Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fonoqraf
Fonoqraf (yun. φωνή — səs və γράφω — yazmaq sözlərindən əmələ gələn söz) — səsin yazılması və dinlənilməsi üçün ilk qurğu. Fonoqraf Tomas Alva Edison tərəfindən icad edilmiş və 1877-ci il noyabrın 21-də ictimaiyyətə təqdim olunmuşdur. Bu, o dövrünün ən heyrətamiz icadlarından biri olmuşdur. Fonoqrafın inkişafı nəticəsində qramofon və patefon meydana gəlmişdir.
Monogram
Monoqram — bir simvol yaratmaq üçün iki və ya daha çox hərfi üst-üstə gətirmək və ya birləşdirməklə hazırlanan şablondur. Monogramlar adətən tanınmış simvol və ya loqo kimi istifadə olunan bir şəxsin və ya şirkətin baş hərflərini birləşdirərək yaradılır. Birləşdirilməmiş hərflərdən ibarət seriya monoqram deyil, şifrə (məsələn, kral şifrəsi) adlanır.
Fotoqraf
Fotoqrafiya (fr. photographie q.yun. φως / φωτος — "işıq" və γραφω "yazıram" sözlərindəndir) — işığın köməyi ilə şəkil çəkmək texnikasıdır. Fotokameranın köməyi ilə statik təsvirin işığahəssas materialda (fotolent və ya fotoqrafik matrisa (sensor)) əldə edilməsi və ya yadda saxlanılmasıdır. Fotoqrafiya, fotoşəkil və ya sadəcə şəkil insan tərəfindən baxıla (bu halda aşkarlanan fotolentin kadrı, elektron və ya çap halında olan təsvir hesab edilir) bilən fotoqrafik prosesslərin köməyi ilə əldə edilən yekun təsvirdir. Daha geniş mənada fotoqrafiya — fotoşəklin əldə edilməsi yaradıcılığıdır. Bədii proses kompozisiyanın axtarılması və seçilməsi, işıqlanmanın, çəkiliş anının seçilməsiylə sonlanır. Bütün incəsənət növlərinə xarakterik olan kimi fotoqrafın da bu seçimi bacarığı, şəxsi üstünlüklərindən, zövqü ilə təyin edilir. Həssas materialın işləmə prinsipindən asılı olaraq fotoqrafiya üç böyük altbölümə bölünür: Kimyəvi fotoqrafiya — fotoprosesslərin baş verdiyi fotomateriallara əsaslanır. Rəqəmsal fotoqrafiya — təsvirin əldə edilməsi prosesi kimyəvi reaksiyalar nəticəsində deyil, matrisada yüklərin yerdəyişməsi nəticəsində baş verir.
Genoqram
Genoqram – seçilmiş ailənin üzvləri arasındakı nəsillər arası qarşılıqlı münasibətlərin nümunələrinin xəritəsi və ya fotoşəklidir. Başqa sözlə desək, genoqram – ailənin, simvollar vasitəsilə çəkilmiş və ailə üzvləri arasındakı münasibətlərin qeyd edildiyi, şəcərə ağaçıdır ki, bu ağac mütəxəssisin ailə daxilindəki böhranın səbəblərini aşkar etməsi və ailəyə dəstək planını hazırlaması işini asanlaşdırır. Sosial işdə genoqramdan gücləndirici əlaqələrin, tələbatlar dairəsinin və müdaxilə məqsədlərinin aşkarlanması üçün istifadə edilir . İlk dəfə, uşaq və ailə ilə işdə genoqramdan Monika Mak Qoldrikin "Genoqramlar: Qiymətləndirmə və Müdaxilə" (Monica McGoldrick and Randy Gerson) "Genograms: Assessment and Intervention" kitabında istifadə edilmiş və populyarlıq qazanmışdır . Həmin vaxtdan etibarən, genoqramlardan müxtəlif ictimai elmlər, tibb, psixologiya, genetik araşdırmalar və s. geniş istifadə edilməyə başlamışdır. Bir çox klinik psixoloqlar genoqramı, Mürrey Bouenin 50-ci illərdə çap edilmiş ailə sistemləri nəzəriyyəsinə aid edir, belə ki, genoqramda ailə daxilində yaxınlıq və ya özgələşməklə bağlı nəsillər arası gərginliklərin ötürülməsini asanlıqla təsvir etmək mümkündür. Məhz bu dinamika Mürrey Bouenin nəzəriyyəsinin ana xəttini təşkil edir. Sistem nəzəriyyəsinə əsasən, ailə bir-biri ilə qarşılıqlı əlaqədə və bir-birindən qarşılıqlı asılı olan şəxsiyyətlər sistemidir. Hər-hansı şəxsiyyəti dərk etmək üçün, bu şəxsiyyətin ailə sistemini başa düşməliyik.
Monodram
Monodram — Dram və teatr sənətinin bütün tələblərini və vacibiyyətini özündə cəmləmək şərti ilə tək bir aktyor ilə oynanılan və bu məqsəd üçün yazılmış bir oyundur. Məsələn, meddah monodram oyunudur.
