Sayram (qaz. Сайрам) — Qazaxıstanda tarixi kənd.
Sayram | |
---|---|
42°18′07″ şm. e. 69°46′13″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 629 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 600 ± 1 m |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 160812 |
Vikianbarda əlaqəli mediafayllar |
Çimkəndin 10 km şəeqində, Sayramsu çayının sahilində yerləşir.
Əhalisi 40 mindən çoxdur. Əhalinin 95 faizini özbəklər təşkil edirlər.[1]. Eləcə də qazaxlar və başqa millətin nümayəndələri yaşayırlar.
Əhməd Yəsəvi Qərbi Türküstanın Çimkənd şəhəri yaxınlığındakı Sayram qəsəbəsində dünyaya gəlmişdir.
Orta Asiya türkləri arasında İslamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan Əhməd Yəsəvinin doğum tarixi dəqiq bilinmir.
Əhməd bin İbrahim bin İlyas Yəsəvi — Pir Sultan, Xoca Əhməd, Kul Xacə Əhməd kimi də tanınmışdır. O, ilk təlim və tərbiyəsini Yəsi şəhərində almış və bu şəhərin adını özünə təxəllüs götürmüşdür.
Kiçik yaşlarında anasını itirən Əhməd ilk dərslərini Sayramın ən məşhur vəlilərindən olan atası Şeyx İbrahimdən almışdır. Amma o 7 yaşında ikən atası da vəfat etmişdir. Atası öləndən sonra əvvələcə Yəsidə Arslan Babadan dərs alan Əhməd, qısa zaman içində təhsildə böyük uğurlar qazanmışdır. Arslan Baba dünyasını dəyişəndən sonra o, Buxaraya yollanmış və burada böyük övliya Yusif Həmədaninin şagirdi olmuşdur. Həmədanidən icazət və xilafət alan Əhməd Yəsəvi müəlliminin vəfatından sonra bir müddət Buxarada qalıb burada şagird yetişdirmişdir.
Əhməd Yəsəvinin əsas əsəri sayılan "Divani-hikmət" əslində müəllifdən əsrlərcə sonra Yəsəvi dərvişləri tərəfindən tərtib edilmişdir. Bu səbəbdən ərin mətninin dili XI əsrin deyil, daha sonrakı yüzilliklərin dil xüsusiyyətlərinə malikdir. "Divani-hikmət" qafiyə sistemi və vəzn baxımından qoşmalara bənzəyən dördlüklərdən və əruz vəznində yazılmış qəzəllərdən ibarətdir.