Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Getavan
Qozlukörpü (əvvəlki adı: Getavan və ya Kotavan) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qozlukörpü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kotavan kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Hetavan kəndi Qozlukörpü kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. İkinci Qarabağ müharibəsindən sonra kənd Rusiya Sülhməramlı Qüvvələrinin nəzarət zonasına daxil olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. == Toponimikası == XIX əsrin 20-ci illərində çar Rusiyasının İrandan və Türkiyədən ermənilərin Azərbaycan ərazisinə köçürülməsi zamanı erməni ailələri Qozlukörpü kəndində məskunlaşdırılmış və ermənilər kəndin adını dəyişərək bir müddət Hetavan adlandırmışlar. Oykonim "Qozlu kəndinin körpüsü" mənasındadır. == Tarixi == Qozlukörpü kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Hetavan kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
Gavahan (Xudafərin)
Gavahan (fars. گاواهن‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (10 ailə).
Gecaçan dovşanalması
Gecaçan dovşanalması (lat. Cotoneaster serotinus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Çindir. == Botaniki təsviri == 3 m hündürlüyündə həmişəyaşıl koldur. Cavan budaqları sıx tükcüklərlə örtülmüşdür, sonralar isə çılpaqlaşır və tünd qəhvəyi rəng alır. Yarpaqlarının uzunluğu 3-8 sm, eni isə 2-3 sm olub, tərs yumurtavari və ya ovaldır. Üstü tünd yaşıl rəngli, çılpaqdır, alt səthi isə açıq yaşıl, demək olar ki, ağ rənglidir. Yarpaq saplağı 7-8 mm uzunluğundadır. Çiçəkləri 6 mm diametrində olub, 6-8 sm uzunluğunda qalxan çiçəkqrupuna yığılmışdır. İyulda çiçəkləyir, toxumları oktyabrdan-fevrala qədər yetişir.
Gecaçan dağlaləsi
Gecaçan dağlaləsi (lat. Tulipa tarda) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Kiçik dağlalələrin nümunə və nümayəndəsi hesab olunur. Ləçəyin sarı rəngi ətrafında, ağ rəng haşiyədə görülür. İki və ya üç gül bir budaqdan çiçəklənə bilər. Gülaçma vaxtı aprelin sonlarıdır.
Çe Gevara
Ernesto Çe Qevara (isp. Ernesto Che Guevara; 14 iyun 1928[…], Rosario, Sante Fe əyaləti[d] – 9 oktyabr 1967[…], La İqera[d]) — argentinalı marksist-inqilabçı və siyasətçi. Fidel Kastro ilə birlikdə Kuba və beynəlxalq inqilab hərəkatının rəhbərlərindən olmuşdur. Adındakı "Çe" hissəciyi Kuba partizanları tərəfindən verilmişdir, argentinalılar üçün xarakterik müraciət forması olub, "yoldaş", "dost" və s. mənalarda işlənir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Ernesto Qevara ispan və irland əsilli ailənin beş uşağının ən böyüyü olaraq Argentinanın Rosario şəhərində dünyaya gəlmişdir. Doğum haqqında şəhadətnaməsində doğum tarixi 14 iyun 1928-ci il yazılmasına baxmayaraq, bəzi mənbələrdə həmin il 14 may tarixində doğulduğu bildirilir. Qevaranın ulu babalarından Patrik Linç 1715-ci ildə İrlandiyanın Qaluey bölgəsində doğulmuş, İrlandiyanı tərk edib İspaniyanın Bilbao şəhərinə, oradan isə Argentinaya getmişdir. Qevaranın babası Fransisko Linç 1817-də, nənəsi Anna Linç 1868-də doğulmuşdur.
Təzəkənd-i Galvazan
Təzəkənd-i Galvazan (fars. تازه كندگلوزان‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (48 ailə).
Ləvasan
Ləvasan (Farsca: لواسان, Lavāsān) — İranın Tehran ostanında şəhər. == Ümumi məlumat == Tehran ostanının Şimiranat şəhristanının Ləvasan bəxşində olan və bu bəxşin idarə mərkəzi olan şəhərin 2006-cı il rəsmi əhalisi 15.448 nəfər və 4.645 evdir.
