Spiridon Kediya

Spiridon Malxazoviç Kediya (gürc. სპირიდონ კედია;20 sentyabr 18841948[1], Paris) — Gürcü siyasətçisi, Gürcüstan Milli Demokrat Partiyasının yaradıcılarından biri.

Spiridon Kediya
gürc. სპირიდონ კედია
Şəxsi məlumatlar
Doğum tarixi 20 sentyabr 1884(1884-09-20)
Vəfat tarixi 1948[1]
Vəfat yeri
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Spiridon Kediya 1905-ci ildən etibarən siyasi həyatda fəal iştirak etməyə başlamışdır. Hökumət əleyhinə etirazlarda iştirak etdiyi üçün gimnaziyadan qovulmuşdur.

Müstəqillik şüarlarını elan edən, lakin tez tərk edən Gürcüstan federalistlərinin partiyasına qoşuldu. Kediya 1906-cı ildə həbsdən yayınaraq Fransaya getdi. Spiridon Kediya orta məktəbi Parisdə bitirib.

Spiridon Kediya 1907-ci ildə Paris Universitetində təhsil almağa başladı, ancaq xəstəlik üzündən təhsilini yarımçıq qoymaq məcburiyyətində qaldı. Daha sonra Monpelye Universitetinə daxil olaraq oradan məzun oldu. Təhsil aldığı müddətdə Gürcüstan Tələbələri Dərnəyinin üzvü idi.

Kediya Birinci Dünya müharibəsi başlayandan sonra Rusiyaya qayıtdı. Lakin onun dönüşü uğursuz oldu. Belə ki, o dərhal həbs olundu və Kronşdat qəlasına salındı. Yalnız Kediya 1914-cü ilin sonunda sərbəst buraxıldı və o, Tiflisə gəldi.

1917-ci ildə Gürcüstan Milli Demokrat Partiyasının qurucularından biri və onun sədri oldu. Bundan əlavə, Spiridon Kediya Gürcüstan Milli Şurasına üzv də daxil oldu.

Müstəqil Gürcüstanda[redaktə | mənbəni redaktə et]

1918-ci ilin əvvəlində Osmanlı imperiyası ilə, sonra müstəqil Gürcüstan dövlətinin müttəfiqi olan Almaniya imperiyası ilə sülh danışıqlarında iştirak etdi. 26 may 1918-ci ildə Gürcüstan Demokratik Respublikası tərəfindən müstəqillik elan edildikdən sonra parlamentə üzv seçildi.

1921-ci ilin əvvəlində Qızıl Ordunun Gürcüstanı işğal etdikdə, menşevik hökuməti mühacirətə getsə də o, ölkədə qaldı. Spiridon Kediya sovet hakimiyyətinə müqavimət göstərmək yolunu seçdi. O, Gürcüstan Milli Demokrat Partiyasının gizli Mərkəzi Komitəsinin üzvü idi. Lakin qısa müddətdən sonra o, həbs olundu. Amma tezliklə sərbəst buraxıldı.

1923-cü ildə Gürcüstandan getmək məcburiyyətində qaldı. Türkiyədə qısa müddət qaldıqdan sonra Fransaya köçdü. Burda Kediya gürcü müxalifət mühacirətinin liderlərindən biri oldu. Spiridon Kediya mühacirətdə çoxsaylı məqalələrin müəllifi kimi yadda qalmışdır.

İkinci Dünya müharibəsi zamanı, əvvəlcə Üçüncü Reyxin tərəfdarı idi. Kediya onların köməyi ilə Gürcüstanın müstəqilliyini bərpa etməyə ümid edirdi. 1942-ci ilin yazında Berlində "Adlon" otelində konfransda iştirak etmişdi.[2] Lakin bu konfransdan sonra Almaniyanın dəstəyinə ümidini itirdi. Müharibənin sonuna qədər heç bir siyasi fəaliyyət göstərmədi.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Tiflisdə bir küçə Spiridon Kediyanın adını daşıyır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Spiridon Kedia // Faceted Application of Subject Terminology.
  2. "КАВКАЗСКАЯ КОНФЕДЕРАЦИЯ — РАЗБИТЫЕ МЕЧТЫ". 2016-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.