Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qavram
Anlayış — predmet və hadisələrin ümumi, mühüm əlamətlərini əks etdirən fikirdir, təfəkkür formasıdır. O, real gerçəkliyin dərkində əsas rol oynayır. Obyektiv gerçəkliyin özündə anlayış yoxdur, bunlar insan şüurunda meydana gəlir və gerçəklikliyin predmetlərini, hadisə, proseslərini əvəz edir, insan təbii ünsiyyət dilinin və formallaşmış dillərin köməkliyi ilə əldə olunmuş bilikləri sistemləşdirir, nəsildən-nəslə keçirir, inkişaf etdirir. Məntiq tarixində anlayışlara münasibətdə iki cür ifratçılığa yol verilmişdir. Bir çox məntiqçilər anlayışları gerçəklikdən təcrid edərək ona qarşı qoyurdular, gerçəkliklə anlayışların üzvi əlaqəsini izah edə bilmirdilər. Digər qrup alimlər isə anlayışlarla gerçəkliyi eyniləşdirirdilər, anlayışlarların dərin keyfiyyət fərqini, onun spesifikliyini anlamırdılar. == Anlayışların meydana gəlməsi == Bu proses insan təfəkkürünün təşəkkül tapmasının və inkişafının obyektiv qanunauyğunluğudur. Təfəkkürümüzdə anlayışların meydana gəlməsi və mövcudluğunun obyektiv əsasını bizi əhatə edən gerçəkliyin predmetli xarakter kəsb etməsidir, başqa cür desək, gerçəklikdə keyfiyyət müəyyənliyinə malik olan ayrı-ayrı predmet və hadisələrin olmasıdır. Məsələn, bitki, canlı, Yer, Günəş, planetlər, kosmik səma, çaylar, dağlar və i. a.
Avram Herşko
Avram Herşko və ya Ferens Herşko (ivr. ‏אברהם הרשקו‏‎, 31 dekabr 1937, Karçaq[d], Yas-Nadkun-Solnok[d]) — yəhudi əsilli macar həkim və biokimyaçı. == Həyatı == Avram Herşko 1937-ci ilin dekabr ayının 31-də Macarıstanın Karçaq şəhərində anadan olmuşdur. 1950-ci ildə ailəsi ilə birgə İsrailə köçmüş və günümüzdə də burada yaşamaqdadır. Avram Herşko 1965-ci ildə Qüds Universitetində tibb təhsili aldıqdan sonra 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə etdi. Hal-hazırda Hayfada İsrail Texnologiya İnstutunun tibb fakültəsinin professorudur. 2004-cü ildə "uvikvitin protein deqredasiya"sının kəşfinə görə Aaron Çexanover və İrvin Rozla birlikdə Nobel Kimya Mükafatına layiq görülmüşdür.
Bayram
Bayram — milli, dini və xüsusi olaraq əhəmiyyəti olan,qeyd olunan gün və ya günlərdir. == Türk xalq mədəniyyətində bayramlar == Türk və altay xalq inancında bayram xüsusiyyəti daşıyan fərqli müqəddəs günlər tapılar. Türklərdə İslam əvvəli ümumi qəbul görmüş iki bayram vardır. Qoçaqan: Bahar gün dönümü. (Qoça və Saya) Paqtıqan: Payız gün dönümü. (Paqta və Payna) Bundan başqa Şumer ənənəsindən yaxın şərq və orta asiyaya yayılan və bu sıralamaya uyğun düşən Narduqan bayramı tapılar. Qoçagan (Kosa) baharda edilir və Novruz bayramıdır, bahar gün dönümündedir. Qoça xan adına edilir. Paqtıqan (Paqta) isə payız gün dönümündedir və Baxtı Xan adına edilir. Yakutlar payız bayramına "Abası Isıyah", bahar bayramı ilə isə "Ayıhı Isıyah" deyərlər.
Kamran
Kamran — Azərbaycanlı kişi adı.
Kapral
Kapral (alm. kарrаl‎, <fr. сароrаl < it. caporale - "komandir") — komanda rəisi; bəzi ölkələrin silahlı qüvvələrində kiçik zabit heyətində hərbi rütbə və ən aşağı unter-ofiser (serjant) rütbəsi.
