Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Güşayış (Vərziqan)
Güşayış (fars. گشايش‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (20 ailə).
Göşayış (Həştrud)
Göşayış (fars. گشايش‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 265 nəfər yaşayır (50 ailə).
Göşayış (Marağa)
Göşayış (fars. گشايش‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (52 ailə).
Nümayiş (etiraz)
Siyasi nümayiş, nümayiş və ya etiraz hər hansısa bir kütləvi qrup tərəfindən siyasi və ya başqa məqsədlərlə həyata keçirilən aksiyadır. O, adətən kütləvi yürüşdən və çıxış edənləri yəni spikerləri dinləmək üçün müəyyən bir son nöqtədə başlayan yığıncaq və ya mitinqdən ibarətdir.
Qumayıq
Qusacin
Qusacin (fars. قوسجين‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (21 ailə).
Qayış
Qayış (texnika) — maşın hissəsi. Qayış (mifologiya) — mifik canlı.
Accipiter gularis
Yapon qırğısı (lat. Accipiter gularis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Daimi yaşayış
Daimi yaşayış yeri əcnəbinin ölkənin vətəndaşlığına malik olmadan qeyri-məhdud müddətə ölkədə və ya ərazidə yaşamaq hüququ deməkdir. == məhdudiyyətlər == Daimi sakinlərin istifadə etdiyi hüquqlar ölkə vətəndaşlarının hüquqları ilə tam eyni olmayacaq, lakin bir qədər məhdud olacaq. Bəzi ölkələrdə məhdudiyyətlərə səsvermə hüququ, seçilmək hüququ, ordu, polis və dövlət idarələri kimi dövlət qurumlarında işləmək, torpaq mülkiyyəti və pasportlara sahib olmaq daxil ola bilər. Bundan əlavə, şəxsin müəyyən müddətə ölkəni tərk etməsi halında daimi yaşayış yerinin ləğv ediləcəyi və ya xitam veriləcəyi ölkələr var. == Daimi yaşayış sistemi olan ölkələr == Bütün ölkələr daimi yaşayış icazəsi vermir və hər bir ölkənin icazəsi və tələbləri çox fərqlidir. Avropa İttifaqına üzv dövlətlərin bir şəxsə daimi yaşayış icazəsi vermək hüququ var, çünki Avropa İttifaqının qanunları bu birliyin vətəndaşına 5 il müvəqqəti yaşadıqdan sonra başqa bir Avropa ölkəsində daimi yaşayış yeri əldə etməyə icazə verir. Aİ həmçinin Direktivə (EC/2003/109) uyğun olaraq uzunmüddətli rezident üçüncü ölkə vətəndaşlarına daimi yaşayış hüququ verir. Bu, qanuna qoşulan bütün ölkələr üçün yeni yanaşma idi və bu hüquqlar milli sərhədlərdən kənarda verilə bilərdi. Digər ölkələrdə daimi yaşayış yeri ilə bağlı fərqli təriflər var və onların digər ölkələrlə münasibətləri buna uyğun tənzimlənir. == daimi sakinlərin vəzifələri == Daimi sakinlərin statuslarını saxlamaq üçün müəyyən rezidentlik öhdəlikləri var.
Yaşayış məntəqələri
Yer kürəsindəki yaşayış məntəqələri təxminən 1 mln.kv.km sahəni əhatə edir (bu, təxminən müasir Misirin ərazisinə bərabərdir). Yaşayış məntəqələrinin yaranmasına və onların sonrakı inkişafına ilk növbədə coğrafi mühit təsir göstərir. Məhz elə bu səbəbdən yaşayış məntəqələri bir-birindən fərqlənir. Yaşayış məntəqələrinin əsas tipləri bunlardır: meqapolis, konurbasiya, aqlomerasiya, şəhər, şəhər tipli qəsəbə və kənd. Qədim zamanlarda insanlar heyvandarlıqla məşğul olduqları üçün əsaən köçəri həyat keçirirdilər. Əkinçiliyin inkişafı və bununla bağlı yaşayış məntəqələrinin yaranması ərəzilərin mənimsənilməsində yeni bir mərhələ oldu. Bununla belə, dünyanın ayrı-ayrı yerlərində bu günə kimi də bəzi qəbilələr köçəri həyat sürür, komalarda, çadırlarda, dəyələrdə yaşayırlar; məsələn, Saxara səhrasında və Ərəbistan yarımadasında yaşayan bədəvi ərəblər, Şərqi Afrikada yaşayan masailər kimi. Kənd yaşayış məntəqələrinin əhalisinin artması və bu səbəbdən də ərazilərin genişlənməsi onların daha yüksək pilləyə qalxmalarına. Yeni mahiyyət kəsb etmələrinə səbəb olur. Məhz beləliklə də şəhərlər və alqomerasiyalar yaranır.
Yaşayış məntəqəsi
Yer kürəsindəki yaşayış məntəqələri təxminən 1 mln.kv.km sahəni əhatə edir (bu, təxminən müasir Misirin ərazisinə bərabərdir). Yaşayış məntəqələrinin yaranmasına və onların sonrakı inkişafına ilk növbədə coğrafi mühit təsir göstərir. Məhz elə bu səbəbdən yaşayış məntəqələri bir-birindən fərqlənir. Yaşayış məntəqələrinin əsas tipləri bunlardır: meqapolis, konurbasiya, aqlomerasiya, şəhər, şəhər tipli qəsəbə və kənd. Qədim zamanlarda insanlar heyvandarlıqla məşğul olduqları üçün əsaən köçəri həyat keçirirdilər. Əkinçiliyin inkişafı və bununla bağlı yaşayış məntəqələrinin yaranması ərəzilərin mənimsənilməsində yeni bir mərhələ oldu. Bununla belə, dünyanın ayrı-ayrı yerlərində bu günə kimi də bəzi qəbilələr köçəri həyat sürür, komalarda, çadırlarda, dəyələrdə yaşayırlar; məsələn, Saxara səhrasında və Ərəbistan yarımadasında yaşayan bədəvi ərəblər, Şərqi Afrikada yaşayan masailər kimi. Kənd yaşayış məntəqələrinin əhalisinin artması və bu səbəbdən də ərazilərin genişlənməsi onların daha yüksək pilləyə qalxmalarına. Yeni mahiyyət kəsb etmələrinə səbəb olur. Məhz beləliklə də şəhərlər və alqomerasiyalar yaranır.
Yaşayış sahəsi
Habitat, yaşayış sahəsi və ya yaşayış mühiti ― bir orqanizmin yaşadığı və inkişaf etdiyi yerdir. Bu yer fiziki cəhətdən bir regionun, yerin, havanın, torpağın və ya suyun xüsusi bir hissəsi ola bilər. Habitat (yaşayış sahəsi) bir okean və ya çəmənlik qədər böyük ola bilər və ya çürük bir ağacda yaşayan həşəratların bağırsağı qədər kiçik də ola bilər. Ancaq həmişə müəyyən edilə bilən və fiziki cəhətdən məhdud bir ərazidir. Birdən çox heyvan və ya bitki xüsusi bir yaşayış yerində yaşaya bilər. Dəvələrin yaşayış yeri çöllər, balıqların yaşayış yeri isə dəniz və şirin su ehtiyatlarıdır. Canlı orqanizmləri əhatə edən hər bir şey yaşayış mühiti adlanır. Hər bir canlı orqanizm yaşayış mühiti ilə sıx bağlıdır. Yaşayış mühitində orqanizmlər müəyyən mühit amillərinin təsirinə məruz qalırlar. Mühitin orqanizmə təsir edən ayrı-ayrı elementləri ekoloji amillər adlanır.
Yaşayış minimumu
Yaşayış minimumu — minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma. Bu anlayış 5 oktyabr 2004-cü il tarixli "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Adıçəkilən qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Yaşayış minimumunun müəyyən edilməsi ölkənin sosial siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Odur ki, yaşayış minimumunun məbləğinin müəyyən edilməsi zamanı Azərbaycan Respublikası vətəndaşlarına layiq minimum həyat səviyyəsinin təmin edilməsi imkanları nəzərə alınmalıdır. == Yaşayış minimumunun hüquqi tənzimlənməsi == Qanunvericiliyin izahından görünür ki, yaşayış minimumunun minimum istehlak səbəti və icbarı ödənişlər olmaqla 2 tərkib hissəsi vardır. Minimum istehlak səbətinin anlayışı və məzmunu qismən də olsa bizə aydındır. Yuxarıda qeyd olunan qanuna görə, minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Bundan başqa "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı vardır ki, bəhs olunan səbətin tərkibi haqqında informasiya verir.
Əsayiş (Həştrud)
Əsayiş (fars. اسايش‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 152 nəfər yaşayır (32 ailə).
