Gecaçan dovşanalması

Gecaçan dovşanalması (lat. Cotoneaster serotinus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.

Gecaçan dovşanalması
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Vətəni Şərqi Çindir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

3 m hündürlüyündə həmişəyaşıl koldur. Cavan budaqları sıx tükcüklərlə örtülmüşdür, sonralar isə çılpaqlaşır və tünd qəhvəyi rəng alır. Yarpaqlarının uzunluğu 3-8 sm, eni isə 2-3 sm olub, tərs yumurtavari və ya ovaldır. Üstü tünd yaşıl rəngli, çılpaqdır, alt səthi isə açıq yaşıl, demək olar ki, ağ rənglidir. Yarpaq saplağı 7-8 mm uzunluğundadır. Çiçəkləri 6 mm diametrində olub, 6-8 sm uzunluğunda qalxan çiçəkqrupuna yığılmışdır. İyulda çiçəkləyir, toxumları oktyabrdan-fevrala qədər yetişir. Meyvələri qırmızı rəngli, tərs yumurtavaridir və 2-3 toxumludur. Toxumla çoxaldılır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Şaxtaya və quraqlığa davamlıdır. Günəşli və yarımkölgədə bitir. Torpağa tələbkar deyil. Qumluca, gilli və ağır torpaqlara üstünlük verir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Dekorativ koldur. Park və bağlarda, küçə əkinlərində istifadə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]