Qəlizan
Qəlizan, Rəlizan, əvvəllər İgil-Azan (ərəb. غليزان‎) ‎ — Əlcəzairin şimal-qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin qərb hissəsində, Mina çayı vadisində, dəniz səviyyəsindən 98 metr hündürlükdə yerləşir. Qəlizan ölkənin paytaxtı Əlcəzairdən təxminən 250 kilometr qərb-cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci il siyahıyaalınmasında əhalinin 130,094 nəfər olduğu bildirilmişdir. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı şəhərdən 3 kilometr şərqdə yerləşir.
Həvazin
Həvazin (ərəb. هوازن‎, Hawāzin) — əvvəlcə Nəcdin qərbində və Hicazda, Taif şəhəri ətrafında məskunlaşmış ərəb qəbiləsi. Onlar daha böyük Qeys qəbilə qrupunun bir hissəsini təşkil edirdilər. Həvazinlər Bənu Səid və Bənu Cuşəm, həmçinin hər ikisi çox vaxt həvazindən ayrı sayılan Bənu Səqif və Bənu Əmir alt qəbilələrindən ibarət idi. Qəbilə tez-tez qətafanilər ilə toqquşurdu və bəzən həvazinilərin alt qəbilələri bir-biri ilə vuruşurdular. Qəbilə 630-cu ildə Hüneyn döyüşündə Məhəmmədin qüvvələri tərəfindən məğlub edilmişdi. Həvazin qəbiləsi 632-ci ildə Məhəmmədin ölümündən sonra baş verən Riddə müharibələri zamanı Mədinədə ilk müsəlman dövlətinə qarşı üsyan edən və mübarizə aparan ilk qəbilələrdən biri idi. Şifahi ənənə və şəcərə araşdırmalarına görə, Səudiyyə Ərəbistanında yaşayan müasir uteybə qəbiləsi həvazinilərin nəslindəndir.
Qətafan
Qətafan (ərəb. غطفان‎) — ərəb qəbilə konfederasiyası. Onlar əvvəlcə Mədinənin şimal-şərqində yerləşirdilər. Qətafanın əsas qolları Bənu Əbs, Bənu Sübyan və Əşca qəbilələri idi. Onlar Məhəmməd ilə ünsiyyətdə olan ərəb qəbilələrindən biri idilər. Onlar Xəndək döyüşündə qureyşilər ilə müttəfiq olmuşdular. == Mənşəyi == Qətafan Hicaz dağları ilə Cəbəl-Şəmmar arasında Nəcdin Rumma vadisi regionunda məskunlaşan bir bədəvi qəbilə qrupu idi. Ərəb şəcərə ənənəsinə görə, qəbilənin əcdadı Qətafan ibn Səid ibn Qeys Əylan idi və bu, onu daha böyük Qeys qəbiləsinin bir hissəsi edir. Qətafan sözünün etimologiyası və ya mənası məlum deyil. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Fück, J. W. (1965).
Qetavan
Qozlukörpü (əvvəlki adı: Getavan və ya Kotavan) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qozlukörpü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kotavan kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Hetavan kəndi Qozlukörpü kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. İkinci Qarabağ müharibəsindən sonra kənd Rusiya Sülhməramlı Qüvvələrinin nəzarət zonasına daxil olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. == Toponimikası == XIX əsrin 20-ci illərində çar Rusiyasının İrandan və Türkiyədən ermənilərin Azərbaycan ərazisinə köçürülməsi zamanı erməni ailələri Qozlukörpü kəndində məskunlaşdırılmış və ermənilər kəndin adını dəyişərək bir müddət Hetavan adlandırmışlar. Oykonim "Qozlu kəndinin körpüsü" mənasındadır. == Tarixi == Qozlukörpü kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Hetavan kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
Ernesto Çe Gevara
Ernesto Çe Qevara (isp. Ernesto Che Guevara; 14 iyun 1928[…], Rosario, Sante Fe əyaləti[d] – 9 oktyabr 1967[…], La İqera[d]) — argentinalı marksist-inqilabçı və siyasətçi. Fidel Kastro ilə birlikdə Kuba və beynəlxalq inqilab hərəkatının rəhbərlərindən olmuşdur. Adındakı "Çe" hissəciyi Kuba partizanları tərəfindən verilmişdir, argentinalılar üçün xarakterik müraciət forması olub, "yoldaş", "dost" və s. mənalarda işlənir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Ernesto Qevara ispan və irland əsilli ailənin beş uşağının ən böyüyü olaraq Argentinanın Rosario şəhərində dünyaya gəlmişdir. Doğum haqqında şəhadətnaməsində doğum tarixi 14 iyun 1928-ci il yazılmasına baxmayaraq, bəzi mənbələrdə həmin il 14 may tarixində doğulduğu bildirilir. Qevaranın ulu babalarından Patrik Linç 1715-ci ildə İrlandiyanın Qaluey bölgəsində doğulmuş, İrlandiyanı tərk edib İspaniyanın Bilbao şəhərinə, oradan isə Argentinaya getmişdir. Qevaranın babası Fransisko Linç 1817-də, nənəsi Anna Linç 1868-də doğulmuşdur.