Karrar
Karrar (Kürdəmir) — Kürdəmir rayonunun inzibati ərazi vahidində qəsəbə. Karrar (tank) — İran tankı.
Karvan
Karvan — tarixən quru nəqliyatı həyata keçirdən donanma. Nəqliyyat at, qatır, eşşək və daha çox dəvələrlə edilərdi. Karvanlarda olan dəvələrin daşıdıqları yüklərə görə ağır və ya yüngül karvan adları verilərdi. Ağır karvandakı dəvələr 300–350, yüngül karvanda isə 170 kq yük daşıyardılar. İndiki vaxtda bir çox motorlu quru, dəniz və ya hava vasitəsindən meydana gələn nəqliyyat qruplarına donanma və.s kimi adlar verilir == Tarixi == Ağır karvanlardan ən böyükləri ildə bir dəfə Şam və Misirdən Hicaza gedən həcc karvanlarıydı. Ayrı-ayrı gedən bu karvanlardan Şamdan hərəkət edənlər mal və əşya xaricində 60–70.000, Misirdən gedənlər isə 40–50.000 adamı tapardı. Karvanların gedişləri qış və yaza görə dəyişik olardı.Qışda gündüz gedərlər gecə istirahət edərdilər. Yayda istinin təsirindən günəş doğulduqdan iki saat sonra gedişi kəsər istirahətə çəkilirlər, gecə gedərdilər. Şamdan çıxan karvan normal olaraq altmış bir gündə Məkkəyə çatır, həcc mövsümü keçincə mal alaraq sərnişinlərlə birlikdə qayıdardılar. Gediş və dönüş zamanı karvanlar təmiz, düzənlik yerlərdə, su kənarlarında, karvansaraylar olduğu mövqelərdə dayanardılar.
Katral
Katral (isp. Catral) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 20,01 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 8926 nəfərə çatmışdır.
Kavdar
Kavdar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kavdar oyk, sadə. Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Tədqiqatçıların ehtimalına görə, kəndin adı qədim türkdilli qovlar tayfasının adını əks etdirir. Peçeneq tayfalarından biri olan qovların adına Tovuz, Sabirabad, İsmayıllı, Samux və b. r-nların toponimiyasında da rast gəlmək mümkündür. Kavdar qovlar etnoniminin yerli tələffüz formasıdır.
Kavkas
Kavkas (ing. Caucas) — Qafqaz salnamələrinə görə Qafqaz və ya Kavkasos (gürcü: კავკასოსი Kavḳasosi) adlanır. Bunların Çeçenlərin və İnquşların atası olduğu iddia edildi. Onun hekayəsi XI əsrdə Leonti Mroveli tərəfindən şifahi ənənədən götürülmüş orta əsr gürcü salnamələri "Kartlis tsxovreba" toplusunda izah edilmişdir. Əfsanəyə görə, o, Tarqamosun oğlu idi və buna görə də Xaosun qardaşı Movakos, Lekos (Lezgin xalqlarının əcdadı adlanır), Geros, Kartlos (gürcü xalqının əcdadı kimi tanınır) və Egros onların mənbəyini aldı. Qafqazın oğlu Durdzuk Çeçenlərin və İnquşların atası sayılır. == Şəcərəsi == == Nəvələri == Nax xalqları|Nax (Vaynaxlar) XI əsrin gürcü salnaməçisi Leonti Mroveli fikrinə görə, "Qafqaz" sözü Qafqazdakı Nax xalqlarının əcdadının adından gəlir.
Lavrak
Lavrak (lat. Dicentrarchus labrax) — xanıkimilər dəstəsindən balıq növü.
Sayram
Sayram (qaz. Сайрам) — Qazaxıstanda tarixi kənd. == Ümumi məlumat == Çimkəndin 10 km şəeqində, Sayramsu çayının sahilində yerləşir. Əhalisi 40 mindən çoxdur. Əhalinin 95 faizini özbəklər təşkil edirlər.. Eləcə də qazaxlar və başqa millətin nümayəndələri yaşayırlar. == Tarixi == == Sayram və Əhməd Yəsəvi == Əhməd Yəsəvi Qərbi Türküstanın Çimkənd şəhəri yaxınlığındakı Sayram qəsəbəsində dünyaya gəlmişdir. Orta Asiya türkləri arasında İslamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan Əhməd Yəsəvinin doğum tarixi dəqiq bilinmir. Əhməd bin İbrahim bin İlyas Yəsəvi — Pir Sultan, Xoca Əhməd, Kul Xacə Əhməd kimi də tanınmışdır. O, ilk təlim və tərbiyəsini Yəsi şəhərində almış və bu şəhərin adını özünə təxəllüs götürmüşdür.
