Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əl-Minya
Əl-Minya (ərəb. المنيا‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 236.043 nəfərdir (2006).
İlinka
İlinka Beçile (rum. Ilinca Băcilă; 17 avqust 1998, Tırqu-Mureş[d]) — Rumıniya müğənnisi və yodelçi. O, Aleks Florea ilə birlikdə Rumıniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == 2012-ci ildə İlinka Rumıniyanın Românii au talent məharət yarışmasında iştirak etmişdir. 2013-cü ildə gənc müğənni Quattro qrupunun üzvü olaraq Rumıniyanın The X Factor musiqi yarışmasında iştirak etmişdir. Eyni zamanda İlinka 2014-cü ildə Rumıniyanın The Voice səs yarışmasında iştirak etmiş və yarışmanın yarımfinal mərhələsinədək yüksəlmişdir. Rumıniyanın TVR telekanalının Avroviziya 2017 üçün təşkil etdiyi milli seçim turunda qalib gələn İlinka "Yodel It!" mahnısı ilə Rumıniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Avroviziya səhnəsində İlinkanı Aleks Florea müşayiət etmişdir. Uzun məşqlərdən sonra İlinka və Aleks 11 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 5-ci nömrə altında səhnə almışdır. Nəticədə 174 xalla 6-cı yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdırlar.
İoniya
İoniya (q.yun. ἡ Ἰωνία, lat. Ionia) — Kiçik Asiyada qədim əyalət. == Tarixi == Qədim yunanlar özlərinə qədər şərqdə yaranmış elmlə tanış olur, təbiət üzərində müşahidələr aparırdılar. Bir çox ölkələrə səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII əsrdə Milet şəhəri nə Egey dənizinin şərqində yerləşən İoniya əyalətinin şəhərləri elmin mərkəzi idi. İoniya alimləri təbiət hadisələri üzərində müşahidələr aparır, onları izah etməyə, onların səbəblərini aşkar etməyə çalışırdılar. İoniya alimləri dünyanın mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri odda görürdülər.
İmany
Nadya Mladjao - (ing. Nadia Mladjao) İmani adı ilə daha çox tanınan fransız müğənnisi. Onun səhnə adı Suahili dilində iman deməkdi. Debüt albomu 2011-ci ildə buraxdığı The Shape of a Broken Heart olmuşdur. Bu albom Fransada və Yunanıstanda platin statusunu aldı həmçinin Polşada 3 dəfə platin statusu aldı. == Həyatı == Nadya 1979-cu ildə Martiqedə anadan olub. Yeniyetmə yaşlarıda idmanla məşqul olub, yüksəkliyə tullanma idmanıyla. ABŞda 7 il keçirəndən sonra Fransaya qayıdıb və müğənnilik karyerasına başlayıb. == Diskoqrafiya == === Studiya albomları === Adı: The Shape of a Broken Heart; Buraxılış ili: 2011 Leybl: Think Zik!
İrina
İrina — ad.
Melaleuca viminea
Melaleuca viminea (lat. Melaleuca viminea) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Mikania viminea
Mikania viminea (lat. Mikania viminea) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Othonna viminea
Othonna viminea (lat. Othonna viminea) — mürəkkəbçiçəklilər fəsiləsinin othonna cinsinə aid bitki növü.
Riskdən imtina
Riskdən imtina — iqtisadiyyat, maliyyə və psixologiyada istehlakçıların və investorların risk şərtləri daxilində müəyyən bir qərar verməyə meylini xarakterizə edən bir konsepsiya. Riskdən imtina bir investorun müəyyən bir nəticəni eyni ortalama gəliri ilə qeyri-müəyyən nəticəyə üstünlük verdiyi zaman danışılır. Məsələn, riskdən çəkinən bir investor, orta hesabla daha yüksək gəlir gətirən, həm də investisiyalarının bir hissəsini itirmə riski olan səhmlərə investisiya qoymaqdansa, pulunu aşağı, lakin zəmanətli faiz dərəcəsi ilə bank hesabına yatırma ehtimalı daha yüksəkdir. Riskdən imtina yüksək riskli maliyyə alətlərinə investisiya yatırmağı təsvir edən türevlərin və risk iştahasının qiymətləndirilməsində istifadə olunan risk neytrallığı anlayışları ilə sıx əlaqədardır. == Riskdən imtinanın riyazi modeli == Bir şəxsin pul riskində olmağı bir kommunal funksiyasından istifadə edərək təsvir edilə bilər. x {\displaystyle x} bir fərd üçün pul cəminin faydalılığı u ( x ) {\displaystyle u(x)} fayda funksiyası ilə ifadə olunsun. Ümumiyyətlə malların sayının artması ilə onların faydalılığının artdığına inanılır, buna görə də kommunal funksiyası artır. Faydalı funksiya fərqlənə bilərsə, artma xassəsi bərabərsizliklə ifadə edilə bilər u ′ ( x ) > 0 {\displaystyle u'(x)>0} . Riskə münasibət kommunal funksiyanın qabarıqlıq istiqaməti əsasında rəsmiləşdirilə bilər. Tərifə görə, bir kommunal funksiya, ∀ α ∈ [ 0 , 1 ] {\displaystyle \forall \alpha \in [0,1]} bərabərsizliyində bir konkav (qabarıq yuxarı) olur.
