Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gənc qadının kişisi
== Məzmun == Filmdə yaşlı kişinin (Həsənağa Turabov) gənc qıza (Nataliya Lapina) aşiq olması və cavanlaşmaq arzusu ilə qeyri-adi vasitəyə əl atmasından bəhs edir. İnsan yaşından asılı olmayaraq, nə vaxt istəsə nəyi isə arzulaya bilər. Yaşlı kişilər də o cümlədən. Xüsusilə əgər o, cavan və gözəl bir qadına rast gəlibsə. Həmin kişi mütləq cavan, güclü və cəlbedici olmaq istəyəcək. Filmin qəhrəmanları arasında baş verən münaqişə bu fikir üzərində qurulmuşdur. Bu filmi müasir nağıl adlandırmaq olar. Burada sehrli motivlər də var, müasir həyatın reallığı da. == Film haqqında == Film aktrisa Məleykə Əsədovanın kinoda ilk işidir. Film yazıçı Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" pyesinin motivləri əsasında çəkilmişdir.
Evin kişisi (film, 1978)
== Məzmun == Mövzusu müasir kənd həyatından götürülmüş bu filmdə gənclərin məhəbbətindən, məhəbbətə xəyanətdən, insan mənəviyyatının təmizliyindən bəhs olunur. == Film haqqında == Film yazıçı İsi Məlikzadənin povesti əsasında ekranlaşdırılmışdır. Film quruluşçu operator Kənan Məmmədovun bədii kinoda ilk işidir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İsi Məlikzadə Quruluşçu rejissor: Tofiq Tağızadə Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Əsəd Əsədov Rejissor: Əşrəf Mamayev Montaj: Tamara Nərimanbəyova Geyim rəssamı: A. Əliyev Qrim rəssamı: Firuzə İsmayılova Rejissor assistentləri: Adil İsmayılov, Ş. Əliyeva Operator assistentləri: T. Əlizadə, A. Dadaşov İşıq ustası: Məhəmməd Hacıyev Redaktor: Çingiz Qaryağdı Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Filmin direktoru: Nəriman Axundov === Rollarda === Elza Beaşimova — Əntiqə Fərhad İsrafilov — Rövşən Ömür Nağıyev — Pənah Barat Şəkinskaya — Rövşənin anası Sadıq Hüseynov S. Rəsulova Məlik Dadaşov Əliağa Ağayev Sofa Bəsirzadə Əliabbas Qədirov — Mansur M. Sadıxov Zemfira Sadıqova — Ana Hacı İsmayılov — balıqçı B. Əliyev M. Kərimov A. Quliyev Ötkəm İsgəndərov == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 414.
Gənc Qadının Kişisi (1988)
Gənc qadının kişisi (film, 1988)
== Məzmun == Filmdə yaşlı kişinin (Həsənağa Turabov) gənc qıza (Nataliya Lapina) aşiq olması və cavanlaşmaq arzusu ilə qeyri-adi vasitəyə əl atmasından bəhs edir. İnsan yaşından asılı olmayaraq, nə vaxt istəsə nəyi isə arzulaya bilər. Yaşlı kişilər də o cümlədən. Xüsusilə əgər o, cavan və gözəl bir qadına rast gəlibsə. Həmin kişi mütləq cavan, güclü və cəlbedici olmaq istəyəcək. Filmin qəhrəmanları arasında baş verən münaqişə bu fikir üzərində qurulmuşdur. Bu filmi müasir nağıl adlandırmaq olar. Burada sehrli motivlər də var, müasir həyatın reallığı da. == Film haqqında == Film aktrisa Məleykə Əsədovanın kinoda ilk işidir. Film yazıçı Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" pyesinin motivləri əsasında çəkilmişdir.