Aşram
Aşrama (sanskr. आश्रम, āśrama ) - intensiv ruhani səylər, yaxud bu səylərin həyata keçirildiyi məkan; əsasən, hinduizmdə və buddizmdə sərgərdan kahinlərin dayanacaq, yaxud sığınacaq yeri. Aşrama müxtəlif izahlar verilmişdir: Hinduizmdə iki dəfə doğulanların, yəni üç ali varna üzvlərinin (brahmanların, kşatrilərin və vayşilərin) həyat mərhələləri. İdeal hal da iki dəfə doğulanın həyat yolu dörd mərhələyə bölünməlidir: brahmaçarin, qrihastha, vanaprastha, sannyasin. Hər mərhələnin öz drahması (diniborc) var idi. Bir mərhələdən digərinə keçid müəyyən mərasimlərlə müşayiət olunur, bəzən mərhələlərin ardıcıllığı pozulurdu: məs., brahmaçarin (yaxud qrihastha) mərhələsindən birbaşa sannya sin vəziyyətinə keçidə icazə verilirdi. Dörd aşrama konsepsiyası, insan həyatının ali kamillik dərəcəsi kimi, asket idealını ortodoksal brahman dünyagörüşü ilə bağlamaq, onu ayin vəzifələrinin sərt iyerarxiyası (varna – aşrama – drahma) ilə barışdırmaq cəhdi idi. Müəllimin rəhbərliyi ilə mənəvi-ruhani kamilliyə can atanların sığınacağı – məşhur ruhani xadimlərin öz davamçılarına mənəvi-ruhani inkişaf üçün əlverişli şərait yaratmaq məqsədilə qurduqları dini icma. Aşrama açıq olur; arzu edən hər kəs orada yaşaya bilər. Aşramlar Budda zamanından məlum olsa da (qədim mətnlərdə brahman Bavarinin Cənubi Hindistanda yaratdığı aşramanın adı çəkilir), 20 əsrdə daha geniş yayılmışdı.
Haram
Haram (ərəb. حرام‎) — yerinə yetirildikdə günah yazılan, ondan çəkindikdə isə axirət savabı yazılan əməl, yaxud böyük günah. Hər dində haramın nə olduğu haqqında fərqli görüşlər var. Bəzən eyni bir dinin məzhəbləri arasında belə bir şeyin haram olub-olmaması mübahisə doğura bilir. Bununla belə, əksər dinlərdə yalan, cinayət, əxlaqsızlıq, paxıllıq, oğruluq, sehr kimi şeylər günah sayılır. Bəzi əməllər isə bir dində savab sayıldığı halda digərində haramdır. Məsələn, bütü sındırmaq islamda böyük savab olduğu halda bütpərəslikdə haramdır. == İslamda haram == Allahın qəti şəkildə, açıq dəlillərlə bildirdiyi və qəti qadağan etdiyi əməllərdir. Qumar oynamaq, yalan danışmaq, içki içmək, qeybət etmək, başqalarının haqqını tapdalamaq, dedi-qodu etmək kimi, Qadağan olunmuş əməlləri işləmək günahdır, bu günahı tərk etmək (işləməmək) isə savabdır, Haram buyurulmuş bir işi inkar edib halal hesab edən insan dindən çıxmış olur. == Xristianlıqda haram == Yəhudilikdən fərqli olaraq Xristianlıqda haram anlayışına o qədər də önəm verilməmişdir.