Simiya adası
Simiya adası (ing. Shemya; aleut. Самияҳ) — Aleut adaları qrupuna daxil olan ada. Semiçi adaları, Near adaları qrupuna daxildir. 2000-ci il məlumatına görə adada 27 nəfər yaşayır. == Coğrafiya == Adanın sahəsi 15,289 km²-dir. Ada Ankoricdən 1900 km aralıda yerləşir. Ada 4,49 km uzunluğa və 6,95 km enə malikdir. == Tarixi == Vitus Berinq tərəfindən 1741-ci ildə xristian tarixində müqədəs sayılan günə əsasən adlandırılır. 1762-ci ildə ada sahillərinə yaxın ərazidə ruslara aid gəmi qəzaya uğrayır.
İlinka (Uçalı)
İlinka (başq. Ильинка, rus. Ильинка) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mansur kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 34 km, kənd sovetliyindən (Abzak): 2 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 7 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (82 %) üstünlük təşkil edir.
İmtina (iqtisadiyyat)
İqanya çayı
İqanya — Tatarıstan ərazisindən axan çay. Menzelya çayının qollarından biridir. Uzunluğu — 54 km, hövzəsi 507 km²-dir. == Qolları == 33 km: Çerşilinka çayı 42 km: İqanya-Sua çayı == Su reesterinin məlumatı == Kama çayı hövzəsinə aiddir.
İoniya bərqvuranı
İoniya bərqvuranı (lat. Thaleropis ionia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin nimfalidlər fəsiləsinin bərqvuran cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açıq halda 40-50 mm-dir. Ön qanadların xarici kənar boyunca ensiz qonur haşiyə keçir. Qanadların ümumi rəngi narıncı, əsası tünddür. Ön qanadların yuxarı küncündə bir neçə ağ ləkə vardır. Qanadların yığmış vəziyyətdə budaqda oturmuş kəpənək rənginə və formasına görə saralmış, quru yarpağı xatırladır. == Yayılması == Kiçik Asiya, Türkiyə, Şimali İran, Cənubi Qafqazda rast gəlinir. Azərbaycanda Zəngəzur və Dərələyəz silsiləsinin cənub yamaclarında yayılmışlar. == Həyat tərzi == Kserofil kol bitkiləri olan yamaclar və ya seyrək meşəliklər, tək-tək hallarda yolların kənarı.
Populus viminea
Balzam qovağı (lat. Populus balsamifera) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aigiros balsamifera (L.) Lunell Populus balsamifera f. typica C.K.Schneid.
