İlyas Əfəndiyev adına Elitar Gimnaziya

İlyas Əfəndiyev adına Elitar Gimnaziyaİlyas Əfəndiyevin adını daşıyan məktəb. Beynəlmiləl təhsil müəssisəsi kimi fəaliyyət göstərir.

Elitar Gimnaziya
İlyas Əfəndiyev adına elitar gimnaziya
Əsası qoyulub 2002
Direktor Səadət Cahandarova
Şagird sayı 1000
Müəllim sayı 93
Şəhər Bakı Bakı
Ünvan Nəsimi rayonu, Xaqani küçəsi 102


Bakı şəhəri, Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziya 2 korpusdan ibarətdir. Əsas bina ötən əsrin 30-cu illərində tikilib və 2-ci Dünya Müharibəsi illərində Hərbi Hospital olaraq fəaliyyət göstərib.

1998-ci ildən Təhsil problemləri institutunun baza müəssisəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.02.2002-ci il tarixli, 113 nömrəli əmri ilə məktəb indiki adı ilə gimnaziyaya çevrilmiş (köhnə 41 saylı) və onun nizamnaməsi təsdiq olunmuşdur.

Təhsil Nazirliyinin 08.04.2002-ci il tarixli, 25 nömrəli əmri ilə məktəb nazirliyin birbaşa tabeliyinə keçmişdir. Təhsil Nazirliyinin tabeliyində olan müəssisə gənc nəslin təhsili və onların müasir həyata hazırlanması sahəsində əldə etdiyi nailiyyətlərlə respublikanın öndə gedən məktəblərindən biri kimi tanınır.

Təhsil ocağı 2009-cu ildə əsaslı təmir edildikdən sonra müasir avadanlıq və əyani tədris vəsaitləri ilə təchiz olunub. Əsaslı bərpa və yenidənqurmadan sonra 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutmuşdur. [1] 2-ci korpus 2016-cı ildən məktəbə birləşdirilmişdir.

Bu məktəbdə Abdullayev Rəşid, Məmmədli Araz, Mirzəyev Kamil və başqaları kimi tanınmış şagirdlər təhsil alırlar.

  • Şagirdlər hər il ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirilən  "Heydər Əliyev uşaqların gözü ilə" inşa müsabiqəsində uğurla çıxış edərək yüksək yerlərə layiq görülürlər.  Belə ki, gimnaziyanın şagirdi Nəzifə Nağıyeva 2014-cü ildə müsabiqədə III yeri tutub.  Bundan başqa, şagirdlərdən İsrail Osmanov və Emin Əzimov "İNEPO-EUROASİA" Beynəlxalq "Ətraf Mühitin Mühafizəsi" Layihə Olimpiadasında "İdeal enerji" layihəsi ilə gümüş medal qazanmışdır.
  • 2007-2008-ci tədris ilinin yekunlarına görə gimnaziya "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.
  • Fənn olimpiadalarında çıxış edən gimnaziyanın şagirdləri 2014-cü il də böyük uğurlara imza atıblar. Belə ki, şagirdlərdən İsrail Osmanov fizika, Cəvahir Abbasova riyaziyyat, Hüriyyə Cəbiyeva isə ingilis dili fənləri üzrə məktəblilərin fənn olimpiadalarının yekun mərhələsində  mümkün 40 balı toplayaraq I yerə layiq görülüb. Bundan başqa, Təhsil Nazirliyinin təşkil etdiyi "İstedad olimpiadası"nda 8-ci sinif şagirdi İsrail Osmanov fizika, VII sinif şagirdi Cəvahir Abbasova isə riyaziyyat fənni üzrə yüksək nəticələr nümayiş etdirərək "İstedadların hazırlığı laboratoriyası"na cəlb edilib.  8-ci sinif şagirdi İsrail Osmanov "İlin ən yaxşı 10 şagirdi"  siyahısına daxil edilərək xüsusi kubokla mükafatlandırılıb.
  • Gimnaziyanın şagirdləri idman yarışlarında da bir sıra uğurlar qazanıblar. X sinif şagirdi Məcid Sofiyev idmanın taekvondo növü üzrə yeniyetmələr arasında keçirilən respublika və dünya birinciliyində II və III yerlərə layiq görülüb. VI sinif şagirdi Barat Quliyev isə  Türkiyədə keçirilən qılıncoynatma üzrə beynəlxalq turnirdən gümüş medalla qayıdıb. Gimnaziyanın şagirdlərdən ibarət  basketbol komandası Türkiyədə keçirilən beynəlxalq yarışlarda 2 il dalbadal I yeri tutub.
  • 2010-2013-cü illər ərzində "Elitar" gimnaziya TQDK-nın ali məktəblərə qəbul imtahanlarındakı elmi-statistik məlumatlarına görə, ən yüksək nəticə göstərən tədris ocaqlarından biri olub. Bunun nəticəsidir ki, 2011-2013-cü illər ərzində gimnaziyanın məzunlarından 23 nəfəri 600-dən çox bal toplayaraq respublikanın və dünyanın ən nüfuzlu ali məktəblərinə daxil olub. Bu gün məzunlar Türkiyə, İngiltərə, Amerika Birləşmiş Ştatları, Avstriya, Kanada, Rusiya, Çexiya və digər ölkələrdə respublikamızı layiqincə təmsil edirlər. Gimnaziyanın məzunlarından 8 nəfəri Prezident təqaüdçüsüdür.
  • 2013-2014-cü tədris ili ərzində gimnaziyanın şagirdləri "Sərhədsiz riyaziyyat" Beynəlxalq riyaziyyat olimpiadasında iştirak edib. Olimpiadanın 2 - qış və yaz mərhələsi Bakıda keçirilmiş və şagirdlər 3 qızıl, 4 gümüş, 16 bürünc medal qazanmışlar. Bolqarıstanda keçirilən və 11 ölkənin nümayəndələrinin iştirak etdiyi final turunda şagirdlər respublikamızı layiqincə təmsil edərək 2 bürünc medalla vətənə  qayıdıblar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]