Sidik kisəsi

Sidiklik və ya qədim türkcə Qovuq (lat. vesica urinaria; yun. cystis) sidik-ifrazat sisteminə aid üzv. Sidik üçün bir anbar funksiyasl daşıyır və özü də kişik çanaqda, kişilərdə qasıq birləşməsi ilə düz bağırsaq arasında və qadınlarda qasıq birləşməsinin arxasında, uşaqlıquşaqlıq yolunun önündə yerləşmişdir. Sidikliyin yuxarı doğru baxan zirvəsi — lat. apex vesicae (vertex vesicae BNA), aşağı tərəfə çevrilmiş dibi — lat. fundus vesicae və ortada cismi — lat. corpus vesicae vardır. Sidikliyin iki ın və dal səthi iki sağ və sol kənarları vardır. Ön səthi qasıq birləşməsinə və dal səthi kişilərdə düz bağırsağa, qadınlarda isə uşaqlıquşaqlıq yoluna baxır. Bəzi müəlliflər sidiklikdə sidik kanalı başlayan yerdə boyun — lat. cervix vesicae qeyd edirlər. Sidikliyin hündürlüyü 14 sm və ən böyük köndələn diametri 10,5 sm-ə bərabərdir; tutumu kişilərdə 750 sm³ və qadınlarda 650 sm³, bəzi şəxslərdə bir litrə qədər olur; patoloji hallarda daha artıqdır. Kişilərdə sidiklik armud formasında olur. Qadınlarda isə sidiklik dal tərəfdən uşaqlıqla basıldığı üçün yastılaşır, eni kişilərinkindən bir qədər artıq olur, yan tərəflərində lat. recessus lateralis adlanan ciblər əmələ gəlir.

Sidiklik
Sidikliyin quruluşu
Sidikliyin quruluşu
Latınca Vesica urinaria
Yunanca Cystis
Qrey subyekt 28 1227
Sistem İfrazat
Vena lat. plexus venosus vesiculis
lat. venae vesicales
Sinir lat. plexus vesicalis inferior
Limfa qalşa limfa düyünləri
Embrional Urogenital sinus
MeSH Bladder
Dorlands/Elsevier Urinary bladder
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Divarının quruluşu

[redaktə | mənbəni redaktə et]

Yaş və fərdi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Vaskulyarizasiyası və innervasiyası

[redaktə | mənbəni redaktə et]
  • Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979
  • Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)