Qüvayi-milliyə
Qüvayi-milliyə (osman. قواى مليه ; hərf. "Milli Qüvvələr" və ya "Milliyyətçi Qüvvələr") – Türkiyə Qurtuluş Savaşının erkən dövründə fəaliyyət göstərən nizamsız türk milis qüvvələri. Bu qüvvələr Mudros barışıq müqaviləsinə uyğun olaraq Türkiyənin bəzi hissələri Müttəfiq qüvvələr tərəfindən işğal edildikdən sonra ortaya çıxdı. Daha sonra Qüvayi-milliyə Böyük Millət Məclisinin nizami ordusuna (Qüvayi-Nizamiyə) birləşdirildi. Bəzi tarixçilər Türkiyə Qurtuluş Savaşının bu dövrünü (1918–20) "Qüvayi-milliyə mərhələsi" adlandırırlar. == Tarixi == Mudros barışıq müqaviləsində Osmanlı İmperiyası müttəfiqlər arasında bölündü, burada Yunanlar qərbi, ingilislər paytaxtı və cənub-şərqi, italyanlar və fransızlar ölkənin cənubunu işğal etdilər. Anadolu və Rumelidə türklərin və müsəlmanların hüquqlarını müdafiə edən ilk silahlı dəstələr Qüvayi-milliyə idi. Qüvayi-milliyə Osmanlı ordusunun fərari zabitləri və milislərindən ibarət idi. Yunanlar İzmiri işğal etdikləri zaman Qüvay-milliyə fəallaşdı.
Asayiş (Rojava)
Daxili Təhlükəsizlik Qüvvələri və ya Asayiş — Rojava muxtar regionlarının polis qüvvəsi. Suriyada vətəndaş müharibəsinin ilkin mərhələlərində formalaşan "Asayiş" ilk növbədə Kürd Ali Komitəsinin nəzarətində olan əraziləri polis üçün yaradılmışdı. 2013-cü ilin oktyabrında "Asayiş"in 4,000 üzvü olduğunu iddia edilmişdir. 2017-ci ilə qədər bu rəqəmin 15,000-dən çox olduğu bildirilir. == Tərkibi == "Asayiş" polisinin 15,000-ə yaxın şəxsi heyəti olduğunu iddia edilmişdir. Cəzirə regionunda 10,000, Əfrin regionunda 3,000 və Fərat regionunda 2,000 nəfərdir. Etnik cəhətdən kürdlər "Asayiş"də üstünlük təşkil edir, baxmayaraq ki, Cəzirə regionunda aktiv personalın yarısı ərəbdir, 300-ə yaxın türkman də əsasən Təl-Əbyəzdə hərbi xidmətə cəlb olunmuşdur. "Asayiş"in təxminən 30%-ni qadınlar təşkil edir. Qüvvə üzvlərinə aylıq 120 dollar maaş verilir. == Təlim == "Asayiş" üzvlərinə silahdan istifadə etməklə yanaşı, "vasitəçilik, etika, Kürdüstan tarixi, imperializm, xalq mədəniyyətinin apardığı psixoloji müharibə və təhsilin və özünütənqidin əhəmiyyəti" mövzusunda da təlimlər keçirilir.
Accipiter virgatus gularis
Kiçik bildirçinçalan (lat. Accipiter virgatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Acılı yaşayış yeri
Аcılı yаşаyış yеri — Şərur rayonundа Dərəkənddən şimal-qərbdə yеrləşir. Yаşаyış yеrində оlаn uçub-tökülmüş tikinti qаlıqlаrı binаlаrın dаş təməl üzərində möhrə və çiy kərpicdən inşа оlunduğunu göstərir. Tədqiqаt zаmаnı Sоn Оrtа əsrlərə аid şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur.
Albantəpə yaşayış yeri
Albantəpə yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndinin qərbində yerləşən, antik dövrə aid qədim yaşayış yeri. == Haqqında == Yaşayış yeri hər tərəfdən dağlarla əhatələnmiş dərədə yerləşən ümumi dağ sistemindən ayrılmış uzunsov təpə üzərindədir. Abidədə 1979-cu ildə aparılmış arxeoloji qazıntılar nəticəsində 1,5 m dərinlikdə mədəni təbəqə aşkar edilmiş, daş divar qalıqları, torpağa basdırılmış iki küp tapılmışdır. 6-7 sm qalınlığında kül təbəqəsi ilə örtülmüş mədəni təbəqədə küp və qazan tipli gil qab qırıqları, osteoloji qalıqlar (it, at, qoyun, keçi və qaramal sümükləri), bitki qalıqları (taxıl, şaftalı və ərik dənələri), dəmirdən hazırlanmış metal əşyalar (oraq, bıçaq, ox və nizə ucluqlar), şüşə qab parçaları və sair əldə edilmişdir.
Almalı yaşayış yeri
Аlmаlı yаşаyış yеri — Хаrаbаlıqlаrı еyniаdlı kəndin yахınlığındа yеrləşir. Еvlər dаş təməl üzərində çiy kərpic və möhrədən inşа еdilmişdir. Bəzi еvlərin divаrlаrınа аğаc tirlər аtılmışdır. Uçub-tökülmüş binаlаrın içərisində dördkünc tахçаlаrа və buхаrılаrа rаstlаnır. Kеrаmikа məmulаtı çəhrаyı rəngdə yахşı bişirilmiş şirli qаblаrdаn və qаrа rəngli çölməklərdən ibаrətdir. Yаşаyış yеrindən аşkаr еdilmiş sахsı məmulаtı XIX-XV əsrlərə аiddir.