Nomoqram
Nomoqram — bir neçə dəyişən kəmiyyət arasında funksional asılılığı təsvir edən qrafik. Hər bir qrafik dəyişənlərin verilmiş dəyişmə intervalını göstərir və onların hər bir qiyməti bu qrafikdə müəyyən həndəsi elementlə (nöqtə və ya xətlə) qeyd edilir. Nomoqram radioloji üsullarla izotop yaş hesablanmasında geniş tətbiq edilir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Loqoqram
Loqoqram (qədim yunancadan "loqo" – "söz" və "qram" – "çəkilən və ya yazılan"), həmçinin loqoqraf və ya leksiqraf — söz və ya morfem kimi dilin semantik komponentini təmsil edən yazılı simvol. Çin dilində, eləcə də digər dillərdə istifadə edilən Çin simvolları, Misir heroqlifləri və mixi yazıdakı bəzi simvollar kimi loqoqramlardır. Əsasən loqoqramlardan istifadə edən yazı sisteminə "loqoqrafiya" deyilir. Əlifbalar və hecalar kimi qeyri-loqoqrafik yazı sistemləri fonemikdir: onların fərdi simvolları birbaşa səsləri təmsil edir və heç bir xas məna daşımır. Bununla belə, məlum olan bütün loqoqrafiyalar ümumiyyətlə rebus prinsipinə əsaslanan bəzi fonetik komponentə malikdir və saf ideoqraflara fonetik komponentin əlavə edilməsi yazı sisteminin insan dilini adekvat şəkildə kodlaşdırmasına imkan verən əsas yenilik hesab olunur. == Loqoqrafik sistemlər == Loqoqrafik sistemlərə ən erkən yazı sistemləri daxildir. Mesopotamiya, Misir, Çin və Mezoamerikanın ilk tarixi sivilizasiyaları bir növ loqoqrafik yazıdan istifadə edirdilər. Sırf loqoqrafik olan yazı əksər dillər üçün praktiki ola bilməz və əksini göstərən heç bir hal məlum deyil.
Platon (fotoqraf)
Platon (tam adı: Platon Antoniou; 20 aprel 1968, London) — Britaniya fotoqrafı.
Hüseyn Bağırov (fotoqraf)
Hüseyn Hüseynzadə (fotoqraf)
Hüseyn Hüseynzadə (11 yanvar 1935 – 13 iyul 2019) — Azərbaycan fotojurnalisti. == Həyatı == 11 yanvar 1935-ci ildə anadan olub. Neft-kimya İnstitutunu bitirib. Foto sənətinə "Vışka" qəzetindən başlamışdır. "Kommunist", "Pionerskaya Pravda", "Komsomolskaya pravda" adlı qəzetlərdə fəaliyyətinə davam edib. "Neft gəldi" və "Qazma ustası Faiq Əliyev" adlı fotoşəkilləri 1964-cü ildə keçirilən ümumittifaq sərgidə 1-ci dərəcəli diploma layiq görülmüşdür. Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixində "Azərbaycanın kulinariya ensiklopediyası" yaranmışdır. Professor Hüseynzadə 60-dan çox kitabın müəllifidir. Foto sənətində qazandığı nəaliyyətlər – "Press Foto-62" beynəlxalq sərgi mükafatı, Azərbaycanın "Qızıl qələm" Jurnalistlərinin İttifaqı (1967), Berlində "İnterpresfoto" sərgilərinin mükafatı. Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixində "Azərbaycanın kulinariya ensiklopediyası" yaranıb.
Kamal Babayev (fotoqraf)
Babayev Kamal Həbib oğlu (3 iyun 1927, Bakı – 4 yanvar 2022) — azərbaycanlı fotoqraf; Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Fotoqraflar Birliyinin üzvü. == Həyatı == Kamal Babayev 3 iyun 1927-ci il Bakıda anadan olub. 1953-cü ildən "Pioner" jurnalında fotomüxbir kimi fəaliyyət göstərib. Həmin ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində ştatdankənar çalışıb, 1959-cu ildən bu muzeyin əməkdaşı olub və 2022 ilə kimi muzeyin fotoqrafı kimi işləyib. XX əsrin 50-ci illərdə "Gənc texniklər" mərkəzində fotoqrafiya dərnəklərini aparır və bu vaxt foto həvəskarları üçün azərbaycan dilində dörd kitabça-vəsait çapdan çıxır. Sonrakı illərdə müxtəlif qəzet və jurnallarla əməkdaşlıq edərək Azərbaycanın keçmişi, memarlıq abidələri, incəsənəti ilə tanış edib. 1962-ci ildə mətbuatda fəal iştirak etdiyinə görə Fəxri fərmana layiq görülür. 1986-cı ildə İsveçdə keçirilmiş fotomüsabiqədə diplomla mükafatlanır. 1987-ci ildə SSRİ-də çıxan "Elm və həyat" ("Nauka i jizn") jurnalının mükafatını alır – 3-cü yer tutaraq "Kiyev" fotoaparatı ilə hədiyyələnir. Həmən jurnalda 3 məqaləsi dərc olunur.