Feza Günərgun

Feza Günərgun (1956, İstanbul) — Türk elm tarixçisi.

Feza Günərgün
türk. Feza Günergun
Doğum adı Ayşə Feza Baytop
Doğum tarixi 1956
Doğum yeri
Atası Turhan Baytop
Anası Asuman Baytop
İş yeri
Təhsili
  • Fransız Liseyi[d],
  • İstanbul Universiteti Mühəndislik fakültəsi[d]
Tanınır Elm Tarixi

Həyatı[redaktə | mənbəni redaktə et]

Türk elm tarixinin önəmli botaniklərindən olan Asuman Baytop[1] və Turhan Baytopun qızıdır. Litsey təhsilini "Notre Dame de Sion" Fransız litseyində bitirdikdən sonra, 1980-ci ildə "İstanbul Universiteti"nin Kimya Mühəndisliyi Fakültəsini bitirmişdir. 1984-cü ildə "İstanbul Universiteti", Tibb Fakültəsi, Tibb Tarixi və Deontoloji fakultəsində etdiyi "14–17-ci əsrlərdə qeyri-üzvi kimyəvi dərmanlar" mövzusunda doktorluq işi ilə[2] ilə M.Sc.Dr. adı aldı. 1985-ci ildə "İstanbul Universiteti" Ədəbiyyat Fakültəsi, Fəlsəfə Bölümü, Elm Tarixi Bölməsinə tədqiqatçı köməkçisi olaraq qatıldı. 1987-ci ildə dosent, 1993-cü ildə "elm tarixi dosenti", 1998-ci ildə professor oldu. 1997-ci ildə Kyotodakı Yapon Tədqiqatları İnstitutunda ziyarətçi tədqiqatçı vəzifəsində çalışmışdır.

2001-ci ilin yanvarından Elm Tarixi Bölməsinin müdiridir. 1989–2000 arasında Türk Bilim Tarixi Vəqfinin (TBTK) Baş Katibi, 1994–2001 arasında "Elm və Texnologiya Tarixi Komissiyası" nın sədr müavini , 1994–1998 arasında İstanbul Universiteti Elm Tarixi Muzey və Sənədlər Mərkəzi (BİMDOK) İdarə Heyətinin üzvü olaraq işləmişdir.[3]

Redaktə etdiyi nəşrlər[redaktə | mənbəni redaktə et]

  • Osmanlı Elm Tədqiqatları (1995-)
  • Türk Elm Tarixi Vəqfi Xəbər Bülleteni (1991–2000)
  • Manuskripte zur Chemiegeschichte & TeaComNews (1996-).

Üzvlüklər[redaktə | mənbəni redaktə et]

  • Türkiyə Kimya Dərnəyi
  • Türk Tibb Tarixi Təşkilatı və Sağlamlıq haqqında Sosial Elmlər Dərnəyi
  • Türk Elm Tarixi Vəqfi (qurucu üzv)

İstinadlar[redaktə | mənbəni redaktə et]