Vələver nekropolu — Ordubad rayonunun Vələver kəndindən şərqdə, təpənin üzərində arxeologi abidə.
Nekropol q.-ş. istiqamətinə yönəldilmiş müsəlman qəbirlərindən ibarətdir. Qəbirlərin ətrafına dördkünc formada çay daşları düzülmüş bəzi qəbirlərin üzərində isə daş yığınları meydana gəlmişdir. Qəbirlərin bəzisinin üzərində qoç daşlar vardır. Baş daşlarının əksəriyyəti yonulmamış qaya parçalarındandır. Lakin yonulmuş baş daşlarına da rast gəlinir. Onlar dördkünc olub, yuxarıda tağşəkilli formaya malikdir. Baş daşlarının bəzisində ərəb əlifbası ilə kitabə vardır. Nekropol XIV–XVIII əsrlərə aid edilir[1].