Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Patrinc
Patrinc, Voskehat — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km masafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Batrınc formasında qeyd edilmişdir. Toponim urartu dilində «şəhər» mənasında işlənən patar sözü əsasında yaranmışdır. Ənənəyə görə, Patrinc adı kənddə tapılan Patrinc çiçəyinin adından yaranmışdır. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin I. XII. 1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Voskeat qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 51 nəfər, 1873 - cü ildə 327 nəfər, 1886-cı ildə 449 nəfər, 1897-ci ildə 463 nəfər, 1908-ci ildə 526 nəfər, 1914 - cü ildə 640 nəfər, 1916-cı ildə 599 nəfər,, 1918-ci ildə 526 nəfər,, 1919 - cu ildə 310 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ilin yazında kəndin köklü sakinləri olan azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla deportasiya edilərək kəndə ermənilər yerləşdirilmişdir.
Lutrinae
Susamurları (lat. Lutrinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Altfəsiləyə ümumilikdə 13 növ aiddir. == Təsviri == Susamurları bir qayda olaraq uzun bədənlərə, yumru başa sahib olurlar. Barmaqları arasında pərdə vardır. Quyruqları uzun və güçlüdür. Bura daxil olan bəzi növlərin fərdləri 1 metrdən çox uzunluğa və 45 kq çəkiyə sahib olur (Braziliya susamuru, dəniz susamuru). Onların xəzi bir qayda olaraq boz-qəhvəyi rəngdə olur. 1 mm² dəriyə 1000 tük düşür İki tip tükə sahib olurlar. Qulaqları olduqca kiçik olur.
Latina
Latina — İtaliyanın Latsio Bölgəsində eyni adı daşıyan Latina vilayətinin mərkəzi olan bir şəhər.
Canis latrans
Koyot (lat. Canis latrans) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Yarımnövləri == 19 yarımnövə ayrılır:: Canis latrans latrans Canis latrans cagottis — Meksika ərazisində yaşayır. Canis latrans clepticus — Kaliforniya ərazisində yaşayır. Canis latrans dickeyi — Salvador ərazisində yaşayır Canis latrans frustror — Kanzas ştatının şərqindəyaşayır. Arkanzas, Texas, Oklaxoma və Missuri ştatlarında da rast gəlinir. Canis latrans goldmani — Beliz ərazisində yaşayır. Canis latrans hondurensis — Honduras ərazisində yaşayır. Canis latrans impavidus — Meksika ərazisində yaşayır. Canis latrans incolatus — Alyaskada və Kanadanın bir hissəsində yaşayır.
Katerine Torrans
Katerine Torrans (d. 10 oktyabr 1998) — Böyük Britaniyalı suya tullanan. Katerine Torrans Böyük Britaniyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Katerine Torrans birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 236.75 xal toplayaraq 10-cu yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə Torrans 255.40 xal toplayaraq 4-cü oldu və yarışı medalsız başa vurdu.
Katrina Kaif
Katrina Kaif (16 iyul 1983, Honkonq) — Böyük Britaniyalı Hindistan kino aktrisası və modeli. == Həyatı == 16 iyul 1983-cü ildə Honkonqda anadan olmuşdur, bir müddət Havayda yaşadıqdan sonra Londona köçmüşdür. Atası əslən Kəşmirdən anası isə Böyük Britaniyalıdır. Aktrisanın hər iki valideyni Böyük Britaniya vətəndaşlarıdır. Atası əslən qafqaz kökənlidir.
Katrina Kef
Katrina Kaif (16 iyul 1983, Honkonq) — Böyük Britaniyalı Hindistan kino aktrisası və modeli. == Həyatı == 16 iyul 1983-cü ildə Honkonqda anadan olmuşdur, bir müddət Havayda yaşadıqdan sonra Londona köçmüşdür. Atası əslən Kəşmirdən anası isə Böyük Britaniyalıdır. Aktrisanın hər iki valideyni Böyük Britaniya vətəndaşlarıdır. Atası əslən qafqaz kökənlidir.
Katrina Law
Katrina Lo (ing. Katrina Law; d. 1 yanvar 1985, Nyu Cersi) — Alman, italyan və Tayvan mənşəli ABŞ-lı model və aktrisa. == Həyatı == O, həmçinin özünün "Soundboard Fiction"da vokalist və bas gitaraçıdır. Televiziya serialı olan "Spartak: Qan və Qum" və "Spartak: İntiqam"-da Mira (Battiatusun evində kölə) rolunu canlandırmışdır. Həmçinin "Ox" adlı filmdə Nyassa al Ghul rolu ilə də tanınır. 2013-ci ilin yazında "Ölüm Vadisi"filminin çəkilişi başladı. Fevral 2014-cü ildə televiziya seriyası "Ox" ortaya çıxdı.
