İoniya bərqvuranı

İoniya bərqvuranı (lat. Thaleropis ionia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin nimfalidlər fəsiləsinin bərqvuran cinsinə aid heyvan növü.

İoniya bərqvuranı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Növ:
İoniya bərqvuranı
Beynəlxalq elmi adı

Təsviri[redaktə | mənbəni redaktə et]

Qanadları açıq halda 40-50 mm-dir. Ön qanadların xarici kənar boyunca ensiz qonur haşiyə keçir. Qanadların ümumi rəngi narıncı, əsası tünddür. Ön qanadların yuxarı küncündə bir neçə ağ ləkə vardır. Qanadların yığmış vəziyyətdə budaqda oturmuş kəpənək rənginə və formasına görə saralmış, quru yarpağı xatırladır.

Yayılması[redaktə | mənbəni redaktə et]

Kiçik Asiya, Türkiyə, Şimali İran, Cənubi Qafqazda rast gəlinir. Azərbaycanda Zəngəzur və Dərələyəz silsiləsinin cənub yamaclarında yayılmışlar.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Kserofil kol bitkiləri olan yamaclar və ya seyrək meşəliklər, tək-tək hallarda yolların kənarı. Kəpənəklər may–iyun aylarında uçur, günün isti vaxtında yol üstünə, bulaq və gölməçə yanına qonurlar, ağacların aşağı budaqlarıüzərinə daha çox dağdağan və söyüd ağaclarına qonmağı xoşlayırlar. İyunun axırında elə həmin budaqlara yumurta qoyurlar. Tırtıllar iyulda və avqustun əvvəlində söyüd yarpaqları ilə qidalanır və sonradan müxtəlif sığınacaqlarda puplaşır və qışlayırlar. İldə bir nəsil verir. Puplar üzərində parazitlik edən təbii düşmənləri Chalcidae fəsiləsindən olan xırda zarqanadlılardır.

Sayı[redaktə | mənbəni redaktə et]

R. Əffəndi tərəfindən 5 kəpənəyi qeydə alınmışdır.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Ağacların qırılması, ot çalımı kəpənəyin sayına ciddi təsir göstərir. Avtomobillərdən çıxan zərərli qazlar da yol kənarlarında rast gəlinən gəlinən ioniya bərqvuranının populyasiya sıxlığına mənfi təsir göstərir. Həvəskar kolleksiyaçılar tərəfindən ovlanması da kəpənəyin sayını azaldan amillərdəndir.

Qorunması üçün qəbul edilmiş tədbirlər[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı kitab"ının I nəşrinə daxil edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]