Karan
Karan (Sayınqala)
Karat
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
Karma
Karma, kamma (sanskr. कर्म — «hərəkət, fəaliyyət», sanskr. कर्मन् karmanIAST — «iş, əmək», karIAST — «etmək») — hinduizmin əsas mərkəzi anlayışlarından biri. == Karma qanunu == Karma (sanskr. कर्म, sanskr. कर्मन् karman - "etmək, eyləmək, bir hərəkətdə olmaq") - Hinduizm, Buddizm, Çaynizm, Siqhizmdə istifadə edilən bir termindir. Karma sözcüyü fərqli sözlərlə birlikdə istifadə edilərək, Karma qanunu, karmik plan, karmik kompensasiya kimi fərqli mənalara gələn terminlərin yaradılmasında istifadə edilmişdir. (Lakin karma fəlsəfəsi deyə bir termin yoxdur; karma, buddist fəlsəfəsindəki və hindu fəlsəfəsindəki bir anlayış və bir qanundur.) == Mənaları == Terminin dörd fərqli mənanı verməsi mənasının qərblilər tərəfindən yaxşı qavrana bilməməsinə və bəzən tək mənasıyla istifadə edilməsinə səbəb olmuşdur. Termini Şərqdə bu dörd mənada istifadə edirlər: Bədən hərəkətləri (söz, davranış) və ya zehni hərəkətlər (niyyət, düşüncə, imic meydana gətirmə). Bunlar "səbəb"dir.
Karum
Karum (ticarət qəsəbəsi, tacir koloniyası) — Yaxın Şərq tarixinin qədim dövrünə aid termin. Mövcud ticarət yollarından mənfəət əldə etmək və mal mübadiləsində iştirak etmək üçün xarici şəhərdə qəsəbə və ya ticarət rayonu. Karumda yaşayan tacirlər çox vaxt yerli özünüidarəetmə və xüsusi imtiyazlardan istifadə edirdilər. Ən tanınmış karum II minilliyin əvvəllərində Anadoluda assuriyalılar tərəfindən qurulmuş Kaneş karumudur.
Amilkar Kabral
Amilkar Kabral (12 sentyabr 1924[…], Bafata, Portuqaliya Qvineyası[d] – 20 yanvar 1973[…], Konakri) — Qvineya-Bisau xalqının milli qəhrəmanı, PAİQK partiyasının baş katibi. 1973-cü ildə müstəmləkəçilər tərəfindən öldürülmüşdür. Qvineya-Bisau Dövlət Şurasının sədri olmuş Luis Kabralın böyük qardaşıdır. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 16-17.
Avraam Linkoln
Avraam Linkoln (ing. Abraham Lincoln; 12 fevral 1809[…] – 15 aprel 1865[…]) — Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti (1861–1865). ABŞ-nin iki hissəyə parçalanması və vətəndaş müharibəsi dövründə ölkəyə rəhbərlik etmiş, ABŞ-də quldarlığın ləğvini təmin etmişdir. == Siyasi karyerası == 1832-ci ildə(23 yaşında) ABŞ Konqresinə seçkilərdə namizədliyini irəli sürmüş, lakin yetərli səs toplaya bilməmişdi. 1834-cü ildə(24 yaşında) bir daha namizədliyini irəli sürmüş və İllinoys ştatından Konqresin Nümayəndələr Palatasına üzv seçilmişdi. 1855 (46 yaşında) və 1858-ci (49 yaşında) illərdə Senata üzv olmaq üçün çalışsa da, hər 2 kampaniya uğursuzluqla nəticələnmişdir. Onun 1861-ci (52 yaşında) ildə hakimiyyətə gəlməsi ilə eyni vaxtda quldarlığın tərəfdarı olan cənub ştatları Amerika Konfederativ Ştatları adı altında birləşərək ABŞ-nin tərkibindən çıxdıqlarını elan etmişlər. 4 il davam edən müharibə sonda ABŞ-nin qələbəsi ilə nəticələnmişdir. Bu qələbədən 6 gün sonra 15 aprel 1865-ci (56 yasinda) ildə Avraam Linkoln teatrda "Bizim Amerikalı əmioğlumuz" (Our American Cousin) tamaşasına baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilmişdir. Bununla o, qətlə yetirilmiş ilk ABŞ prezidenti olmuşdur.