Dişsiz balinalar
Dişsiz balinalar, bığlı balinalar (lat. Mystacoceti) — balinakimilər dəstəsindən məməlilər yarımdəstəsi. Üst çənəsində diş əvəzinə "balina bığı" adlanan uzun buynuz lövhələr var (ikinci adı da buradandır). Bığların kənarı uzun qılcıqlara ayrılıb. Dişsiz balinaların qidası olan su orqanizmlərini süzən narın, ələyəbənzər süzgəç əmələ gətirir. Burnunda tək-tək yerləşən vibrislər (duyğu orqanı) var. Başının təpə hissəsində 2 burun dəliyi olur. Dişsiz balinaların ən irisinin uzunluğu 33 m, kütləsi 160 t-dur. 4 müasir fəsiləsinə aid 10 növü məlumdur: Qrenlandiya balinası Seyval Kiçik cənub zolaqlı balina boz balina qozbel balina göy balina finval seyval Kiçik zolaqlı balina Brayde zolaqlı balina. Bütün okeanlarda geniş yayılmışdır.
Dişsiz məməlilər
Cücüyeyənlər (lat. Pilosa) — kəmdişlilər dəstəüstünə aid heyvan dəstəsi.
Kirişi
Kirişi (rus. Кириши — Rusiyada şəhər. Leninqrad vilayətinin Kirişi rayonunun inzibati mərkəzi.
Əkin kişnişi
Əkin keşnişi (lat. Coriandrum sativum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin keşniş cinsinə aid bitki növü. Birillik ot bitkisi olub, sıra ilə düzülmüş uzun saplaqlı və yumurtaşəkilli yarpaqlara malikdir. Çiçək tacı çəhrayı rəngdədir. == Botaniki təsviri == Keşniş bitkisi kök boğazı ətrafında birbirinə yaxın sıx, lakin növbə ilə düzülmüş yarpaq qrupları əmələ gətirir. Tez yetişən sortları zəif, gec yetişənləri isə qüvvəli yarpaqlar əmələ gətirir. Bitkisi silindrik, üzəri qabırğalı, torpaq səthində düz duran, yaxud dirsəkvarı buğumlu, əyilmiş gövdəli olur. Hündürlüyü şəraitdən asılı olaraq 130 sm və daha artıq olur. Xırda, bir evli, ikicinsli çiçəkləri mürəkkəb çətir şəklində gövdəsinin başında yerləşir. Çiçəkləri ilk öncə sadə çətirli, sonra isə 3-5-ci sıralarında baş gövdə və budaqların uclarında yerləşən mürəkkəb çətir əmələ gətirir.
Atəş kisəsi
Atəş kisəsi və ya oqnevoy meşok (rus. огневой мешок) — iki və ya üç tərəfdən kütləvi və cəmləşmiş atəş hücumu həyata keçirmək əvvəlcədən təyin edilmiş ərazi sahəsi. Qarşı tərəfə ən qısa zamanda maksimum ziyan vurmaq üçün hərbi hissənin atəş sistemi daxilində təşkil olunur. Bu, həm cəbhənin ön xəttində, həm də müdafiənin dərinliklərində yerləşə bilər. Bundan Əfqanıstanda sovet qoşunlarına qarşı dəfələrlə tətbiq olunmuşdur. Birinci Qarabağ müharibəsi zamanı həyata keçirilmiş "Çeildağ" əməliyyatı əsnasında ermənilər tərəfindən Azərbaycan hərbçilərinə qarşı da istifadə edilmişdir. Həmçinin, eyni taktikadan İkinci Qarabağ müharibəsi zamanı baş tutan Hadrut döyüşündə Azərbaycan hərbçiləri tərəfindən istifadə edilmişdir.
Plevra kisəsi
Plevra; plevra kisəsi (yun. πλευρά „kənar, cinah, qabırğa“) — döş qəfəsinin içəridən və ağciyərlərin səthini örtən örtən seroz bir qişa. Ağciyərlərin səthini örtən hissəsi visseral ya pulmonal plevra adlanır. Döş qəfəsini daxildən örtən hissəsi parital plevra – lat. pleura parietalis adlanır. Parietal plevranın döş qəfəsinin zirvəsini örtən hissəsi zirvə – lat. pars cupula, qabırğaları örtən hissəsi qabırğa – lat. pars costalis, diafraqmanı örtən hissəsi diafraqma – lat. pars diaphragmatica və divararalığını örtən hissəsi lat. pars mediasternalis adlanır.