Katrina Lo
Katrina Lo (ing. Katrina Law; d. 1 yanvar 1985, Nyu Cersi) — Alman, italyan və Tayvan mənşəli ABŞ-lı model və aktrisa. == Həyatı == O, həmçinin özünün "Soundboard Fiction"da vokalist və bas gitaraçıdır. Televiziya serialı olan "Spartak: Qan və Qum" və "Spartak: İntiqam"-da Mira (Battiatusun evində kölə) rolunu canlandırmışdır. Həmçinin "Ox" adlı filmdə Nyassa al Ghul rolu ilə də tanınır. 2013-ci ilin yazında "Ölüm Vadisi"filminin çəkilişi başladı. Fevral 2014-cü ildə televiziya seriyası "Ox" ortaya çıxdı.
Katrina qasırğası
"Katrina" qasırğası - Amerika Birləşmiş Ştatları tarixində ən dəhşətli tufan. Qasırğalar içərisində Katrinanın adı tez-tez çəkilir. Katrina qasırğası ABŞ tarixində ən dağıdıcı qasırğalarındandır. Daha çox Atlantik okeanında baş verən Katrina 1890-cı ildən məşhurdur. Bu qasırğadan ən çox 1928-ci ildə New Orleansda meydana gəlib. Onun ardınca Luizianı sel basıb. Qasırğa Missisipi sahilinin qarşısında və Alabamada şiddətini artırıb və şəhərin böyük qisminin yox olmasına gətirib çıxarıb. Həmin vaxt New Orleansın 80 faizi sular altında qalıb. Katrina 1836 insanın ölümünə səbəb olub. 81,2 milyard dollarlıq vurduğu ziyanla ABŞ-nin ən qorxulu yuxusuna çevrilib.
Kickxia elatine
Kickxia elatine (lat. Kickxia elatine) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin kiksiya cinsinə aid bitki növü.
Martine Crefcoeur
Martine Crefcoeur (nid. Martine Crefcoeur; 23 may 1935 – 18 aprel 2020) — Hollandiya teatr və kino aktrisası.
Elatine ammannioides
Ammaniyayabənzər bergiya (lat. Bergia ammannioides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin elatinaceae fəsiləsinin bergiya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Lechea verticillata Willd. === Heterotipik sinonimləri === Sagina ammannioides B.Heyne ex Wall. Tillaea rubella Blanco Bergia ammannioides var. glaber Abdallah & Sa'ad Bergia ammannioides var. pentandra Wight Bergia oryzetorum Fenzl ex Zoll. Bergia pentandra Cambess. ex Guill. & Perr.
Lusekia laurina
Dəfnəyarpaqlı söyüd (lat. Salix pentandra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Avrasiyanın meşə və çöl zonalarını əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 16 m-dək (bəzən 3- 5 m), gövdəsinin diametri 75 sm olan yumurtavari çətirli ağac və ya şaxələnmiş kiçik koldur. Cavan budaqları yapışqanlıdır, illik budaqları qara-qonur və ya sarımtıl rəngli, çılpaq və parlaqdır. Qoca gövdələrinin qabağı boz və ya tünd qonur, yarıqlı və pulcuqludur. Tumurcuqları yumurtavari, əyilmiş, hər iki tərəfi qonur, parlaqdır. Yalançı zoğları uzunsov və ya enli-yumurtavari, vəzicikli dişli, tez töküləndir. Yarpaqları möhkəm, dərili, üstü tünd yaşıl, parlaq, alt tərəfi açıq, yumurtavari-uzunsovdan enli-lansetvari, uzunluğu 5-13 sm, eni 2-4 sm, bünövrəsi küt, ucu iti, tamam çılpaqdır. Saplağı çılpaq, uzunluğu 0,2-1,4 sm-dir.
Salix laurinea
Salix phylicifolia (lat. Salix phylicifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Salix arbuscula var. phylicifolia (L.) Rchb. Vimen phylicifolia (L.) Raf.
Carine noctua
Dam xarabaçılı (lat. Athene noctua) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin xarabaçıl cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 25 sm, kütləsi 150-170 q-a çatır. Erkək və dişilərinin rəng çalarları oxşardır: beli açıq qəhvəyi və ya qumsal, kürək lələklərində dairəvi ağ xallar var. Mərkəzi və Cənubi Avropada, Şimali Afrikada və Asiyada (Asiyanın şimalı istisnadır) yayılıb. Oturaq həyat tərzi keçirir. Kiçik gəmiricilərlə, həşəratlarla, nadir hallarda isə kiçik quşlarla qudalanır.
