Köpenik sarayı

Köpenik sarayı (alm. Schloss Köpenick‎) — Almaniyanın paytaxtı Berlin şəhərində, Köpenik rayonunda yerləşən barokko tərzində su sarayı.

Köpenik sarayı
Schloss Köpenick
Xəritə
52°26′38″ şm. e. 13°34′22″ ş. u.HGYO
Ölkə  Almaniya
Şəhər Berlin
Yerləşir Köpenik
Tikilmə tarixi 1558
Üslubu barokko
Rəsmi sayt smb.museum/museen-einric…
İstinad nöm.09095682
KateqoriyaSaray
ƏhəmiyyətiDünya əhəmiyyətli
Köpenik sarayı (Almaniya)
Köpenik sarayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu tikili Brandenburqun Hohenzollern seçiciləri tərəfindən saray kimi istifadə olunmuşdur. Saray Dame çayı üzərindəki bir adada yerləşmiş olub, ətrafı ingilis üslubundakı parkla əhatə olunmuşdur. Saray adını yerləşdiyi bölgədə — Köpenikdən alır.

Saray 1558-ci ildə II Yoahim Hektor tərəfindən VI əsrdən qalma slavyan qalasının bünövrəsi üzərində ov köşkü kimi tikildi. İntibah memarlığı üslubunda olan saray Dame çayının bir adasında — dağılmış orta əsrlər qəsrinin ərazisində yerləşirdi. II Yoahim Hektor 1571-ci ildə burada vəfat etdi. 1631-ci ildə saray İsveç kralı Qostavus Adolfusun qərargahı kimi fəaliyyət göstərməyə başladı.

Prussiya kralı I Frederik sarayı 1677-ci ildə genişlətdirməyə və bərpa etdirməyə başladı. Daha sonra o, ilk həyat yoldaşı Elizabet Henrit ilə bu sarayda yaşamağa başladı. 1630-cu ildə gələcək kral olacaq II Frederik və onun dostu fərariliyə görə bu sarayda hərbi məhkəmə ilə üz-üzə qalmışdılar.

Hazırda saray Dekorativ İncəsənət muzeyinin parkları ilə əhatə olunub və Prussiya Mədəni İrsi sayılır.