Öd kisəsi
Öd kisəsi, ödlük (lat. vesica fella; yun. cholecystis) — insanda ödün toplandığı armudşəkilli kisə. Qaraciyərin sağ payının visseral səthində lat. fossa vesicae felleae üzərində yerləşmişdir; uzunluğu 8–12 sm, eni 3–5 sm və həcmi 40–60 sm³- dir. Öd kisəsi üç hissədən ibarətdir: dibi — lat. fundus vesicae falleae önə və aşağı baxır; cismi — lat. corpus vesicae felleae; boynu — lat. collum vesiceae felleae. Ödlüyün yuxarı səthi birləşdirici toxuma vasitəsilə qaraciyərin ödlük çuxuruna bitişmişdir: bəzən seroz qişa ödlüyü hər tərəfdən əhatə edərək, onun üçün çöz əmələ gətirir.
Ürək kisəsi
Ürək kisəsi və ya perikard (lat. pericardium) konus şəklində olub əsası diafraqmanın vətər mərkəzinə bitişmişdir və zirvəsi yuxarıda ürəyin əsasında olan damarlarla rabitədədir. Bu iki təbəqədən təşkil olunmuşdur: xarici lifli təbəqə — lifli ürək kisəsi — (lat. pericardium fibrosum) və daxili seroz təbəqə — seroz ürək kisəsi — (lat. pericardum serosum). Xarici lifli təbəqə sərt birləşdirici toxumadan təşkil olunaraq qonşu üzvlərlə rabitədədir. Daxili seroz təbəqə iki səfhəyə bölünür: xarici pariyetal səfhə — (lat. lamina parietalis pericardii serosi) və daxili visseral səfhə, yaxud epikard — (lat. lamina visseralis pericardii serosi s. epicardium).
Sidik kisəsi
Sidiklik və ya qədim türkcə Qovuq (lat. vesica urinaria; yun. cystis) sidik-ifrazat sisteminə aid üzv. Sidik üçün bir anbar funksiyasl daşıyır və özü də kişik çanaqda, kişilərdə qasıq birləşməsi ilə düz bağırsaq arasında və qadınlarda qasıq birləşməsinin arxasında, uşaqlıq və uşaqlıq yolunun önündə yerləşmişdir. Sidikliyin yuxarı doğru baxan zirvəsi — lat. apex vesicae (vertex vesicae BNA), aşağı tərəfə çevrilmiş dibi — lat. fundus vesicae və ortada cismi — lat. corpus vesicae vardır. Sidikliyin iki ın və dal səthi iki sağ və sol kənarları vardır. Ön səthi qasıq birləşməsinə və dal səthi kişilərdə düz bağırsağa, qadınlarda isə uşaqlıq və uşaqlıq yoluna baxır.
Risksiz faiz dərəcəsi
Risksiz faiz dərəcəsi (risksiz gəlir dərəcəsi) — müəyyən müddət ərzində maliyyə itkiləri riski olmayan hipotetik investisiya layihəsinin gəlirlilik dərəcəsi. Risksiz faiz dərəcəsi heç bir risk olmadan əldə edilə bildiyi üçün, hər hansı bir risk dərəcəsinə malik olan hər hansı digər investisiya, onu investor üçün cəlbedici etmək üçün daha yüksək gəlir dərəcəsinə malik olacaqdır. Praktikada risksiz faiz dərəcəsini tapmaq üçün risksiz istiqraz seçilir, yəni defolt riski əhəmiyyətli ola bilməyəcək qədər aşağı olan hökumət və ya orqan tərəfindən buraxılan istiqraz. == Nəzəri qiymətləndirmə == Hazırda risksiz faiz dərəcəsinin müəyyən edilməsində fikir ayrılıqlarının olması səbəbindən onun ölçülməsi ilə bağlı vahid konsensus mövcud deyil. Nəzəri risksiz faiz dərəcəsinin şərhlərindən biri İrvinq Fişerin The Theory of Interest (1930) kitabında təsvir etdiyi inflyasiya gözləntiləri konsepsiyası ilə bağlıdır ki, bu da valyuta saxlamağın nəzəri xərcləri və faydalarına əsaslanır. Fişer modelində bir-birini kompensasiya edən iki növ hərəkət kimi təsvir edilmişdir: Pul kütləsinin gözlənilən artımı investorların gələcək gəlirləri cari istehlakdan üstün tutmasına səbəb olmalıdır. Məhsuldarlığın gözlənilən artımı investorların gələcək gəlirləri cari istehlakdan üstün tutmasına səbəb olmalıdır. Risksiz dərəcə müsbət və ya mənfi ola bilər və praktikada gözlənilən risksiz dərəcənin işarəsi müəyyən edilmiş institusional qaydaya əsasən əldə edilir – Tobinin Money, Credit and Capital kitabında təsvir etdiyi arqumentə bənzər. İstehsal qərarlarının və nəticələrinin qeyri-mərkəzləşdirildiyi və proqnozlaşdırılması çətin olan endogen pul təklifi olan bir sistemdə belə bir təhlil risksiz faiz dərəcəsinin birbaşa müşahidə olunmadığı konsepsiyasına dəstək verir. Buna baxmayaraq, bu konsepsiyanın tərəfdarlarının pul emissiyasının dəyərini müsbət bir şey kimi qiymətləndirdiklərini görmək olar.
Abdal Kissi
Abdal Kissi (20 yanvar 1960, Ucda) 1980-ci illərin əvvəllərində səkkiz görüş keçirmiş Mərakeş əsilli Belçikalı aktyor və keçmiş boksçudur. == Bioqrafiyası == Kissi Mərakeşin Ucda şəhərində anadan olmuş və uşaqlıq illərindən Belçikanın Brüssel şəhərinə köçmüşdür. 1980-ci illərin əvvəllərində o, iki nokaut, bir heç-heçə, iki məğlubiyyət və beş qələbədən ibarət olan ümumilikdə səkkiz boks matçı keçirmişdir. Abdal Kissi əvvəlcə qardaşı Mişel Kissi sayəsində, daha sonra isə Jan-Klod Van Dammın bəzi filmlərində baş rollarda oynamışdır. 2006-cı ildə sağçı Mouvement Réformateur (MR) partiyasının namizədi kimi Belçikada keçirilmiş olan yerli seçkilərdə İxelles kommunasından namizəd olmuş, lakin 322 səs əldə edərək seçilməmişdir.
Mişel Kissi
Mişel Kissi (ərəbcə: ميشيل قيسي; Doğum adı: Mohammed Qissi 12 sentyabr 1962, Ucda) 1989-cu ildə çəkilmiş olan "Kikboksçu" döyüş sənəti filmində Tonq Po rolu ilə tanınan Mərakeş - Belçika mənşəli aktyordur. == Bioqrafiyası == Mərakeşin Ucda şəhərində anadan olan Kissi 2 yaşında olarkən Belçikanın Brüssel şəhərinə köçmüşdür. O, yeddi yaşından etibarən boksla məşğul olmağa başlamış və 17 yaşında olarkən isə artıq öz çəki dərəcəsində həvəskar çempion olmuşdur. O, həmçinin də Şotōkan Karate, Muay Thai və Kikboksinq üzrə məşqlər keçmişdir. O, Jan-Klod Van Damm ilə gənc yaşlarında tanış, daha sonra isə dost olmuş və onlar eyni döyüş filmləri və döyüş sənəti məşqlərində sevgi ilə birlikdə böyümüşdürlər. 1982-ci ildə Kissi və Van Damm döyüş filmlərinin ulduzu olmaq ümidi ilə bərabər ABŞ-a köçmüşdürlər.1984-cü ildə ikisi də Breakin filmində köməkçi aktyor kimi çıxış etmişdirlər. Cannon Filmsdə Menahem Qolan ilə görüşdükdən sonra onlar Van Dammın baş rolda oynadığı və turnir döyüşçüsü Suan Paredes rolu ilə Kissinin də kiçik bir rolda iştirak etdiyi çox müvəffəqiyyətli olmuş Qanlı idman filmi də daxil olmaqla üç film üzrə müqavilə imzalamışdırlar.1989-cu ildə Kissi və Van Damm, Van Dammın növbəti dəfə baş rolda oynadığı Kikboksçu filmi üçün bir yerə gəlmiş və filmin əsas mənfi qəhrəmanı olan Tong Po rolunu Kissi canlandırmışdır. 1990-cı ildə isə onlar Kissinin qardaşı Abdal Kissinin mənfi qəhrəman obrazını canlandırdığı Şir ürəkli filmində birlikdə rol almışdırlar. 2014-cü ildə Kissi Salar Zarza ilə bərabər Bara filmini çəkmişdir. Bara və Həmzə obrazları ilə ikili rol oynamışdır.
