Mayil qızılcıq (qırxbuğum) — (lat. Polygonum patulum)
Mayil qızılcıq (qırxbuğum) | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Mayil qızılcıq (qırxbuğum) |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Birillik bitkidir. Gövdəsi düz, adətən əsasında möhkəm budaqlarla budaqlanan, 60 sm-ə qədər hündürlükdədir; budaqları çəpinə yuxarı yönələn, nazikdir. Yarpaqları oturaq və ya qısa saplaqlı, yuxarı yarpaqlar lansetvari və ya xətvaridir. Çiçəkləri qırmızımtıl rənglidir. Çiçəkyanlığı demək olar ki, boruvari, bölümləri qırmızıtəhər, bel hissəsi yaşıldır. Toxumcaları 2 mm uzunluqda, yumurtavari, sivri, üçtinli, nöqtəlidir.[2]
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Çayların kənarlarında, kolluqların arasında, işıqlı meşə talalarında bitir.[3]
Bu məqalə qaralama halındadır. |