Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəcəvər
Kəcəvər (lat. Acorus) — bitkilər aləminin kəcəvərçiçəklilər dəstəsinin kəcəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Kələsər (Nir)
Kələsər (fars. كله سر‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 176 nəfər yaşayır (43 ailə).
Vələver
Vələver — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. == Toponimikası == Zəngəzur silsiləsinin ətəyindədir. Oykonim vələ (təpəlik) və ver (yuxarı) komponentlərindən düzəlib. Təpəlik yer yüksəklik mənasındadır. == Əhalisi == Əhalisi 555 nəfərdir.
Dələver çayı
Dələver çayı - Borçalı bölgəsinin Bolnisi rayonu ərazisində kiçik dağ çayı. Maşavera çayının sağ qollarından biridir. Uzunluğu təqribən 30 km.-dir. Mənbəyini dəniz səviyyəsindən təqribən 1400 m. yüksəklikdə yerləşən Bejanazan adlı yerdən götürür və 390 m. hündürlükdə Maşaveraya qovuşur. Çayın düşməsi təqribən 1000 metrə, orta meylliyi 1,9°-yə bərabərdir. Yaz və payız aylarında sel və daşqınların səciyyəvi olduğu çayın aşağı axarları quraqlıq dövrlərdə quruyur. Rayonun Faxralı və İmirhəsən kəndləri bu çayın üzərində yerləşir. Suyundan əkinçilik və bağçılıqda istisadə olunur.
Vələver nekropolu
Vələver nekropolu — Ordubad rayonunun Vələver kəndindən şərqdə, təpənin üzərində arxeologi abidə. Nekropol q.-ş. istiqamətinə yönəldilmiş müsəlman qəbirlərindən ibarətdir. Qəbirlərin ətrafına dördkünc formada çay daşları düzülmüş bəzi qəbirlərin üzərində isə daş yığınları meydana gəlmişdir. Qəbirlərin bəzisinin üzərində qoç daşlar vardır. Baş daşlarının əksəriyyəti yonulmamış qaya parçalarındandır. Lakin yonulmuş baş daşlarına da rast gəlinir. Onlar dördkünc olub, yuxarıda tağşəkilli formaya malikdir. Baş daşlarının bəzisində ərəb əlifbası ilə kitabə vardır. Nekropol XIV–XVIII əsrlərə aid edilir.
Biləvər
Biləvər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 420 nəfərdir.[mənbə göstərin] == Tarixi == Bilavar/Bilavər Lerik rayonunun Osyedərə inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Oykonim Talış dilindəki bil (bataqlıq, gölməçə) və var (yer) sözlərindən düzəlib, "bataqlıq yer" mənasındadır.
Dələlər
Dələlər (lat. Mustelidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi. Xırda və orta böyüklükdə olur. Xəzi sıx, tüklü və ya hamar olub, rəngi müxtəlifdir. Quyruğu uzun və tüklüdür. Suda yaşayan dələkimilərin barmaqları arasında dəri büküşlər (pərdə) var. Xüsusi anal vəziləri kəskin qoxulu sekret ifraz edir. Dələkimilərdən dələlər, gəlincik, safsar, əsasən, məməlilər və quşlarla qidalanan yırtıcılardır. Avstraliya və Antarktikadan başqa bütün materiklərdə yaşayır. 28 yaxud 30 cinsi birləşdirən 5 yarımfəsiləsi var.
Güləvər
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Kəlbəcər
Kəlbəcər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun mərkəzi, Kəlbəcər şəhər inzibati ərazi dairəsində şəhər. == Etimologiyası == Şəhərin adının mənşəyi ilə bağlı bir neçə nəzəriyyə var. Versiyalardan birinə görə, şəhər ilkin olaraq qədim türkcə "çayların yuxarı axarında qala" (kevli – "çayın yuxarı axarları", çər – "qala") mənasını verən "Kevliçer" adlanırdı. == Tarixi == XVIII əsrin ortalarında Kəlbəcər Qarabağ xanlığının tərkibində idi. XIX əsrin ortalarında ərazi kürdlər tərəfindən məskunlaşmışdır. Yevgeniya Pçelina tərəfindən lentə alınan bölgədən kürd xalq nağılları kürdlərin bölgəyə gəlişindən bəhs edir. Şəhər 7 iyul 1923-cü ildən 23 iyul 1930-cu ilə qədər Azərbaycan SSR-in Kürdüstan mahalı (sonralar Kürdüstan qəzası) tərkibində olmuşdur. 1930-cu ildə Azərbaycan SSR-in tərkibində 1936 km2 ərazisi olan Kəlbəcər rayonu təşkil edilmiş, onun inzibati mərkəzi 1980-ci ildə şəhər statusu almış Kəlbəcər şəhəri olmuşdur. === İşğalı === Şəhər 3 aprel 1993-cü ildə, Birinci Qarabağ müharibəsinin sonuna yaxın Ermənistan Silahlı Qüvvələri zamanı işğal edilmişdir. Kəlbəcərin bütün azərbaycanlı və kürd əhalisi qovulmuşdur.
Kəlləsər
Kəlləsər-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kəlləsər-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Kələdək
Kələdək - 1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı. Mənbədə kənddə 2 xristian ailəsinin yaşadığı qeyd olunur.
Kələntər
Toponimlər
Kələzlər
Kələzlər (lat. Agamidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi. Kələzlər fəsiləsinin nümayəndələri Avropa, Asiya (İndoneziya arxipelaqı istisna olmaqla), Afrika (Madaqaskar istisna olmaqla) və Avstraliyada rast gəlinir. Kələzlər müxtəlif şəraitlərə asanlıqla uyğunlaşa bilirlər. Onlara çöllərdə, səhralarda, meşəliklərdə, su hövzələri sahillərində və dağlarda, bir sözlə, çox soyuq olan bölgələrdən başqa hər yerdə rast gəlmək olar.
Laləvər
Laləvər (lat. Roemeria) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi.
Qələsər
Qələsər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 163 nəfərdir. == Toponimiyası == Kəndin adı ədəbiyyatlarda Güləsər, Qələsər variantlarında da qeydə alınmışıdır. Kəndin yaxınlığında eyni adlı mineral bulaq da var. Tədqiqatçılar bu oykonimi "qalanın başı, yuxan hissəsi” və yaxud "qoyun sürüsünün başlanğıcı” kimi izah edirlər.
Kəlvəz
Kəlvəz — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Kəlvəz kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisi 271 nəfərdir. Lerik rayonun tərkibində olmasına baxmayaraq Kəlvəz kəndinin əhalisi əsasən türk Avşar türklərdir. Tarixən deportasiyaya uğrayan yerli xalq 1953-cü ildən sonra təkrar Muğandan (Biləsuvar) doğma torpağa qayıtmışdır. Bura Cənubi Azərbaycandan və Qarabağdan köçmələr də var. Burada 6 tayfa yaşayır. Burada Kazımxanlı, Nadirli (Nədirli), Yegənli, Şıxməmmədli, Bayramlı və Nəcəfalılı kimi tayfalardan yaşayır. Danışıq ləhcəsi Ərdəbil ləhcəsi ilə eynidir. == Toponimiyası == Kəndin adı XVI əsrə aid "Şeyx Səfi təzkirəsi"ndə Kəlvəz kimi qeydə alınmışdır.
Kələmə
Kələmə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Buşkan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,937 nəfər və 436 ailədən ibarət idi.
Kələntər (Kəleybər)
Kələntər (fars. كلانتر‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 800 nəfər yaşayır (176 ailə).
Kələsur (Kəleybər)
Kələsur (fars. كلاسور‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 108 nəfər yaşayır (22 ailə).
Kəvər
Yaşayış məntəqələri Kəvər (şəhər) — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Kəvər rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilində rayon. Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzi Gavar (Təbriz) Bitkilər Kəvər (bitki) — kəvərkimilər fəsiləsinə aid bitki cinsi. Tikanlı kəvər — kəvərkimilər fəsiləsindən bitki növü. Digər Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa.
Alagöllər (Kəlbəcər)
Alagöllər — Azərbaycanın Kəlbəcər rayonunda göllər qrupu. Bu qrupa 30-a qədər göl daxildir. Dəniz səviyyəsindən 2,700–2,800 metr hündürlükdədir. Ən böyük gölləri Böyük Alagöl, Kiçik Alagöl, Cilligöl və Dikpilləkən gölləridir. Vulkan püskürmələri nəticəsində çayların qabağının kəsilməsindən əmələ gəlmişdir. Şirin suludur. Mal-qaranın suvarılmasında istifadə edilir. Kəlbəcər rayonunun mərkəzi 2 aprel 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edildiyinə görə göllər qrupunun ərazisi erməni işğalı altında idi. 15 dekabr 2020-ci tarixində Azərbaycan tərəfindən azad edilmişdir. 29 iyul 2022-ci ildə Alagöllər hövzəsində qısamüddətli və lokal burulğan-tornado hadisəsi baş verib.
Alaqaya (Kəlbəcər)
Alaqaya - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Kənd Qırxqızdağ silsiləsinin Kəlbəcər rayonunun ərazisinə daxildir. Bu ərazidə kənddən 2–3 km. məsafədə ala rəngli böyük bir qaya var. Həmin qayanın adı ilə kənd belə adlanır. == Etimologiyası == Bu mürəkkəb sözün birinci komponenti olan "ala" hissəsi bir sıra mürəkkəb toponimlərin birinci komponenti kimi "alalıq", "rəngbərənglik", "ala-bulalıq", "ağ rəng, qırmızı və qara rənglərlə qarışıqlıq" mənalarını əks etdirir. İkinci komponent olan "qaya" sözü toponimik termin olub, "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" deməkdir. Uzaqdan ala-bəzək görünən zirvəyə, qayaya, dağa, təpəyə "Alaqaya", "Aladağ" deyirlər.
Alçalı (Kəlbəcər)
Alçalı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kəlbəcər rayonunun ərazisində 3 ədəd Alçalı kəndi var. Alçalı (Qılınclı sovetliyi), Alçalı (Daşbulaq sovetliyi) və Alçalı (Günəşli sovetliyi). Bu kəndlər alça ağacları ilə bol olan ərazilərdə yerləşdiyinə görə belə adlanırlar. == Toponimikası == Kənd dağətəyi ərazidədir.
Alıbəyli (Kəlbəcər)
Alıbəyli, Tirkeşəvənd (1937–2015), Bəylik (?-1937) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabr ayının 25-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb == Tarixi == 29 may 2015-ci ildə Əsrik kənd inzibati ərazi dairəsi tərkibindəki Tirkeşəvənd kəndi Alıbəyli kəndi adlandırılmışdır. Bu kənd 1937-ci ilə kimi Bəylik adlanıbdır. Kənddə çox sayda bəy yaşadığından Bəylik adı verilib. 1937-ci il represiyasından sonra kəndin adı Tirkeşəvənd adlandırılıbdır. Digər bir varianta görə kəndin yaxınlığında Tutxun çayı üzərindən türklər tir atıb körpü düzəltdiklərinə görə Tirkeşəvənd adlanır, yəni türk keçən bənd. Kəndin ərazisi qədim yaşayış məskəni olub. Başqa bir varianta görə bu ərazidə ilk məskunlaşan XVI–XVII əsrlərdə Laçın rayonundan gələn Qotur Məmməd olubdur. O, bu əraziyə gələndə uçulub-dağılmış kənddə divarının üstündə tirkeşəvənd və tiri qalan bir evə rast gəlib.
Alıkənd (Kəlbəcər)
Alıkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Kəlbəcər rayonunun Oktyabrkənd inzibati ərazi vahidində yerləşən kənd. Şahdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Alılıdır. Yerli əhalinin məlumatına görə, kəndi XIX əsrdə kəlbəcərli Alı Kərbəlayi Avaz oğlu özünə məxsus binə yerində salmış və yaşayış məntəqəsi də onun adı ilə adlandırılmışdır (Alılı kənd/Allıkənd/Alı kənd). Oykonim Alı (antr.) və kənd (yaşayış məntəqəsi termini) sözlərindən düzəlib, "Alıya məxsus kənd" deməkdir. 1933-cü ildə Göyçay r-nunun Ramal və Şəkər inzibati ərazi vahidlərində daha iki Alıkənd kəndi qeydə alınmışdır. == Yaylaqlar == Alagöllər yaylağı, Bədirbəy yurdu, Yalyurd, Taxtadüz yurdu, Köhnəyurd, Heydərin yurdu, Qazıxanlı yurdu, Sandıq bulağın yurdu.
Armudlu (Kəlbəcər)
Armudlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Armudlu kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Toponimikası == Oykonim ərazidə armud ağacının zəngin olduğunu göstərir. Ermənistandakı Tuafnin ve Tandzit yaşayış məntəqələrinin adı 1946-cı ilədək, Gürcüstandakı Pantiani kəndinin adı isə 1949-cu ilədək Armudlu olmuşdur. Azərbaycanda Qax və Qubadlı rayonlarında da eyniadlı kəndlər mövcuddur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Tərtərçayın sol sahilində yerləşir. === Yaylaqları === Qırmızıqaya yurdu, Dəlihəsən yurdu, Əyriyurd. === Bulaqları === Çınqıllı bulaq, Boğaz bulağı, Xudumlu bulağı, Abdulla bulağı, Sarı bulaq, Ataxan bulağı, Nəbi bulağı.
Ağbulaq (Kəlbəcər)
Ağbulaq, Alçalı (?-2015) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə işğaldan azad edilib == Tarixi == 29 may 2015-ci ildə Günəşli kənd inzibati ərazi dairəsi tərkibindəki Alçalı kəndi Ağbulaq kəndi adlandırılmışdır. Kəlbəcər rayonunun ərazisində 3 ədəd Alçalı kəndi var. Alçalı (Qılınclı sovetliyi), Alçalı (Daşbulaq sovetliyi) və Alçalı (Günəşli sovetliyi). Bu kəndlər alça ağacları ilə bol olan ərazilərdə yerləşdiyinə görə belə adlanırlar. == Toponimikası == Kənd dağətəyi ərazidədir. == Yaylaqlar == Alagöllər yaylağı, Bədirbəyli yurdu, Qərvənd yurdu, Taxtadüz yurdu, Heydərin yurdu, Uçuğun başı yurd, Dəlikdaş yurdu, Sandıq yurd. == Bulaqlar == Zeynalın bulağı, Sarı bulaq, Daşdan çıxan bulaq, Sandıq bulağı. == Məşhur yerlər == Balaca göl yeri, Günəşqaya, Qırmızıqaya, Kəlölən.
Ağcakənd (Kəlbəcər)
Ağcakənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağcakənd kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Ağcakənd kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. == Etimologiya == Yerli əhalyə görə, kəndin adı kürd mənşəli Ağcanın adını daşıyır. Kəndin qurucularının kürd olmasına baxmayaraq onların adları türk mənşəlidir. Azərbaycanlı tarixçi Tural Həmidə görə, bunun əsas səbəbi Azərbaycan kürdlərinin yerli türklərlə sıx qaynayıb qarışması, hətta öz aralarında belə bu dildə danışmasıdır. Digər bir yerli məlumata görə, Laçın rayonunun Ağcakəndində yaşayan varlı adamlar mal-qoyun saxlamaq üçün bu kəndin yerləşdiyi ərazidən binə yeri kimi istifadə edirmişlər. Bu kəndin bir nəfər varlı sakini Ağca adlanan qızını ərə verir. Həmin qız öz həyat yoldaşı ilə yaşamaq üçün bu binə yerinə gəlir və kəndin bünövrəsini qoyurlar. Mənası "ağ rəng" deməkdir.
Ağdaş (Kəlbəcər)
Ağdaş — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstibulaq kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Ağdaş kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. == Tarixi == Kəlbəcər rayonunun Çaykənd inzibati ərazi vahidində kənd.Dağlıq ərazidədir. Kənd Ağdaş dağının döŞündə salınmışdır. Etnotoponimdir. ƏfŞarların araşlı oymağının bir qolunun ağdaş adlanması və Ağdaş rayonunun XX əsrin əvvəllərinə qədər Ərəş qəzası kimi qeydə alınması bunu bir daha subut edir. Ağdaş toponimi türk xalqlarının onomastikasında geniş yayılmışdır: Aktaş (Özbəkistanda dağ), Akdaş (Türkmənistan), Aktas (Qazaxıstan), Ağdaş (Başqırdıstan, Ermənistan), Aqtaş (Əfqanıstan), Akdaş (İran, Türkiyə) və başqaları. == Yaylaqlar == Alagöllər yaylağı, Söyüdlü yaylağı, Hacı Ələmşaha toy olan yurd, Kürdlərin yurdu, Çınqıl yurd, Çala yurd, Qonur yurdu, Ağqaya yurdu. == Bulaqlar == Dördgözlü bulaq, Soyuq bulaq, Çınqıllı bulaq, Pir bulaq.
Believer
"Believer" — Amerikan rok qrupu olan Imagine Dragons tərəfindən ifa olunmuş mahnıdır. Musiqi ilk dəfə 2017-ci ilin fevralın 1-də nümayiş edilmişdir. Musiqinin klipi 2017-ci il mart ayının 7-si yayımlanmışdır və burada Dolf Lundqren rol alıb. "Believer" nüfuzlu musiqi hit-paradı olan Billboard Hot 100-də top 20 siyahısına daxil olmuş həmçinin Billboard "Hot Rock & Alternative Songs" siyahılarında üst pillələrdə qərarlaşmışdır. Əlavə olaraq "Canada Alternative Rock Chart", "Rock Airplay", "Rock Streaming Songs", "Rock Digital Sale Songs" kimi musiqi siyahılarında üst pillələrdə yer tutmuşdur. Musiqi həmçinin Çexiya, İtaliya, Slovakiya, Avstriya, Portuqaliya və İsveçrədə ilk 10-luğa daxil olmuşdur.
Delaver
Delaver (ing. Delaware) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Dover şəhəridir.
Güləver
Aşağı Güləver — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Yuxarı Güləverdə ilk məktəb 1930-cu ildə yaradılıb. Hazırda Yuxarı Güləverdə bir baza məktəbi, Aşağı Güləverdə bir orta məktəb var. == Coğrafiyası və iqlimi == Güləver kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 17 km qərbdə, dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir. Bulqarların Qıpçaq tirəsi Kollarla, Alban tayfası Kellərlə, Qıpçaq-Qarapapaqlar içindəki Kul tayfası ilə bağlılığını düşünmək mümkündür. Kənd iki yerə bölünür: Yuxarı Güləver (Cipor) və Aşağı Güləver (Gədi-Qeta). == Əhalisi == 1870-ci ildə Yuxarı Güləverdə 7 ailədə 47 nəfər, Aşağı Güləverdə 7 ailədə 47 nəfər, 1918-ci ildə Yuxarı Güləverdə 155 nəfər, Aşağı Güləverdə 218 nəfər, 1926-cı ildə Yuxarı Güləverdə 39 ailədə 231 nəfər, Aşağı Güləverdə 28 ailədə 153 nəfər, 2002-ci ildə Yuxarı Güləverdə 117 ailədə 522 nəfər, Aşağı Güləverdə 173 ailədə 698 nəfər, 2006-cı ildə Yuxarı Güləverdə 117 ailədə 500 nəfər, Aşağı Güləverdə 150 ailədə 781 nəfər.
Keltlər
Keltlər — qədimlərdə Şimali İtaliya, Qalliya, İspaniya, Britaniya , İrlandiya və Fransada (Qərbi Avropa) məskunlaşan çoxsaylı tayfalar. Yunanlar onları "keltlər", romalılar — "qallar", sonralar Kiçik Asiyaya soxulmuş keltləri isə "qalatlar" adlandırmışlar. Kelt tayfaları nəsli icma ilə yaşayırdılar. Romanın Şimali İtaliyanı, Qalliyanı və İspaniyanı tutmasından sonra bu vilayətlərin kelt əhalisi romalı köçkünlərlə qaynayıb-qarışaraq müvafiq olaraq qall-Roma və qall-ispan xalqlarını əmələ gətirmişlər. Romalılar tərəfindən tutulmuş Britaniyada isə Romanın təsiri zəif olmuşdur. == Kelt mifologiyası və folkloru == Kelt mifologiyasına kelt politeizminin, yəni kelt çoxtanrılığının mifologiyası da deyilir. Kelt politeizmi dəmir dövründə yaşayan keltlərin dini idi. Kelt tayfalarında Gallar və İber yarımadasındakı keltlər daha sonra Roma imperatorluğunun tərkibinə keçmiş, lakin öz dinlərini və inanclarını qoruyub saxlaya bilməmişdir. Xristian olmuş və dillərini də itirmişlər. Keltlərin mifologiyası ilə bağlı görüşlər günümüzə roma və xristian mənbələri vasitəsilə çatmışdır.
Kəleybər
Kəleybər (yerli xalqın ləhcəsində Kəleyvər olaraq da adlanır) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanının inzibati mərkəzi. == Tarixi == Ünlü tarixçi Həmdullah Qəzvini “Nüzhət əl-Qulub” adlı əsərində yazır: “Kəleybər və yaxud Kələntər əyalət şəhəri olub, ormanlıqlar və uca dağlar arasında yerləşir. Orada böyük bir istehkam var ki, ayağından götürülür. Məhsulu taxıl, üzüm və meyvəcatdır. Əhalisi qarışıqdır. Burada şafii məzhəbli türklər və talışlar yaşayırlar. Dəftərə görə vergisi 3000 dinardır.” == İstinadlar == == Mənbə == Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı: Ozan, 1998, 192 səh. Ənvər Çingizoğlu.
Telelər
Telelər — qədim türk tayfası. == Tarixi == Tele tayfası erkən orta əsrlərdə (IV-V əsrlərdə) Balxaş gölü ətrafında yaşamışdır. V əsrdə 100 min alaçıqdan ibarət telelər İrtış çayını keçərək Aral və Xəzər dənizləri arasındakı ərazidə öz dövlətlərini yaratmışdılar. 492-ci ildə telelər öz dövlətini yaratdılar.494-496-cı illərdə bu dövlətə eftalilər son qoydular. 552-ci ildə türk xaqanlığı yaradıldıqda tele tayfa birləşməsi həmin dövlətə daxil olmuşdur.556-cı ildə onlar xaqanlığın qərbində, Xəzər dənizi sahillərində məskunlaşmışdılar. VII-VIII əsrlərdə tokuz-oğuz adı ilə adlanmışlar.Türk xaqanlığının dağılması nəticəsində (1704) telelərin bir hissəsi İrtış hövzəsində yaşayan qıpçaqlara qarışmış, digər hissəsi isə VIII əsrdə Xəzərlərin tərkibinə daxil olmuşdur. Qıpçaqların və Xəzərlərin tərkibində Azərbaycana gəlmişdilər. Telelər jujanlarla qonşu yaşayırdılar. Amma əlaqə saxlamırdılar. Onlar Hun imperiyasına qatıldılar.
Şüləver
Şüləver — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == Şüləver - Borçalı qəzasının mərkəzi olmuşdur. 1925-ci ildə adı dəyişdirilərək Şaumyan qoyulmuşdur.