İmtina mədəniyyəti
İmtina mədəniyyəti və ya ləğv mədəniyyəti — qəbuledilməz şəkildə hərəkət etdiyi və ya danışdığı hesab edilən bəzi şəxslərin kənarlaşdırıldığı, boykot edildiyi və ya uzaqlaşdırıldığı, 2010-cu illərin sonu və 2020-ci illərin əvvəllərinə aid olan mədəni fenomen ifadə. Bu "uzaqlaşdırma" sosial mediada və ya şəxsən sosial və ya peşəkar dairələrə — məşhurların iştirakı ilə baş verən məşhur hadisələrə şamil edilə bilər. Bu fenomenə məruz qalanlardan "imtina edildiyi" deyilir. İmtina mədəniyyəti termini 2010-cu illərin sonu və 2020-ci illərin əvvəllərində istifadə olunmağa başlandı və əsasən mənfi mənalara sahibdir. "Çağırış mədəniyyəti" termini bəziləri tərəfindən eyni anlayış üçün daha müsbət söz kimi istifadə olunur. Bəzi tənqidçilər iddia edirlər ki, imtina mədəniyyəti ictimai diskursa soyuq təsir göstərir, səmərəsizdir, real sosial dəyişiklik gətirmir, dözümsüzlük yaradır və kiberzorakılığa səbəb olur. Digərləri isə iddia edirlər ki, "imtina" çağırışları söz azadlığının formalarından biridir və onlar hesabatlılığı təşviq edir və hüquqlarından məhrum edilmiş insanlara söz haqqı verir. Yenə də başqaları imtina mədəniyyətinin aktual bir fenomen olub-olmadığını sual altına alır, oxşar boykot formalarının imtina mədəniyyəti termininin yaranmasından çox əvvəl mövcud olduğunu iddia edir. Bəzi ictimai xadimlərin karyeraları geniş şəkildə "imtina" olaraq xarakterizə edilən boykotlardan təsirlənsə də, bundan şikayətlənən digərləri karyeralarını uğurla davam etdirdilər. == Mənşəyi == Təxminən 2015-ci ilə qədər, bir insanı və ya işi dəstəkləməyi dayandırmaq üçün bəzən ciddi, bəzən də zarafatla şəxsi qərara istinad etmək üçün imtina anlayışı Qara Twitter-də geniş yayılmışdı.
Mina
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s. == Azərbaycan ərazisində minalar == Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur. == Zərərsizləşdirilməsi üsulları == Fransada hələ Birinci dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər.
Binya (Fransa)
Binya (fr. Billiat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-syur-Valserin kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01044. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 484 nəfər təşkil edirdi. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Biyya (Fransa) ilə əlaqəli mediafayllar var.
Miho Manya
Miho Manya (d. 5 noyabr 1996) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Mitya Drinovek
Mitya Drinovek (22 fevral 1996) — Sloveniyalı biatlonçu. Mitya Drinovek Sloveniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mitya Drinovek birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Drinovek 26:13.7 saniyəlik nəticəsi ilə 87 atlet arasında 72-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Miyna Hyarma
Miyna Hyarma (est. Miina Härma 9 fevral 1864 – 16 noyabr 1941, Tartu) — Estoniya bəstəkarı, orqanist, xor dirijoru. == Həyat və yaradıcılığı == Miyna Hyarma müəllim və musiqiçi ailəsində anadan olmuşdur. Tartuda məktəbə bitirir. 15 yaşından etibarən Estoniya bəstəkarı və yazıçısı Karl Avqust Hermandan (qohumu deyil) fortepiano və kompozisiya dərsləri alır. 1883 - 1890-cı illərdə Miyna Hyarma Sankt-Peterburq Konservatoriyasında (Lui Qomiliusdan) orqan və kompazisiya üzrə təhsil alır. Konservatoriyanı bitirdikdən sonra Sankt-Peterburqda qalır. Orada musiqi müəllimi və orqanist kimi işləyir. Xaricdə konsertlərdə çıxış edir. 1894-cü ildə Tartuya qayıdır.
İliya Abuladze
İliya Vladimiri Abuladze (gürc. ილია აბულაძე; 24 noyabr 1901, Zeda Sakara[d] – 9 oktyabr 1968, Tbilisi) — gürcü tarixçisi, dilçisi və alimi. Filologiya elmləri namizədi (1938), professor (1947) və Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü (1950) olmuşdur. == Həyatı == 1901-ci ildə Gürcüstanın qərbindəki tarixi İmereti bölgəsindəki Zeda Sakara kəndində doğulmuşdur. Burada ikisinifli məktəbi bitirdikdən sonra 1921-ci ildə Kutaisi Oğlanlar Gimnaziyasını da birinciliklə bitirib universitet həyatına başlamışdır. 1927-ci ildə Tbilisi Dövlət Universitetindən məzun olduqdan zonra 1932-ci ildə akademik fəaliyyətə keçid etmişdi. Qədim gürcü tarixi və erməni-gürcü dilləri arasındakı əlaqələrin tədqiqatçısı olan Abuladze araşdırmaları zamanı 28 sentyabr 1937-ci ildə Matenadaranda Alban əlifbasının yenidən kəşfinə gətirib çıxaracaq 7117 nömrəli əlyazmanın tapması ilə məşhurdur. 1950-ci ildə Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilən alim 1958-ci ildə Gürcüstan Milli Əlyazmalar Mərkəzinin əsasını qoymuşdur. 1938-1968-ci illərdə Tbilisi Dövlət Universitetində professor kimi işləmişdir. 1961-ci ildə Əməkdar Elm İşçisi adını almışdır.
