Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hibətullah Sultan
Hibətullah Sultan (16 mart 1789, Konstantinopol – 18 sentyabr 1841, Konstantinopol) — 27. Osmanlı sultanı I Əbdülhəmidin qızı. == Həyatı == Hibətullah Sultan 1789-cu ildə İstanbulda dünyaya gəlmişdir. Atası I Əbdülhəmid, anası isə xanımlarından Fatma Şəbsəfa Sultandır. 15 yaşında ikən 3 fevral 1804-cü ildə əmisi qızı Xədicə Sultanın əri Seyid Əhməd Paşanın ilk evliliyindən olan oğlu Ələddin Paşayla evləndi. Cütlük bacısı Əsma Sultanın Fatehdəki köşkündə yaşadı. Qardaşı IV Mustafanın taxtdan endirilməsindən sonra siyasi məsələlərə qarışması bəhanə göstərilərək göz həbsinə alındı və sarayından çölə çıxması qadağan edildi. 1812-ci ildə ərinin vəfatı ilə dul qaldı və bir daha evlənmədi. 18 sentyabr 1841-ci ildə vəfat etdi və Sultan Mahmud türbəsinə dəfn edildi. == Mənbə == Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4.
Sibgətulla Mücədidi
Sibgətulla Mücədidi (fars. صبغت الله مجددی‎; 21 aprel 1925, Kabil, Əfqanıstan əmirliyi – 11 fevral 2019, Kabil, Əfqanıstan İslam Respublikası[d]) — Əfqanıstan İslam Dövlətinin 2 aylıq prezidenti (28 aprel, 1992-28 iyun, 1992), məşhur əfqan siyasətçi.
Heybətulla Axundzadə
Heybətulla Axundzadə (dəri ھِبت الله اخوندزاده; puşt. ھِبت الله اخوندزاده; 1961, Pənçvaiyə rayonu[d], Qəndəhar vilayəti) — Əfqanıstanın siyasi və dini lideri, Əfqanıstan İslam Əmirliyinin rəhbəri. Axundzadə Talibanla bağlı verdiyi fətvalarla tanınır. O, Əfqanıstan İslam Əmirliyinin şəriət məhkəmələrində islam hakimi vəzifəsində çalışıb. Bir çox Taliban liderlərindən fərqli olaraq, o, hərbçi olmayıb. O, 2016-cı ilin mayında öncəki lider Axtar Mənsurun pilotsuz təyyarənin zərbəsi nəticəsində öldürülməsindən sonra Talibanın lideri seçilib. Əfqanıstan İslam Respublikasının süqutundan sonra Axundzadənin tezliklə yeni yaradılmış Əfqanıstan İslam Əmirliyi üzərində həm dini, həm də siyasi hakimiyyətin ali lideri elan ediləcəyi gözlənilir. == Həyatı == Axundzadə Əfqanıstan Krallığının Qəndəhar vilayətinin Pənçvaiyə rayonunda anadan olub. Puştun olan Axundzadə Nurzai qəbiləsinə mənsubdur. Onun adı Haybatulla ərəb dilində "Allahın hədiyyəsi" deməkdir.
Heybətulla Hacıəliyev
Heybətulla Hacıəliyev (30 iyun 1991, Dərbənd rayonu, Dağıstan) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == 2010-cu ildə Heybətulla Hacıəliyev Azərbaycan vətəndaşlığını qəbul elədi və beynəlxalq turnirlərdə Azərbaycanı təmsil elədi. Heybətulla Hacıəliyev 2010-cu ilin iyununda Rusiyada baş tutan Avropa Çempionatında mübarizə apardı. Heybətulla Hacıəliyev turnirin 1/8 final mərhələsində Almaniya nümayəndəsi Denis Maharova 1:10 hesabı ilə məğlub oldu və Avropa Çempionatında mübarizəsini başa vurdu. Daha sonra Heybətulla Hacıəliyev 2011-ci ilin iyununda Ankara şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Heybətulla Hacıəliyev turnirin 1/16 final mərhələsində Latviya nümayəndəsi Arturs Əhmədova 22:12, 1/8 final mərhələsində isə Çexiya nümayəndəsi Zdene Çladeya 20:11 hesabları ilə qalib gəldi və Avropa Çempionatının 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi İsveç nümayəndəsi Antoni Yiğit oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Heybətulla Hacıəliyev rəqibi üzərində 18:14 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi İrlandiya nümayəndəsi Raymond Moylet oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Heybətulla Hacıəliyev rəqibinə 16:18 hesabı ilə məğlub oldu və Avropa Çempionatını bürünc medalla başa vurdu.