Süni sidik kisəsi
Süni sidik kisəsi — süni sidiklik orqanı. Sidik kisəsinin funksiyasını dəyişdirmək üçün iki əsas üsul — sidik axınının yönləndirilməsi və sidik kisəsinin rezervuarının dəyişdirilməsi. == İnkişafı == 30 yanvar 1999-cu ildə alimlər laboratoriyada yetişdirilən sidik kisəsinin itlərə uğurla köçürüldüyünü elan etdilər. Bu süni sidik kisələri təxminən bir il itlərdə yaxşı işlədi. 2000-ci ildə insan süni sidik kisəsinin yaradılması üçün yeni prosedur işlənib hazırlanmışdır. Bu prosedur ortotopik neoplazma proseduru adlanır. Bu prosedur xəstənin nazik bağırsağının bir hissəsinin (adətən 35-40 düym) yeni sidik kisəsinin formalaşdırılmasını nəzərdə tutur; lakin bağırsaq toxumasından hazırlanmış bu kisələrin yan təsirləri var idi. 2006-cı ildə "The Lancet"-də biomühəndislik kisələrinin eksperimental transplantasiyasına dair ilk nəşr çıxdı. Tədqiqat, uzunmüddətli təsirləri müəyyən etmək üçün əməliyyatdan sonra 5 il ərzində izlənilən 4-19 yaşa qədər onurğa bifidası olan 7 nəfəri əhatə etdi. Sidik kisələri professor Entoni Atalanın rəhbərlik etdiyi Ueyk Forest Universitetinin Tibb Məktəbindən və Boston Uşaq Xəstəxanasından bioloqlar qrupu tərəfindən hazırlanmış və sınaqdan keçirilmişdir.
Öd kisəsi diskineziyası
Öd kisəsi diskineziyası — Öd kisəsi diskineziyası kisədə funksional dəyişikliklərlə xarakterizə olunan xəstəlikdir. Xəstəlik aşağıdakı kriteriyalarla təyin olunur. Klassik öd sancısı və ya öd ağrısı (yeməkdən sonra küt ağrı, yağlı yeməklərdən sonra narahatlıq və ya səhərə yaxın ağrılar) ilə büruzə verir. USM-də öd kisəsi və öd yollarında daş və ya üzvi dəyişiklik tapılmır, laborator göstəricilər (qaraciyər, xolestaz, pankreatik enzimlər) normaldır. Öd kisəsinin yığılma funksiyasında azalma (artım fraksiyası <35%) və ya öd tərkibində dəyişmə (kristallar, fosfolipid, öd turşusunun duzları) və ya kisə divarında xronik xolesistit əlamətləri tapılır. Ədəbiyyatda bu xəstəlik müxtəlif adlarla adlanır: öd kisəsi diskineziyası, xronik daşsız xolesistit, daşsız öd sancısı və.s. Adların müxtəlifliyi xəstəliyin təbiətinin dəqiqləşmədiyini göstərir və bəzi müəlliflər klinik təzahürə (öd sancısı), bəziləri funksional dəyişikliyə (diskineziya), bəziləri isə morfoloji dəyişikliyə (xroniki iltihab) istinad edirlər.
Öd kisəsi polipləri
Öd kisəsi polipləri — Polip, epitelial səthdən mənfəzə doğru çıxan, epiteldən və ya epitellə örtülü toxumalardan ibarət olan çıxıntışəkilli törəmələrə deyilir. Müxtəlif təbiətli xəstəliklər – iltihabi, neoplastik, distrofik və s. polipləri törədə bilər. Öd kisəsi polipləri autopsiyalarda, çıxarılan kisələrdə görüntüləmə ilə tapıla bilir və təxminən 1–4% əhalidə rastlanır. Əməliyyatönü və əməliyyatdaxili ümumi cəhətlərini nəzərə alaraq öd kisəsi polipləri müqayisəli şəkildə verilir.
Misilsiz cənab Foks (film)
Misilsiz cənab Foks (ing. Fantastic Mr. Fox) — Ves Andersonun rejissorluğu və onun Noa Baumbax ilə birlikdə yazdığı ssenari əsasında çəkilmiş 2009-cu animasiya filmi. Film Roald Dalın eyniadlı uşaq kitabı əsasında çəkilmişdir. Personajları Corc Kluni, Meril Strip, Jason Schwartzman, Bill Mürrey, Willem Dafoe və Owen Wilson səsləndirib. == Filmin şüarı == "Mümkün olmayan hər şeyi unudun.. Fantastik bir dünyaya xoş gəlmisiniz." == Məzmun == Filmin qəhrəmanı Cənab Tülkü bir ailə başçısıdır. O, ailəsini bəsləmək üçün ən hiyləgər, ən vəhşi üsullardan istifadə edir. Uzun müddətdir ki, Cənab Tülkü imkanlı kəndlilərdən toyuq, ördək oğurlamaqdadır. Və artıq insanlar bundan bezib.
Öd kisəsin bəd xassəli şişi
Öd kisəsin bəd xassəli şişi — Öd kisəsi xərçəngi öd yollarının ən çox rast gələn, həzm sisteminin isə beşinci yerdə duran şişidir. Öd sancısı olan xəstələrin təxminən 1%-ində öd kisəsi xərçəngi tapılır. == Risk faktorları == Əksəriyyət şişlər kimi öd kisəsi xərçənginin də etioloqiya və patogenezi dəqiq məlum deyil. Lakin bəzi amillərin kisədə malignizasiya törədə bildiyi ortaya çıxmışdır. Xərçəngönü vəziyyətlərə öd kisəsi adenoması, kirəcləşmiş öd kisəsi, yaşlılarda böyük (> 2 sm) daş, salmonelloz kisə aid edilir. Xərçəng olan öd kisələrində əksər hallarda (~80%) daş və ya adenomatoz poliplər tapılır. Ona görə də bu vəziyyətlərdə erkən xolesistektomiya məsləhət görülür.
Misilsiz cənab Foks (cizgi filmi, 2009)
Misilsiz cənab Foks (ing. Fantastic Mr. Fox) — Ves Andersonun rejissorluğu və onun Noa Baumbax ilə birlikdə yazdığı ssenari əsasında çəkilmiş 2009-cu animasiya filmi. Film Roald Dalın eyniadlı uşaq kitabı əsasında çəkilmişdir. Personajları Corc Kluni, Meril Strip, Jason Schwartzman, Bill Mürrey, Willem Dafoe və Owen Wilson səsləndirib. == Filmin şüarı == "Mümkün olmayan hər şeyi unudun.. Fantastik bir dünyaya xoş gəlmisiniz." == Məzmun == Filmin qəhrəmanı Cənab Tülkü bir ailə başçısıdır. O, ailəsini bəsləmək üçün ən hiyləgər, ən vəhşi üsullardan istifadə edir. Uzun müddətdir ki, Cənab Tülkü imkanlı kəndlilərdən toyuq, ördək oğurlamaqdadır. Və artıq insanlar bundan bezib.