İliya Lupulesku
İliya Lupulesku (30 oktyabr 1967) — Yuqoslaviyanı, Müstəqil Komandanı, Serbiya və Monteneqronu və Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi. == Karyerası == İliya Lupulesku Yuqoslaviyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Daha sonra İliya Lupulesku Müstəqil Komandanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. İliya Lupulesku Serbiya və Monteneqronu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra İliya Lupulesku Serbiya və Monteneqronu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub. İliya Lupulesku Birləşmiş Ştatları 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Şinya Yamanaka
Şinya Yamanaka (yap. 山中 伸弥; 4 sentyabr 1962[…]) — Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı. == Həyatı == Şinya Yamanaka 4 sentyabr 1962-ci ildə Yaponiyanın Hiqaşiosaka şəhərində anadan olmuşdur. Onun valideynlərinin tikiş maşınlarının ehtiyat hissələrini istehsal edən kiçik bir zavodu var idi. Onlar övladlarının da bu ailə biznesi ilə məşğul olmasını istəmirdi; Şinyanın həkim olmasını arzu edirdilər. Uşaq vaxtdi cüdo ilə məşgul olması onda ciddi travmalar yaradırdı. Şinya vaxtının böyük hissəsini ortopedik mərkəzdə keçirirdi. O, düz 10 dəfə sümük əzələlərini qırmışdı. Bütün bunlar Şinyanın gələcək karyerasına təsir göstərmişdir. Məktəbi bitirib attestatını aldıqdan sonra, 1980-ci ildə Kobe Universitetinə qəbul oldu.
İniya Trinkuniyene
İniya Trinkuniyene (lit. Inija Trinkūnienė; 25 oktyabr 1951) — Litva etnoloqu, sosioloq, folklorşünas, psixoloq; 2014-cü ildən bəri Romuva adlı Litva neobütpərəst cəmiyyətinin lideri (krive, baş kahinə). Cəmiyyətin qurucusu və "Kūlgrinda" adlı musiqi folk-qrupunun lideri Yonas Trinkunas onun həyat yoldaşıdır. == Həyatı == 1969-cu ildə Kelme şəhərində orta məktəbi və 1974-cü ildə psixologiya ixtisası üzrə Vilnüs Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. Litva Mədəni Tədqiqatlar İnstitutunda (Vilnüs Fəlsəfə və Sosiologiya İnstitutu) sosioloq kimi çalışmışdır. 1990-cı ildə, 1988-2014-cü illərdə Romuva dini bütpərəst icmasının rəhbəri olan əri ilə birlikdə Litva xalq musiqi ansamblını və "Kūlgrinda" xorunu təsis etdi. Onun Rimqayle, Vetra, Uqne və İndre adlı 4 uşağı var. Elmi karyerası boyunca Trinkuniyene xalq mədəniyyətinin yayılması sahəsində araşdırmalarla məşğul olmuşdur. 60-dan çox elmi məqalə yazmış, Litva və xaricdə müxtəlif elmi konfranslarda iştirak etmişdir. 2004-2013-cü illərdə Litva Respublikası Seymi yanında Xalq Mədəniyyətininin Müdafiəsi Şurasının üzvü olmuşdur.
Qdınya
Qdınya (pol. Gdynia) — Polşanın şimalında şəhər. 2014-cü il siyahıyaalmasına əsasən əhalisi 247,8 min nəfərdir. Qdansk və Sopot ilə birlikdə Truymuka aqlomerasiyasını təşkil edirlər. == Tarixi == Qdınya gənc bir şəhərdir. O, Birinci Dünya müharibəsindən sonra, 1253-cü ildə balıqçılığı ilə məşhur olmuş kəndin adını alaraq yaranmışdır. Polşa dənizə çıxış əldə etdikdə, Dançiq vilayəinin tərkibinə daxil olmadı. Buna görə Qdınyada yeni bir dəniz limanı tikməyə başladı. Seym limanının tikintisi ilə bağlı akt 23 sentyabr 1922-ci ildə təsdiq edilib. Dəniz gəmisi ilk dəfə olaraq 1923-cü ildə Qdınya limanına daxil olmuşdur.