Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gimnaziya
Gimnaziya — əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil хidmətləri göstərən ümumtəhsil müəssisəsi
Akademik Gimnaziya
Akademik Gimnaziya (rus. Академи́ческая гимна́зия) — Rusiyada 1726–1805-ci illərdə mövcud olmuş ilk dünyəvi orta ümumi təhsil müəssisəsi. 1724-cü ildə Sankt-Peterburqda Elmlər Akademiyasında yaradılmış, 1726-cı ildə müstəqil müəssisə kimi açılmışdır. Tələbələri Akademik Universitetə ​​qəbul və dövlət qulluğuna hazırlayırdı. Tələbə kontingenti müxtəlif ödənişsiz siniflərdə təhsil alan oğlanlar ibarət idi. Gimnaziyada latın, alman, fransız, rus ədəbiyyatı, tarix, coğrafiya, riyaziyyat, təbiət elmləri, rəsm fənləri tədris olunurdu. 1758–1765-ci illərdə Akademik Gimnaziyaya 1759-cu ildə onun Əsasnaməsini tərtib edən Mixail Lomonosov rəhbərlik edirdi. Lomonosov gimnaziyanı "universitetin tibb bacısı, onun anbarı və tədarükçüsü" hesab edirdi. 1765-ci ildə azyaşlı uşaqlar üçün hazırlıq şöbəsi açılmışdır. 1770-ci ildə Akademik Gimnaziya Akademik Universitetlə birləşdirilmiş, Akademik Məktəb və ya Akademiya Məktəbi kimi tanınmışdır.
Anna Pavlova (gimnast)
Anna Pavlova — Rus əsilli sabiq Azərbaycanlı idman gimnastıdır. 2004-cü ildə Yunanıstanın Afina şəhərində keçirilən XXVIII Yay Olimpiya Oyunlarının 2 qat bürünc medalçısıdır. Dünya Çempionatının 1 qat bürünc medalçısıdır. Avropa Çempionatının isə 5 qat gümüş və 2 qat bürünc medalçısıdır. 2004-cü ildə Rusiyanın "Vətənə xidmətə görə" II dərəcəli ordeni ilə təltif edilmişdir. == Həyatı == Anna Pavlova 6 sentyabr 1987-ci ildə Rusiyanın Orexovo-Zuyevo şəhərində anadan olmuşdur.
Eldar Səfərov (gimnast)
Eldar Səfərov (30 yanvar 1995, Bakı) — Azərbaycanı təmsil edən idman gimnastı. Eldar Səfərov 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatılıb və bürünc medal qazanıb. == Həyatı == Eldar Səfərov 1995-ci il 30 yanvarda Bakı şəhərində anadan olub. 2001-ci ildən idmanla məşğul olan Eldar Səfərov Dağıstan Dövlət Universitetinin məzunu olub. == Karyerası == Eldar Səfərov birinci uğurunu 2013-cü ildə qazandı. O, Azərbaycan Çempionatının qızıl medalına sahib oldu. 2015-ci ildə isə Eldar Səfərov I Avropa Oyunlarında qatıldı. Səfərov bu yarışlarda komanda yoldaşları Oleq Stepko və Petro Paxnyuk ilə birgə bürünc medal qazandı. Eldar Səfərov Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edildi.
Zarina Qurbanova (gimnast)
Zarina Qurbanova (6 may 1995) — Özbəkistanı təmsil edən bədii gimnast. Zarina Qurbanova, 2016-cı ildə Özbəkistanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Zarina Qurbanova, 2016-cı ildə Özbəkistan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Samirə Əmirova, Valeriya Davidova, Luiza Qəniyeva və Marta Rostoburova ilə birgə təsnifat mərhələsində 31.116 xal topladı və 12-ci yeri tutaraq mübarizəni dayandırdı.