Elena Satine
Elena Satine (gürc. ელენა სატინი, 24 noyabr 1987, Tbilisi, Gürcüstan SSR, SSRİ) — gürcü əsilli amerikalı aktrisa.
Karine Ğazinyan
Karine Ğazinyan — Ermənistan Respublikası xarici işlər nazirinin müavini (2009–2011). == Həyatı == Karine Ğazinyan 1955-ci ildə İrəvan şəhərində anadan olub. 1977-ci ildə İrəvan Dövlət Universitetinin alman dili fakültəsini bitirib. Təhsilini başa vurduqdan sonra 4 il Mozambikdə SSRİ səfirinin köməkçi-katibi, 1983–1988-ci illərdə Portuqaliyada SSRİ səfirinin köməkçisi vəzifələrində çalışıb. 1988–1992-ci illərdə Moskvada 31 nömrəli liseydə ingilis dili müəllimi, 1992–1994-cü illərdə İrəvan Dövlət Universitetində ingilis və portuqal dillərindən dərs deyib. Ermənistanın Rumıniyada və Almaniyada fövqəladə və səlahiyyətli səfiri olub. 2009-cu il mart ayından 2011-ci il sentyabradək Ermənistan xarici işlər nazirinin müavini vəzifəsini tutub. 2011-ci il sentyabr ayında Ermənistan Respublikasının Böyük Britaniya və Şimali İrlandiyadakı səfiri təyin olunub. Karine Ğazinyan 57 yaşında qəflətən Los-Ancelesdə müalicə olunduğu xəstəxanada əməliyyat zamanı vəfat edib. Ermənistan Respublikasının Mxitar Qoş medalı və Rumıniya Böyük Xaç Ordeni ilə təltif olunub.
Katrin Denöv
Katrin Denöv (Catherine Deneuve) (22 oktyabr 1943) — məşhur Fransa aktrisası. == Həyatı == Katrin Denövü "Fransanın meqaulduzu" adlandırırlar. 1943-cü il Paris doğumlu olan 67 yaşlı aktrisa çoxdan dünya kinematoqrafının incisinə çevrilib. Aktrisa musiqili "Şerbur çətirləri" (1964) filminin Kann uğurundan sonra ulduz statusu alıb. Növbəti ildə o, Roman Polanskinin "Nifrət" psixoloji trillerində baş rolu ifa etmişdir. Sonrakı illərdə Luis Bunyuel ("Tristana", 1970) və Fransua Tryuffo ("Sonuncu metro", 1980) kimi rejissorlarla işləyib. Onun ən cəsarətli ifalarından biri Bunyuelin "Günorta gözəli" (1967) filmi sayılır. == Filmoqrafiya == Şerbur çətirləri (film, 1964) / Les Parapluies de Cherbourg Roşforlu qızlar (film, 1967) / Les Demoiselles de Rochefort Axırıncı metro (film, 1980) / Le Dernier Métro 8 qadın (film, 2002) == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Katrin Denöv — IMDb səhifəsi Катрин Денев: Мое первое культурное потрясение. Интервью актрисы на интернет-канале ИСКУССТВО ТВ Отрывки из книги Плахова про Катрин Денёв Катрин и Франсуаз Дорлеак.
