Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Küzəcik
Küzəcik — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km məsafədə,Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim bayat boyundan olan güzücəkli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancaxpyur (dağ ətəyindən axan bulaq) qoyulmuşdur. == Əhalisi == Burada tarixən azərbaycanlılar yaşamışdır.
Kürəkcik
Kürəkcik (paddle) – kompüter oyunlarında: xüsusən obyekti ekranda şaquli və üfüqi hərəkət etdirmək üçün istifadə olunan manipulyator. Oyunun idarə olunması dəstəyin döndərilməsi vasitəsilə həyata keçirilir. Beləliklə, ekranda obyekti (məsələn, tennis raketini) bir ox üzrə (iki istiqamətdə) hərəkət etdirmək olur. Hansısa başqa hərəkətləri yerinə yetirmək üçün əlavə düymələri də ola bilər. Belə manipulyatorlar 1970-ci illərdə istifadə olunurdu və 1980-ci illərin ortalarında, demək olar ki, “yoxa çıxdı”, onların yerini daha rahat olan coystiklər tutdu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 624 s.
Nüvəcik
Nüvəcik - nüvə daxilində yerləşən, öz membran örtüyünə malik olmayan, ölçüsü 1-10 mkm olan möhkəm, girdə cisimcik. İşıq və elektron mikroskop altında yaxşı görünür. Onun miqdarı hüceyrənin həyat fəaliyyətindən asılı olaraq dəyişir. Nüvəciyin tərkibi: zülallar, RNT, Risobomlar, kalium, kalsium, dəmir və bir sıra fosfat birləşmələrindən ibarətdir. Nüvəciyin membranı yoxdur, nüvə şirəsi ilə həmişə təmasda olur. Hüceyrənin bölünmə ərəfəsində nüvəcik parçalanır, bölünmənin son mərhələsində yenə bərpa oluur. Ona görə nüvəcik yalnız bölünməyən hüceyrələrdə görünür. Nüvəcikdə risobom RNT-si və ribosomun kiçik və böyük hissələri formalaşır.
Küməcin (Əbhər)
Küməcin (fars. كماجين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 20 nəfər yaşayır (6 ailə).
Kapiçik
Kapiçik — Tiflis quberniyasının Siqnax qəzasında dağ adı. == Toponimkası == Yelizavetpol quberniyasının Zəngəzur qəzasında Qapıçıq, Ordubad rayonunda Quru Qap, Dağlıq Şirvanda Kapkəz, Qax rayonunda Qapıçay, Balakən rayonunda Qapıdağ və s. toponimlərlə eynidir. Türk dillərində kapu "dar dərənin yarıqlarla doğranmış yuxarı hissəsi", "dağın eroziyalı qayalı yamacları olan dar dərəsi", "dərəyə keçid" və çik- "dar dərə" sözlərindəndir.
Köpenik sarayı
Köpenik sarayı (alm. Schloss Köpenick‎) — Almaniyanın paytaxtı Berlin şəhərində, Köpenik rayonunda yerləşən barokko tərzində su sarayı. == Haqqında == Bu tikili Brandenburqun Hohenzollern seçiciləri tərəfindən saray kimi istifadə olunmuşdur. Saray Dame çayı üzərindəki bir adada yerləşmiş olub, ətrafı ingilis üslubundakı parkla əhatə olunmuşdur. Saray adını yerləşdiyi bölgədə — Köpenikdən alır. Saray 1558-ci ildə II Yoahim Hektor tərəfindən VI əsrdən qalma slavyan qalasının bünövrəsi üzərində ov köşkü kimi tikildi. İntibah memarlığı üslubunda olan saray Dame çayının bir adasında — dağılmış orta əsrlər qəsrinin ərazisində yerləşirdi. II Yoahim Hektor 1571-ci ildə burada vəfat etdi. 1631-ci ildə saray İsveç kralı Qostavus Adolfusun qərargahı kimi fəaliyyət göstərməyə başladı. Prussiya kralı I Frederik sarayı 1677-ci ildə genişlətdirməyə və bərpa etdirməyə başladı.
Şəmsəddin Kuzəçi
Şəmsəddin Kuzəçi (türk. Şemsettin Küzeci 1965, Kərkük)- Tədqiqatçı, pedaqoq, jurnalist, şair və yazıçı, Kərkük qəzetinin baş redaktoru, 2022-ci ildə türk dünyası Akademiyasının "fəxri professoru" adına da layiq görülüb. == Həyatı == 1965-ci ildə Kərkükdə anadan olub. 1984-cü ildə Mosul Universitetinə qəbul olub və 1989-cu ildə Universiteti bitirib. 1992–1996-cı illərdə Kərkük Liseyində dərs keçib. 1992–1995-ci illərdə Kərkük televiziyası və Bağdad Türkmənistan radiosunda "Gənclik və idman" proqramlarını hazırlayaraq təqdim edib. 1993-cü ildə İraq rejimi tərəfindən həbs edilib Üç ay həbsdə qaldıqdan sonra sərbəst buraxılıb. 1996-cı ildə siyasi səbəblərdən İraqdan Türkiyəyə köçüb. 2015-ci ildə öz istəyi ilə təqaüdə çıxıb. Kərkük, Burada Musalla liseyində müəllim olaraq çalışır.