İliya Abuladze

İliya Vladimiri Abuladze (gürc. ილია აბულაძე; 24 noyabr 1901, Zeda Sakara[d]9 oktyabr 1968, Tbilisi) — gürcü tarixçisi, dilçisi və alimi. Filologiya elmləri namizədi (1938), professor (1947) və Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü (1950) olmuşdur.

İliya Abuladze
gürc. ილია აბულაძე
Doğum tarixi 24 noyabr 1901(1901-11-24)
Doğum yeri
  • Zeda Sakara[d], Zestafoni bələdiyyəsi[d]
Vəfat tarixi 9 oktyabr 1968(1968-10-09) (66 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahəsi filologiya
Elmi dərəcələri
İş yeri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1901-ci ildə Gürcüstanın qərbindəki tarixi İmereti bölgəsindəki Zeda Sakara kəndində doğulmuşdur. Burada ikisinifli məktəbi bitirdikdən sonra 1921-ci ildə Kutaisi Oğlanlar Gimnaziyasını da birinciliklə bitirib universitet həyatına başlamışdır. 1927-ci ildə Tbilisi Dövlət Universitetindən məzun olduqdan zonra 1932-ci ildə akademik fəaliyyətə keçid etmişdi.[1]

Qədim gürcü tarixi və erməni-gürcü dilləri arasındakı əlaqələrin tədqiqatçısı olan Abuladze araşdırmaları zamanı 28 sentyabr 1937-ci ildə Matenadaranda Alban əlifbasının yenidən kəşfinə gətirib çıxaracaq 7117 nömrəli əlyazmanın tapması ilə məşhurdur.[2] 1950-ci ildə Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilən alim 1958-ci ildə Gürcüstan Milli Əlyazmalar Mərkəzinin əsasını qoymuşdur. 1938-1968-ci illərdə Tbilisi Dövlət Universitetində professor kimi işləmişdir. 1961-ci ildə Əməkdar Elm İşçisi adını almışdır.

100-dən çox kitabın müəllifidir. 1968-ci ildə vəfat edərək alimlər və yazarların ənənəvi basdırıldığı Didube panteonunda dəfn edilmişdir. Qədim Gürcü dilinin lüğəti (gürc. ძველი ქართული ენის ლექსიკონი) kitabı ölümündən sonra, 1973-cü ildə dərc edilib.[3]

  1. Gürcüstan Parlamant Kitabxanası - İliya Abuladze (bioqrafiya)
  2. "Zaza Aleksidze - A Breakthrough in the Script of Caucasian Albany". 2020-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-22.
  3. Rapp, Stephen H. (2003), Studies In Medieval Georgian Historiography: Early Texts And Eurasian Contexts, səh. 16. Peeters Bvba ISBN 90-429-1318-5