gədəbəy rayonu) — tibb elmləri namizədi. == Həyatı və fəaliyyəti == Rəşid Mahmudov 28 noyabr 1938-ci ildə Gədəbəy rayonunun Kəsəmən kəndində anadan olmuşdur. 1952–1955-ci illərdə Füzuli adına Böyük Qaramurad kənd orta təhsil almışdır. 1955-ci ildə, Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1961-ci ildə təhsilini başa vuraraq Səhiyyə Nazirliyinin göndərişi ilə Gədəbəy rayonunun Rəsullu kənd xəstəxanasına baş həkim təyin edilmiş və 1963-cü ilə qədər burada fəaliyyət göstərmişdir. 1963–1966-cı illər arasında Azərbaycan Dövlət Tibb İnstitutunun aspiranturasında təhsil almış, 1966-cı ildən 1971-ci ilə qədər həmin institutun normal fiziologiya kafedrasında assistent kimi çalışmışdır. 1971-ci ildə normal fiziologiya kafedrasında baş müəllim kimi çalışmışdır. 1983-cü ildə "Aterosklerozun yaranmasında böyrək üstü vəzin beyin maddəsinin hormonu adrenalin və noradrenalinin (katexolaminlər) rolu" mövzusunda tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1991-ci ildən Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuda dosent təyin edilmişdir. Hal-hazırda Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasında dosent vəzifəsində çalışır.