Nərminə Səmədova (bədii gimnast)
Nərminə Səmədova (10 iyun 2004, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Karyerasının birinci uğurlarına Nərminə Səmədova 2014-cü ildə Qazaxıstanda "ZHULDYZ-CUP" və 2015-ci ildə Macarıstanda "Kupa Tavaszi" beynəlxalq turnirlərində ümumi olaraq beş medala sahib olmaqla imza atdı. Daha sonra Nərminə Səmədova 2016-cı ildə Azərbaycan Çempionatının gümüş medalına sahib oldu. Həmin il Nərminə Səmədova həm də Polşada "Baltic" Cup, Estoniyada isə "Miss Valentine" beynəlxalq turnirlərini gümüş medallarla başa vurdu. 2018-ci ildə Nərminə Səmədova İspaniyanın Qvadalaxara şəhərində gənclər arasında Avropa Çempionatında halqa ilə proqramı beşinci pillədə başa vurdu. Həmin il Polşada "Irina Cup" və Azərbaycanda "AGF Junior Trophy" beynəlxalq turnirində gümüş medallara sahib olan Nərminə Səmədova 2019-cu ildə Rusiyada baş tutan gənclər arasında Dünya Çempionatında lentlə proqramı beşinci pillədə başa vurdu. Nərminə Səmədova həm də həmin il bir sıra beynəlxalq turnirlərdə medallara sahib oldu. Nərminə Səmədova Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. İyulun 8-də bədii gimnastlardan ibarət Azərbaycan yığmasının məşqçiləri tərəfindən 15 gün sonra baş tutacaq XXII Yay Olimpiya Oyunlarında mübarizə aparacaq heyəti açıqlandı və heyətə Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova daxil edildi. Olimpiadadan əvvəl Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup İsrailin Təl-Əviv şəhərində baş tutan FIG Qran-Pri turnirində mübarizə apardı.
Gimnaziya № 36 (Rostov-na-Donu)
Gimnaziya № 36 — Rostov-na-Donu şəhərinin ərazisində, Maksim Qorki küçəsi, ev 115 ünvanında yerləşən təhsil ocağı. Bina P. Y. Lyubimovun layihəsi əsasında 1906-ci ildə inşa edilmişdir. Gimnaziyanın binası Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarix == 1906-cı ildə Nikolay Pavloviç Stepanov Rostovda dörd sinifli kişi gimnaziyasını açır. İlk əvvəllər gimnaziya kimsəsizlər evində yerləşirdi. Ancaq bir necə il sonra Stepanov gimnaziya üçün yeni binanı timkəyi qərara alır. Gimnaziya üçün yeni bina 1915-ci ildə P. Y. Lyubimovun layihəsi əsasında inşa edilmişdir. Gimnaziyaya 14-15 yaşından gəbul həyata keçirilirdi. Hazırlıq sinfində il ərzində 100, birinci sinifdə isə 130 rubl pul alınırdı. 1916-cı ildən gimnaziyada həm oğlanlar həmdə qızlar təhsil ala bilirdilər.
İlyas Əfəndiyev adına Elitar Gimnaziya
İlyas Əfəndiyev adına Elitar Gimnaziya — İlyas Əfəndiyevin adını daşıyan məktəb. Beynəlmiləl təhsil müəssisəsi kimi fəaliyyət göstərir. == Tarixi == Bakı şəhəri, Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziya 2 korpusdan ibarətdir. Əsas bina ötən əsrin 30-cu illərində tikilib və 2-ci Dünya Müharibəsi illərində Hərbi Hospital olaraq fəaliyyət göstərib. 1998-ci ildən Təhsil problemləri institutunun baza müəssisəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.02.2002-ci il tarixli, 113 nömrəli əmri ilə məktəb indiki adı ilə gimnaziyaya çevrilmiş (köhnə 41 saylı) və onun nizamnaməsi təsdiq olunmuşdur. Təhsil Nazirliyinin 08.04.2002-ci il tarixli, 25 nömrəli əmri ilə məktəb nazirliyin birbaşa tabeliyinə keçmişdir. Təhsil Nazirliyinin tabeliyində olan müəssisə gənc nəslin təhsili və onların müasir həyata hazırlanması sahəsində əldə etdiyi nailiyyətlərlə respublikanın öndə gedən məktəblərindən biri kimi tanınır. Təhsil ocağı 2009-cu ildə əsaslı təmir edildikdən sonra müasir avadanlıq və əyani tədris vəsaitləri ilə təchiz olunub. Əsaslı bərpa və yenidənqurmadan sonra 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutmuşdur.