Kəlvəz — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Kəlvəz kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Kəlvəz | |
---|---|
38°37′25″ şm. e. 48°21′40″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Əhalisi 271 nəfərdir.[2] Lerik rayonun tərkibində olmasına baxmayaraq Kəlvəz kəndinin əhalisi əsasən türk Avşar türklərdir. Tarixən deportasiyaya uğrayan yerli xalq 1953-cü ildən sonra təkrar Muğandan (Biləsuvar) doğma torpağa qayıtmışdır. Bura Cənubi Azərbaycandan və Qarabağdan köçmələr də var. Burada 6 tayfa yaşayır. Burada Kazımxanlı, Nadirli (Nədirli), Yegənli, Şıxməmmədli, Bayramlı və Nəcəfalılı kimi tayfalardan yaşayır. Danışıq ləhcəsi Ərdəbil ləhcəsi ilə eynidir.
Kəndin adı XVI əsrə aid "Şeyx Səfi təzkirəsi"ndə Kəlvəz kimi qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə yaşayış məntəqəsini güclü, qüvvətli, azman olan Əvəz adlı şəxs saldığı üçün Kəlvəz adlandırmışlar.[3] Digər xalq etimologiyasına görə isə "külək" (türk sözü) və "vəzi" (fars sözü) sözləri birləşərək "kəlvəz" formasını əmələ gətirmişdir. Ən dəqiq məlumat isə bu kəndin eyvazli tayfasinin adı ilə bağlıdır. Səfəvilər zamanı eyvazlı tayfası hakimiyyətə yaxın olduğundan çoxlu torpaqları öz əllərinə keçirməyə nail olmuşlar. Nadir şah Əfşar zamanında ustazlı eyvazlı və digər tayfalar sıxışdırılıb Urmiyyəyə tərəf getmişlər. Vaxtilə 1952-cü illərdə Azərbaycanda kütləvi deportasiyalar zamanı buranın da əhalisi aran zonasına sürgün edilmişdir.
Kəlvəz kəndi hər tərəfdən dağlarla əhatə olunmuşdur. Demək olar ki, Lerik rayonunun ən yüksək zirvəsinə yaxındır. Buradan baxarkən Cənubi Azərbaycanın ən gözəl zirvələrindən olan Savalan dağı görünür. Belə ki, Savalanın daim qarlı zirvələrinin şaxtalı havası Kəlvəzi ilin əksər vaxtlarında soyuq hava yaşamağa məcbur edir. Ətraf dağlar əsasən vulkanik mənşəlidir. Hətta görünüşünə görə Qala adlandırılan zirvə şaquli kəsiklərdən ibarətdir. İqlimi quraqlıq keçir. Yaz aylarında yağış demək olar ki, yağmır. Baxmayaraq ki, Lerik rayonuna gedən su sistemi mənbəyini Kəlvəz dağlarından götürür, amma Kəlvəz kəndi su cəhətdən "korluq çəkir". Bitki örtüyünə gəldikdə isə burada əsasən çinar, söyüd və başlıca olaraq meyvə ağacları üstünlük təşkil edir. Buraların alması, əriyi, gilası növ müxtəlifliyi ilə seçilir. Dağlar, meşələr canavar, tülkü, çaqqal, həmçinin dovşan, ərəbdovşanı kimi heyvanlarla yanaşı kəklik, qaratoyuq və s. kimi gözəl quşlarla zəngindir. Bu gözəllikləri brokonyerlərdən qorumaq üçün müxtəlif yasaqlıqlar yaradılır. Bu məqsədlə Hirkan Dövlət Təbiət Yasaqlığı yaradılmışdır.[mənbə göstərin]
Kəlvəz kəndinin yaşı yüzü keçmiş qədim tarixə malik məktəbi vardır. Bu məktəb Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Şahbazovun adını daşıyir.
Kəlvəz məktəbi Lerik rayonu ərazisində yaradılmış ilk dünyəvi məktəb hesab olunur. Məktəb 1897-ci ildə rus-tatar (Azərbaycan) məktəbi kimi fəaliyyətə başlamışdır. Məktəbin məhz Kəlvəzdə açılmasının əsas səbəbi burada rus sərhəd qoşunlarının yerləşməsi olmuşdur. Çünki, məktəbdə rus sərhədçi zabitlərin uşaqları da təhsil almışlar. Kəlvəz məktəbi 1956-1975-ci illərdə internat məktəb kimi fəaliyyət göstərmişdir. İnternat məktəb olduğundan ətraf yaşayış məntəqələrinin uşaqları da burada oxumuşlar. Kəlvəz kənd tam orta məktəbi rayonunun nümunəvi məktəblərindən biri sayılır.
Məktəb son iki ildə əsaslı təmir olunmuşdur
Məktəbin məzunları:
Lerik rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |