Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bərdiya
Qaumata (e. ə. VI əsr, Pasargad, Fars ostanı – e.ə. 522, Pasargad, Fars ostanı) — kahin, üsyan rəhbəri, yalançı şahzadə, hökmdar. == Həyatı və fəaliyyəti == Fars epik əsərlərinin leytmotivi olan İran-Turan qarşıdurmasının qaynağı, fars-türk münaqişələrinin başlanğıcı pers və mada əyanlarının hakimiyyət uğrunda mübarizəsi, İran imperiyası sarayındaki çevrilişlərdə gah pers, gah da mada sülalələrinin qələbəsi ilə bağlı yaranmışdır. Belə saray çevrilişlərindən biri də məşhur Qam Ata (Qaumata) üsyanıdır. Bu tarixi şəxsiyətin İran imperiyasındakı rolunu geniş tədqiq və təsvir edən onlarla iranşünasın heç biri onun etnik mənsubiyətini açmağa cəhd göstərməmişdir. Herodot bu etnik qarşıdurmanı Əhəmənilər sülaləsindən olan İran şahı Kambizin (Kuruşun oğlu) dilindən verir. Qam Ata üsyanını eşidən Kambiz ölümqabağı fars əyanlarını yanına çağırıb deyir: "Şahların öcünü sürdürən Tanrıların adını anaraq, sizlərə borcunuzun nə olduğunu söyləyirəm; bunu hamınıza, xüsusilə aranızda olan əhəmənilərə deyirəm. Taxtın madalılara keçməsinə yol verməyin, əgər hiylə ilə ələ keçirsələr, siz də hiyləyə baş vurun, əgər zorla alsalar, siz də zorla ordularınızla onların əlindən alın.
Kordiya
Kordiya (lat. Cordia) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi.
Bərdiyan (Urmiya)
Bərdiyan (fars. برديان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 318 nəfər yaşayır (46 ailə).
Gərdiyan (Salmas)
Gərdiyan (fars. گرديان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 158 nəfər yaşayır (26 ailə).
Sədiyar Rəhimov
Rəhimov Sədiyar Soltan oğlu — == Həyatı == Sədiyar Rəhimov 25 mart 1958-ci ildə İsmayıllı rayonu, Qalacıq kəndində anadan olmuşdur. 1971-ci ildə Qalacıq kənd orta məktəbinin 8-ci sinifini qurtarıb, Bakı şəhərində 1saylı fizika-riyaziyyat təmayüllü orta məktəbinə daxil olmuşdur. 1974-cü ildə həmin məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 1977-1979-cu illərdə ordu sıralarında xidmət etmişdir. 1975-ci ildən AMEA-nın Fizika İnstitutunda işləyir. 1982-ci ildə BDU-nin Fizika fakultəsini bitirmiş, 1985-ci ildə Fizika İnstitutunun qiyabi aspiranturasına daxil olmuş və 1988-ci ildə oranı bitirmişdir. 1990-cı ildə “Ag-Sb-Te sistemində kinetik hadisələr” mövzusunda namizədlik dissertasiyasını, 2010-cu ildə isə “Yuxarıtemperaturlu ifratkeçirici Y-Ba-Cu-O, Bi-Sr-Ca-Cu-O sistemlərində elektrik yüklərinin və istiliyin daşınması hadisələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993-2003-cü illərdə böyük elmi işçi, 2003-cü ildən isə aparıcı elmi işçi, 2016-cı ildən laboratoriya rəhbəri və Fizika İnstitutunun İnnovasiya sektorunun rəhbəri vəzifəsində çalışır. == Əsas elmi nəticələri == Ag-Sb-Te sistemində kinetik hadisələr tədqiq edilmiş və alınan nəticələr ilk dəfə olaraq ikifazalı mühüt nəzəriyyəsi əsasında izah edilmişdir. 5000C temperaturunda kəskin soyudulmuş AgSbTe2 və Ag19Sb29Te52 tərkiblərinin yüksək həssas termoelektrik materialı kimı istifadə edilməsi tövsiyə edilmişdir.
Kardiya (Qədim Yunanıstan koloniyası)
Kardiya (q.yun. Καρδία, lat. Cardia) — eramızdan əvvəl III əsrdə Lisimax tərəfindən dağıdılan qədim şəhər. O, Saros körfəzindəki Frakiya Xersonesosu yarımadasının şimal-qərb sahilində miletiyalılar və klazomenlər tərəfindən qurulmuşdur. Tarixçi İyeronim Kardiyalı və diadoxlardan biri Evmen Kardiyalı bu şəhərdən idilər. == Coğrafiyası == Bu qədim yunan koloniyasının yaranmasının təxmini tarixi barədə məlumat yoxdur, çünki bu məsələyə aid məlumat verən yazılı mənbələr yoxdur. Qədim yunan coğrafiyaçıların əsərlərində bu bölgə təsvir olunarkən həmişə Kardiya xatırlanır, belə ki Skilak "Məskun dənizin Peripli" əsərində bu koloniyanın adını çəkir. Strabon isə Kardiyanı Frakiya Xersonesosu yarımadasının ən böyük şəhəri adlandırır. == Tarixi == Başlanğıcda Kardiya ərazisi miletiyalılar və klazomenlər tərəfindən müstəmləkələşdirildi. Bununla birlikdə, Miltiadın dövründə məskunlaşma daha aktiv oldu, çünki o, Afinadan bu bölgəyə mühacirləri cəlb etməyi bacardı.
Herniyar
Herniyar (lat. Herniaria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Yer kürəsi ərazisində fəsilənin 80-dən çox cinsi və 20000-ə qədər növü yayılmışdır. Dünya florasının tərkibində Herniyar cinsinin 45-ə qədər növü yayılmışdır. Azərbaycanda 4 növünə təsadüf edilir. Əsasən 2 növündən təbabətdə və kosmetikada istifadə edilir. Hamar herniyar – Herniaria glabra L. və tüklü herniyar – H. hirsuta L. Hamar herniyar - H.glabra L. 5-15 (20) sm uzunluğunda, gövdəsi çoxlu sayda yerə sərilmiş budaqlardan ibarət və saçaqlı oduncaqlı kökə malik olan sarımtıl-yaşıl rəngli çoxillik ot bitkisidir. == Təbii yayılması == Bitkini vegetasiya dövrü ərzində toplayırlar. Toxumu vasitəsilə çoxaldırlar. == Azərbaycanda yayılması == Hamar herniyar Azərbaycanın daşlı-çınqıllı yerlərində, çay kənarlarında, Kür ovalığında, Lənkəranın və Naxçıvan MR-in dağlıq sahələrində yayılmışdır.
Tüklü herniyar
Tüklü herniyar (lat. Herniaria hirsuta) — herniyar cinsinə aid bitki növü.
Çılpaq herniyar
Çılpaq herniyar (lat. Herniaria glabra) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin herniyar cinsinə aid bitki növü.
Keriya rayonu
Keriya rayonu (Uyğurca: كېرىيە ناھىيىسى, Kériye Nahiyisi, Keriyə Nah̡iyisi, Çincə: 于田县/於田縣; Pinyin: Yútián Xiàn) — Çin Xalq Respublikası ərazisində yerləşən, Sintszyan-Uyğur Muxtar Rayonunun cənubunda yerləşən, Hotan regionuna aid rayondur. == Yerləşməsi == Qərbində Zira rayonu, şimalında Sayar rayonu, şərqində Niya rayonu və cənubunda Tibet Muxtar Vilayəti yerləşmişdir. Bu bölgədən axan Keriya çayı və Keriya qəsəbəsi rayonda yerləşmişdir. Qərbi Han sülaləsi dövründə xaraba qalan şəhərlər oaln Yuanşa və ya Şumbulak Qum (Çincə: 圆沙古城, Yuansha gucheng) burada yerləşir. Keriya qəsəbəsinin 170 kilometr şimalındakı Tonqquzbastidə (T'ung-ku-tzu-pa-ßu-t'e) digər uyğurlardan çox fərqli dinə mənsub olan təxminən yüzə yaxın Uyğur ailəsi yaşayır. == Qəsəbə və kəndlər == Keriya ərazisi iki qəsəbə (镇 zhen), on üç çöl diyarı (乡 xiāng) və üç xüsusi çöl diyarı (虚拟 乡) kimi məskunlaşma vahidlərindən təşkil olunmuşdur. Mahalın əsas mərkəzi Keriya bir vahə sahəsidir. == Tarixi == Han sülaləsi dövründə Keriya ərazisində yaradılmış krallığa Jumi (拘 彌) adı verilmişdir. Juminin (Keriya ərazisi) Ninqmi (寧 彌) əsas mərkəzi hesab olunurdu. Bu krallıq Liuzonqdan (Lukçun) 4900 li (2037 km), Aide (qərb bölgəsindən) yaşayış məntəqəsindən və Luoyanqdan (洛陽 市) 12800 li (5325 km) uzaqlıqda yerləşmişdir.
Spiridon Kediya
Spiridon Malxazoviç Kediya (gürc. სპირიდონ კედია;20 sentyabr 1884 – 1948, Paris) — Gürcü siyasətçisi, Gürcüstan Milli Demokrat Partiyasının yaradıcılarından biri. == Həyatı == Spiridon Kediya 1905-ci ildən etibarən siyasi həyatda fəal iştirak etməyə başlamışdır. Hökumət əleyhinə etirazlarda iştirak etdiyi üçün gimnaziyadan qovulmuşdur. Müstəqillik şüarlarını elan edən, lakin tez tərk edən Gürcüstan federalistlərinin partiyasına qoşuldu. Kediya 1906-cı ildə həbsdən yayınaraq Fransaya getdi. Spiridon Kediya orta məktəbi Parisdə bitirib. Spiridon Kediya 1907-ci ildə Paris Universitetində təhsil almağa başladı, ancaq xəstəlik üzündən təhsilini yarımçıq qoymaq məcburiyyətində qaldı. Daha sonra Monpelye Universitetinə daxil olaraq oradan məzun oldu. Təhsil aldığı müddətdə Gürcüstan Tələbələri Dərnəyinin üzvü idi.