Qazan
Qazan (məişət əşyası) — məişət əşyası. Qazan (ad) — şəxs adı. İran kəndləri Qazan (Sərdəşt) — Qazan (Urmiya) Qazan Əli (Urmiya) — Qazan Sar (Bukan) — == Qazan (Qab) == Qazan Türk millətin yemək bişirmək üçün metal qabıdır . Qazanlar çox zaman yuvarlaq formada olurlar. Qazanlar müxtəlif ölçülərə malikdir.
Gəvaşin (Sərab)
Gəvaşin (fars. گواشين‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 266 nəfər yaşayır (62 ailə).
Çe Qevara
Ernesto Çe Qevara (isp. Ernesto Che Guevara; 14 iyun 1928[…], Rosario, Sante Fe əyaləti[d] – 9 oktyabr 1967[…], La İqera[d]) — argentinalı marksist-inqilabçı və siyasətçi. Fidel Kastro ilə birlikdə Kuba və beynəlxalq inqilab hərəkatının rəhbərlərindən olmuşdur. Adındakı "Çe" hissəciyi Kuba partizanları tərəfindən verilmişdir, argentinalılar üçün xarakterik müraciət forması olub, "yoldaş", "dost" və s. mənalarda işlənir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Ernesto Qevara ispan və irland əsilli ailənin beş uşağının ən böyüyü olaraq Argentinanın Rosario şəhərində dünyaya gəlmişdir. Doğum haqqında şəhadətnaməsində doğum tarixi 14 iyun 1928-ci il yazılmasına baxmayaraq, bəzi mənbələrdə həmin il 14 may tarixində doğulduğu bildirilir. Qevaranın ulu babalarından Patrik Linç 1715-ci ildə İrlandiyanın Qaluey bölgəsində doğulmuş, İrlandiyanı tərk edib İspaniyanın Bilbao şəhərinə, oradan isə Argentinaya getmişdir. Qevaranın babası Fransisko Linç 1817-də, nənəsi Anna Linç 1868-də doğulmuşdur.
Bəhramabad-i Qaqazan
Bəhramabad-i Qaqazan (fars. بهرام ابادقاقازان‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 640 nəfər yaşayır (128 ailə).
Qazan (Sərdəşt)
Qazan (fars. قازان‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər. yaşayır (11 ailə).
Qazan (Urmiya)
Qazan (fars. غازان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 480 nəfər yaşayır (75 ailə).
Qazan (ad)
Qazan — bir sıra qədim və müasir türk xalqlarında geniş yayılmış şəxs adı. "Kitabi-Dədə Qorqud" eposundakı Qazan şəxs adı ilə müqayisə oluna bilər. Qədim türk tayfalarından birinin Kazan adlanması və Azərbaycanda Qazançı toponimlərində öz əksini tapması da məlumdur.
Qazan (dəqiqləşdirmə)
Qazan (məişət əşyası) — məişət əşyası. Qazan (ad) — şəxs adı. İran kəndləri Qazan (Sərdəşt) — Qazan (Urmiya) Qazan Əli (Urmiya) — Qazan Sar (Bukan) — == Qazan (Qab) == Qazan Türk millətin yemək bişirmək üçün metal qabıdır . Qazanlar çox zaman yuvarlaq formada olurlar. Qazanlar müxtəlif ölçülərə malikdir.
Qazan (şəhər)
Kazan yahut Qozan (tatar. Казан, Qozan) — Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı, Volqa çayının sağ sahilində yerləşir. Rusiyanın iri iqtisadi, siyasi, elmi, mədəni və idman şəhərlərindən biridir.. Şəhər Rusiyanın "üçüncü paytaxtı" hesab edilir. Qeyri — rəsmi şəkildə dünya tatarlarının paytaxtı da hesab edilir.
Qazan burnu
Qazan (ukr. Газан) — Kerç yarımadasının ucqar şimal nöqtələrindən biri. Krım yarımadasının şərqində Leninski rayonu ərazisində yerləşir. Yurkino kəndindən şimalda, Azov dənizi sahillərində qərarlaşır. Burunun sahilləri sıldırımlıdır. Xroni burnundan cənub-qərbdə yerləşir. Bulqanak buxtasına daxil olur.
Qazan kababı
== Lazımlı ərzaqlar == adambaşına 300 qr qoyun əti 20 qr quyruq yağı 25 qr nar 2 ədəd baş soğan 5 qr göyərti habelə tam üçün istiot, duz götürülür. == Hazırlanma qaydası == Qoyun əti tikələrə doğranıb quyruq yağı ilə qazanda (qalaylı mis qazanda) qovrulur, istiot, duz və yağda qızardılmış soğan qatılır. Hazır olmasına 5 – 6 dəq qalmış xörəyə yetişmiş nar dənələri əlavə edilir və üstünə göyərti səpilir. Süfrəyə verilən zaman qazan kababı boşqaba çəkilir, yanına mövsümdən asılı olaraq pomidor, xiyar və göyərti qoyulur.
Qazan köşkü
Qazan köşkü — Cəlilabad rayonunun Musalı kəndinin şimal-şərqində Talış dağlarının şimal qurtaracağında yerləşmiş tarixi abidə. Qazan köşkü abidəsi stəkanvari, qala tipli müşahidə məntəqəsidir. Azərbaycan tarixinin zənginliyi ilə öyünməsinə baxmayaraq burda demək olar ki, dəqiq tarixi araşdırma aparılmamışdır. Bəzi məlumatlara görə və tarixi qaynaqlara gorə qazan köşkünün XIII əsrə, Hülaki hökmdarı Qazan xana (1295-1304) aid olduğunu deməyə əsas verir. Bu qala haqqında məlumata Qazan xanın vəziri olmuş tarixçi, alim Fəzlüllah Rəşidəddinin "Came ət-təvarix" ("Tarixlər toplusu") kitabında rast gəlinir. Qalanın hündür,strateji mövqedə inşa olunması onun müşahidə məntəqəsi kimi istifadə olunmasını sübut edir.
Qazan tatarları
Qazan tatarları (tatar. Казан татарлары) — tatar xalqını təşkil edən əsas etnik qruplardan biri. Türk dilləri qıpçaq qrupunun tatar dilindəki Qazan ləhcəsində danışırlar. Kazan tatarlarının etnik əsasını türklər (bulqarlar, qıpçaqlar və s.) və İmenkovski mədəniyyətinin nümayəndələri təşkil edirdi. == Tarixi == === İlkin tarix === Monqolların 1236-cı ildə İdil bulqarlarını fəth etməsindən, 1237 və 1240-cı illərdə bir sıra bolqar üsyanlarından sonra İdil bulqarları Qızıl Orda dövlətinim tərkibinə daxil olur. Sonralar Qızıl Ordanın dağılmasından və bir sıra müstəqil xanlıqların yaranmasından sonra bulqar torpaqlarında Qazan xanlığı qurulur. Bulqarların bir hissəsinin başqa qıpçaqlarla, həmçinin qismən bölgənin Fin-Uqor əhalisi ilə birləşməsi nəticəsində Qazan tatarları yaranır. === Formalaşma === 15-16 əsrlərdə Qazan tatarlarının təşəkkülü baş verir. Qazan tatarları, daha inkişaf etmiş bir iqtisadiyyat və mədəniyyətə sahib olaraq, 19-cu əsrin sonlarında burjua millətini meydana gətirdilər. Onların əsas hissəsi əkinçiliklə məşğul idi.
Qazan xan
Qazan xan (personaj) — Kitabi-Dədə Qorqud dastanında personaj.Oğuz elinin Salur boyundan olduğu bilinir.