Alovtəpə yaşayış yeri
Alovtəpə — Kəngərli rayonunda Yurdçu kəndindən şərqdə orta əsrlərə aid yaşayış yeri. == Ümumi məlumat == Sahəsi 2 hektardır. Qərb tərəfdən dərə ilə məhdudlaşır. Mədəni təbəqə olduqca az qalmışdır. Yaşayış yerinin mərkəzi hissəsində dördkünc formalı evlərə aid daş təməl qalıqları mövcuddur. Tikinti qalıqlarına əsasən demək olar ki, evlər daş təməl üzərində çiy kərpicdən və möhrədən inşa olunmuşdur. Yerüstü materiallar şirli və şirsiz saxsı məmulatından ibarət olub əsasən çəhrayı rəngdədir. Gil məmulatı içərisində küpə tipli qabların oturacaq hissəsinin və onların gövdəsinin sınıqları üstünlük təşkil edir. Tapıntıların əksəriyyəti forma verməyən parçalardan ibarətdir. Bəzi qabların gilinə iri qum qatılaraq qeyri-bərabər bişirilmiş, içəri tərəfinə qırmızı boya çəkilərək yaxşı hamarlanmışdır.Digərləri iri qum və Bitki qarışığı olan gildən hazırlanmış çəhrayı rəngdə bişirilmişdir.
Alışar yaşayış yeri
Alışar yaşayış yeri — Şərur rayonunda eyniadlı kəndin cənubunda Antik dövrə aid arxeoloji abidə. Alışar kəndinin cənubunda, düzənlik sahədə yerləşir. Yaşayış yerinin ərazisi dəfələrlə şumlanıb əkildiyindən yerüstü əlamətləri itmişdir. Tədqiqat zamanı buradan Dəmir dövrünə aid çəhrayı və qara rəngli keramika parçaları aşkar edilmişdir. Yaşayış yerində tikinti qalıqlarına rastlanmamışdır. Ehtimal ki, onlar möhrədən olmuş və dağılmışdır. Tədqiqat zamanı yaşayış yerinin ərazisindən bir ədəd tunc bilərzik də əldə olunmuşdur. Ehtimal ki, yaşayış yerinin yaxınlığında qəbiristanlıqda olmuşdur. Arxeoloji materiallara əsasən yaşayış yerini e.ə. I minilliyə aid etmək olar.
Billava yaşayış yeri
Billava yaşayış yeri — Şərur rayonunda, Axura kəndinin cənub-şərqində, hər tərəfdən dağlarla əhatələnmiş dərədə son orta əsrlərə aid arxeoloji abidə. Yaşayış yeri XX əsrin ortalarınadək həyatın davam etdiyi eyni adlı kəndin 2 km-liyində yerləşir. Yerüstü tədqiqatlar nəticəsində Billava kəndi yaxınlığında şirli gil qab parçaları əldə edilmişdir. Abidəni IX-XX əsrlərə aid etmək olar. Hündür təpənin üzərində aşkar edilən nekropolda qəbirlərin hamısı qiblə istiqamətindədir. Başdaşıları yonulmamış, yastı daşlardan qoyulmuşdur. Bəzi qəbirlərin ətrafı dördkünc formada çaydaşıları ilə əhatələnmiş, bəzilərinin isə üstü tamamilə daşla örtülmüşdür. Nekropolun ərazisindən orta əsrlərin inkişaf etmiş dövrünə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.45.
Billаvа yaşayış yeri
Billava yaşayış yeri — xarabalıqları Axura kəndinin cənub-şərq istiqamətində hər tərəfdən dağlarla əhatə edilmiş dərədə yerləşir. Billava orta əsr yaşayış yeri son dövrlərədək həyatın davam etdiyi eyni adlı kəndin 2 km-liyində yerləşir. Tədqiqatlar nəticəsində yaşayış yerlərindən aşkar olunan arxeoloji materiallar başlıca olaraq şirli və şirsiz keramika məmulatlarından ibarətdir. Yaşayış evləri daş təməl üzərində möhrədən və çiy kərpicdən inşa edilmişdir. Divarların seysmik davamlılığını artırmaq üçün hörgünün arasına ağac tirlər atılmışdır. Bu materiallar əsasında yaşayış yerini 9–20 əsrlərə aid etmək olar.
Buğdayıq və Qumayıq