Hibətullah Sultan

Hibətullah Sultan (16 mart 1789, Konstantinopol18 sentyabr 1841, Konstantinopol) — 27. Osmanlı sultanı I Əbdülhəmidin qızı.

Hibətullah Sultan
osman. هبت الله سلطان‎
Şəxsi məlumatlar
Doğum tarixi 16 mart 1789(1789-03-16)
Doğum yeri
Vəfat tarixi 18 sentyabr 1841(1841-09-18) (52 yaşında)
Vəfat yeri
Dəfn yeri Sultan Mahmud türbəsi, İstanbul
Fəaliyyəti əsilzadə
Atası I Əbdülhəmid
Anası Fatma Şəbsəfa Sultan
Həyat yoldaşı Kürəkən Ələddin Paşa
Ailəsi Osmanlı xanədanı

Hibətullah Sultan 1789-cu ildə İstanbulda dünyaya gəlmişdir. Atası I Əbdülhəmid, anası isə xanımlarından Fatma Şəbsəfa Sultandır. 15 yaşında ikən 3 fevral 1804-cü ildə əmisi qızı Xədicə Sultanın əri Seyid Əhməd Paşanın ilk evliliyindən olan oğlu Ələddin Paşayla evləndi. Cütlük bacısı Əsma Sultanın Fatehdəki köşkündə yaşadı. Qardaşı IV Mustafanın taxtdan endirilməsindən sonra siyasi məsələlərə qarışması bəhanə göstərilərək göz həbsinə alındı və sarayından çölə çıxması qadağan edildi.

1812-ci ildə ərinin vəfatı ilə dul qaldı və bir daha evlənmədi. 18 sentyabr 1841-ci ildə vəfat etdi və Sultan Mahmud türbəsinə dəfn edildi.

  • Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı, s. 369