Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Günbədan (Sərab)
Günbədan (fars. گنبدان‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 228 nəfər yaşayır (60 ailə).
Feza Günərgun
Feza Günərgun (1956, İstanbul) — Türk elm tarixçisi. == Həyatı == Türk elm tarixinin önəmli botaniklərindən olan Asuman Baytop və Turhan Baytopun qızıdır. Litsey təhsilini "Notre Dame de Sion" Fransız litseyində bitirdikdən sonra, 1980-ci ildə "İstanbul Universiteti"nin Kimya Mühəndisliyi Fakültəsini bitirmişdir. 1984-cü ildə "İstanbul Universiteti", Tibb Fakültəsi, Tibb Tarixi və Deontoloji fakultəsində etdiyi "14–17-ci əsrlərdə qeyri-üzvi kimyəvi dərmanlar" mövzusunda doktorluq işi ilə ilə M.Sc.Dr. adı aldı. 1985-ci ildə "İstanbul Universiteti" Ədəbiyyat Fakültəsi, Fəlsəfə Bölümü, Elm Tarixi Bölməsinə tədqiqatçı köməkçisi olaraq qatıldı. 1987-ci ildə dosent, 1993-cü ildə "elm tarixi dosenti", 1998-ci ildə professor oldu. 1997-ci ildə Kyotodakı Yapon Tədqiqatları İnstitutunda ziyarətçi tədqiqatçı vəzifəsində çalışmışdır. 2001-ci ilin yanvarından Elm Tarixi Bölməsinin müdiridir. 1989–2000 arasında Türk Bilim Tarixi Vəqfinin (TBTK) Baş Katibi, 1994–2001 arasında "Elm və Texnologiya Tarixi Komissiyası" nın sədr müavini , 1994–1998 arasında İstanbul Universiteti Elm Tarixi Muzey və Sənədlər Mərkəzi (BİMDOK) İdarə Heyətinin üzvü olaraq işləmişdir.