Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 1 saniyə əvvəl Toghrul R (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Hüseyn Bağırov (tam adı: Hüseyn Elçin oğlu Bağırov; 25 yanvar 1987, Bakı[2]) — Azərbaycanlı fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü, promobreakstudio adlı reklam agentliyinin və foto studiyasınının təsisçisi. Kinooperator ixtisası üzrə müəllim, "Naxçıvan: dörd fəsildə" kitabının müəllifi.[3]
Hüseyn Bağırov | |
---|---|
Hüseyn Elçin oğlu Bağırov | |
| |
Doğum tarixi | 25 yanvar 1987 (36 yaş) |
Doğum yeri | Bakı |
Vətəndaşlığı | |
Tanınmış işləri | "Naxçıvan: dörd fəsildə" kitabı.[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Huseyn Elçin oğlu Bağırov 25 yanvar 1987-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Nəsimi rayonu 35 saylı orta məktəbdə başlamış, 11-ci sinifi Nizami rayonu 12 saylı orta məktəbdə bitirmişdir.
2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Kinorejissorluq fakultəsinin Kinooperator ixtisasına daxil olmuş, 2008-ci ildə həmin universiteti qırmızı diplomla bitirmişdir. Universitetdə oxuduğu müddətdə 2-ci kursdan həmin universitetdə fotoqraf kimi ilk rəsmi iş fəaliyyətinə başlamışdır. Universitetdə oxuduğu müddətdə Kurs işi olaraq sərgi təşkil olunmuşdur, kurs rəhbəri Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı Rafiq Qənbərov olmuşdur.
Universiteti bitirəndən sonra 2008-ci ilin iyul ayında N saylı hərbi xidmətə yollanmış, 2009-cu ildə hərbi xidməti kiçik çavuş rütbəsi ilə bitirmişdir. Hərbi xidmətdən gələndən sonra yenidən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə hörmətli rektoru Timuçin Əfəndiyevin dəvəti ilə işə başlamış, 2015-ci ilə kimi həmin universitetin mətbuat və ictimai əlaqələr şöbəsində fotoqraf kimi çalışmış, 2016-cı ildə isə öz ərizəsi ilə işdən ayrılmışdır.
2016-cı ildə Bakı Xoreoqrafiya Akademiyasına işə dəvət almış və həmin ildən 2018-ci ilin dekabr ayına kimi Fotolabaratoriyanın müdiri vəzifəsində çalışmışdır.
2018-ci ildə özünün promobreakstudio adlı reklam agentliyi və foto studiyasını yaratmışdır. 22 may 2018-ci ildə ilk dəfə peşəkar fərdi foto sərgisini keçirmişdir. "Mənim Naxçıvanım" adlı sərgi Naxçıvan MR əsrarəngiz təbiət və tarixi abidələrini əks etdirən fotolardan ibarət olmuşdur. Sərgi Bakı şəhərində Səttar Bəhlulzadə adına Mərkəzi sərgi salonu Qalereya 1969-da 3 gün keçirilmişdir,[4] həmən sərgilərdəki şəkillər geniş maraq doğurduğundan 20 iyun 2018-ci ildə Naxçıvan MR Ali məclisinin sədri Vasif Talıbovun təklifi ilə Naxçıvan İslam mədəniyyətinin paytaxtı 2018 tədbirində "Mənim Naxçıvanım" foto sərgisi yenidən hazırlandı və 20 iyun tarixində növbəti sərgi Naxçıvan Dövlət Dram teatrında baş tutdu.[5] Növbəti Layihə üzərində çalışan Huseyn Bağırov "Naxçıvan: dörd fəsil" adı altında növbəti foto sərgisinin hazırlıqlarına başladı, 3 il ərzində mütəmadi olaraq hər fəsildə Naxçıvan MR da çəkilişlərə gəlib ən ucqar dağ kəndindən tutmuş Araz çayına qədər maraqlı fotolar hazırladı.[6]
10 oktyabr 2019-cu ilde Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyətinə verdiyi töhfəyə və Azərbaycan narının təşviqi və təbliğinə görə ANİİA-nın fəxri üzvlüyünə qəbul edilir.[7]
2019-cu ilin sonlarında Naxçıvan MR da çəkdiyi fotolardan ibarət "Naxçıvan: dörd fəsil" kitabının hazırlanması üzərində çalışmağa başlayır.[8] Kitabın ön söz yazarı Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor İsa Həbibbəylidir. 2021-ci ilin mart ayının 10-da kitab Türkiyənin İstanbul şəhərində Megabasım mətbəəsində 1000 ədəd nüsxə ilə çap olunur. 8 aprel 2021-ci ildə Naxçıvan şəhəri Saat meydanı adlı mərkəzdə "Naxçıvan: dörd fəsil" kitabının təqdimat mərasimi baş tutur.[9] Sərgidə Ali məclisinin birinci müavini Seymur Talıbov AMEA Naxçıvan MR rəhbəri İsmayıl Hacıyev və digər ictimai xadimlər iştirak edir. Kitab Naxçıvan şəhərində Əcəmi nəşriyyat evində Bakı şəhərində isə Bakubookcenter-də satışa çıxarılır.[10]
18 oktyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar kollecdə yeni acılan Kinooperator ixtisasından dərs keçmək üçün müəllim vəzifəsində işə dəvət alır.
Ailəlidir, 1 övladı var.
Azərbaycan fotoqraflarının siyahısı