Billаvа yaşayış yeri

Billava yaşayış yeri — Хarabalıqları Аxura kəndinin cənub-şərq istiqamətində hər tərəfdən dağlarla əhatə edilmiş dərədə yerləşir. Billava orta əsr yaşayış yeri son dövrlərədək həyatın davam etdiyi eyni adlı kəndin 2 km-liyində yerləşir. Tədqiqatlar nəticəsində yaşayış yerlərindən aşkar olunan arxеoloji materiallar başlıca olaraq şirli və şirsiz keramika məmulatlarından ibarətdir. Yaşayış evləri daş təməl üzərində möhrədən və çiy kərpicdən inşa edilmişdir. Divarların seysmik davamlılığını artırmaq üçün hörgünün arasına ağac tirlər atılmışdır. Bu materiallar əsasında yaşayış yerini 9–20 əsrlərə aid etmək olar[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Baxşəliyev V. Naxçıvan Arxeoloji Abidələri.-Bakı: "Elm", 2008, 304 s.