Avraam Orteli
Avraam Orteli (lat. Abraham Ortelius, nid. Abraham Ortels; 14 aprel 1527, Antverpen, Brabant hersoqluğu[d] – 28 iyun 1598[…] və ya 29 iyun 1598, Antverpen, Brabant hersoqluğu[d]) — şərti olaraq ilk müasir atlasın – Theatrum Orbis Terrarumun yaradıcısı kimi tanınan flandriyalı kartoqraf və coğrafiya mütəxəssisi. O, eyni zamanda qitələrin bir zamanlar vahid halda olduğunu iddia etmiş, bunun nəticəsi olaraq ilk dəfə "Qitə sürüşməsi" teoriyasını irəli sürmüşdü. == Həyatı == Ailəsi Auqsburqdan olan Abraam Orteli 14 aprel 1527-ci ildə Hollandiyanın Antverpen şəhərində anadan olub. 1547-ci ildə iyirmi yaşında Müqəddəs Lukanın Gildiyasına qoşuldu və xəritə illüstratoru kimi çalışdı. Dəyərli xəritələr satın alaraq, rəngləndirərək, kətanlara yapışdırıb sataraq, gəlirlərini artırdı və erkən səyahətlərini maliyyələşdirdi. 1554-cü ildə karyerasında böyük təsiri olan Gerard Merkator ilə tanış olur və 1564-cü ildən coğrafi xəritələrin nəşri ilə məşğul olmuşdur. 1575-ci ildə isə Abraam Orteli İspaniya kralı II Filippinin yanında coğrafiyaşünas təyin edildi. == Nailiyyətləri == Avraam Orteli coğrafiyanı tarixin gözü adlandırmışdır.
Bahram Beyzai
Bahram Beyzai (fars. بهرام بیضایی‎; 26 dekabr 1938, Tehran) — İran rejissoru və ssenaristi.
Bayram (ad)
Bayram — Azərbaycan və Türkiyədə çox işlədilən ad və təxəllüs. Bayram — milli, dini və ya xüsusi olaraq əhəmiyyəti olan və qeyd olunan gün və ya günlər. == Bu adı olan tanınmış insanlar == Bayram Bayramov — Azərbaycan xalq yazıçısı (1984), Azərbaycan Dövlət Mükafatı laureatı (1990) Bayram Apoyev — pedaqoji elmlər namizədi, dekan (2007-ci ildən), dosent. Bayram Salmanov — azərbaycan əsilli Rusiya rəssamı Bayram bəy Əliyev — Bayram xan Baharlı — Bayram Niyazi Kiçikxanlı — Bayram Hacıyev — Bayram Hüseynli — Bayram xoca — Bayram Allahverdiyev — Bayram Rüstəmov — Bayram Yusifov — == Bu təxəllüsü olan tanınmış insanlar == Tofiq Bayram — Azərbaycan şairi.
Bayram (dəqiqləşdirmə)
Bayram — milli, dini və ya xüsusi olaraq əhəmiyyəti olan və qeyd olunan gün və ya günlər. Bayram (Üskü) — İranda kənd. Bayram (şəhər) — İranın Fars ostanının Laristan şəhristanının Bayram bəxşində şəhər və bu bəxşin mərkəzi. Bayram namazı — Fitr bayramı və Qurban bayramı namazları. Bayram (dərgi) — İranda dərgi.
Bayram (dərgi)
Bayram (fars. بايرام‎) — 2007-ci ilin mart ayından İranın Zəncan şəhərində Azərbaycan və fars dillərində yayınlanan müstəqil ədəbi-kulturoloji dərgi. == Ümumi məlumat == “Bayram” dərgisinin ilk sayı 2007-ci ilin mart ayında İranın (Güney Azərbaycan) Zəncan şəhərində nəşr olunub. Dərgi ölkənin şimal-qərbində yayılan ədəbi-kulturoloji təmayüllü mətbuat orqanıdır. Türkcə və farsca yayınlanan dərgi, İran mətbuatı sahəsində milli mahiyyət daşımaqla Zəncanda öz fəaliyyətini davam etdirir. Jurnal iki dillidir,A4 formatında yayınlanır. Bütün yazılar həm Azərbaycan, yaxud İstanbul türkcəsi, həm də farsca dərc olunur. Dərginin nəşr dövriyyəsi aylıq, ümumi həcmi 40 səhifədir. İndiyədək dərginin 80-dən artıq sayı işıq üzü görüb. Ancaq aylıq nəşrlərlə yanaşı, dərginin müxtəlif mövzulara aid ondan artıq özəl sayı da yayınlanıb.