Katrin Hoffmann
Katrin Hoffmann (5 iyul 1978) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Katrin Hoffmann Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Katrin Mansfild
Katrin Mansfild Boçamp Murri — Görkəmli modernist Yeni Zelandiyada doğulmuş İngilis qısa hekayə yazıçı.19 yaşında Katrin Yeni Zelandiyanı tərk etmiş və İngiltərdə məskunlaşmışdır.İngiltərədə o,modernist yazıçılar Oldes Haksli, David Lavrens və Virciniya Vulf ilə dostluq əlaqləri yaratmışdır.Onun qısa hekayələrində şüur axınından istifadə olunmuşdur.1917-ci ildə vərəm diaqnozu qoyulur.34 yaşında Fransada vəfat edir. == Həyatı == Mansfild 1888-ci ildə Vellinqtonda görkəmli ailədə dünyaya gəlmişdir.Atası Yeni Zelandiya bankının müdüri idi və cəngavər tituluna layiq görülmüşdü.1893-cü ildə Mansfild ailəsi Torndondan Karoriyə köçür.Katerina burada uşaqlığının ən xoşbəxt illərini keçirir.Sonralara Prelüd hekayəsində bu illərdən yazır. 9 yaşında "Enna Blake" adlı ilk hekayəsi çap olunur. 1903-cü ildə Queens College-ə daxil olur və bacıları ilə birgə Londonda köçür.Burada Cənubi Afrikadan olan yazıçı İda Beyker(Lesli Mur kimi də tanınır) ilə tanış olur və ömrünün axırına qədər dost qalır. Mansfild 1903-1906-cı illər arasında Belçika və AlmaniyayIa səyahət edir.Almaniyada olduğu müddətdə Anton Çexovun əsərləri ilə tanış olur.İngiltərədə təhsilini başa vurduqdan sonra Zelandiyaya qayıdır və qısa hekayələr yazmağa başlayır.2 il sonra yenidən Londona qayıdır.Atası ona illik 100 sterlinq göndərirdi. Həm qadınlar,həm də kişilərlə sevgi münasibətləri oldu.İlk qadın sevgilisi Maorili Maata Mahupuku(bəzən Marta Qreys kimi də tanınır) olmuşdur.Özü tez-tez Maatanı Şarlotta deyə çağırırdı.Maata haqqında bir neçə qısa hekayəsində də yazdı.Maata 1907-ci ildə evləndi.Katrinin ikinci belə münasibəti Edif Katlin Bendal ilə oldu.Bu münasibət 1906-1908-ci illər arasında davam etdi.Sonralar Beatris Hastinqslə sevgili olur. İlk evliliyini 1909-cu ildə Corc Braunla edir.Amma həmin gün Corcu tərk edir.1918-ci ildə Katrin Con Midlton Marri ilə evlənir. I Dünya Müharbəsində sevimli qardaşı "Çammi"nin ölümündən sonra yaradıcılığında Zelandiyadakı uşaqlıq illərinə sığındı.Daha çox nostalgiyaya yer verdi.Mansfildin ailəsi ilə bağlı xatirələri Bliss(1920) hekayələr kitabında yer alır.Həyatı boyu sadəcə 3 hekayələr kitabı nəşr olunur. Əsərlərinin çoxu ölümündən sonra ikinci həyat yoldaşı tərəfindən çap olunur,halbuki özü əsərlərinin yandırılmasını vəsiyyət etmişdi. Şəxsiyyətinin bəzi yönləri Lavrensin,Oldos Hakslinin,Fransis Karlonun və Konrad Aykenin bəzi əsərlərindəki obrazlar üçün ilham mənbəyi olmuşdur.
Katrin Pul
Katrin Pul (d. 4 aprel 1994) — Almaniyanı təmsil edən bədii gimnast. Katrin Pul 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Katrin Pul 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mira Bimperlinq, Yudit Hauser, Nikola Müller, Kamilla Pfeffer və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Katrin Yakobsdouttir
Katrin Yakobsdouttir (isl. Katrín Jakobsdóttir; 1 fevral 1976, Reykyavik) — 2017-ci ildən etibarən İslandiyanın Baş naziri vəzifəsini icra edən island siyasətçi. == Həyatı == Katrin Reykyavikdə anadan olub. 1999-cu ildə İslandiya Universitetini bitirib, bakalavr dərəcəsini island və fransız dilləri üzrə alıb. 2004-cü ildə eyni universitetdən island ədəbiyyatı üzrə magistr dərəcəsini məşhur island cinayət yazarı Adnaldyur İndridason haqqında tezisi ilə aldı. Katrin Qunnar Siqvaldason ilə evlidir və üç oğul anasıdır. İslandiya siyasətində, akademiyasında və ədəbiyyatında bir çox görkəmli insanlar yetişdirən ailədəndir. İslandiya Universitetində humanitar elmlər professoru olan əkiz qardaşlar Armann Yakobsson və Sverrir Yakobssonun kiçik bacısıdır. Katrin siyasətçi və hakim Skuli Toroddsen və şair Teodora Toroddsen və mühəndis və millət vəkili Siqurdur Toroddsenin nəvəsidir. Şair Daqur Siqurdarson onun dayısıdır.
Katrin adası
Katrin adası (ing. Catherine adası) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Ada Baranov adasının şimal-şərq sahillərində yerləşir. İnzibati cəhətdən Sitka şəhərinin bir hissəsidir. 1935-ci ildə ABŞ Meşə Xidməti adanı Rus İmperatriçəsi Yelizaveta Petrovnanın şərəfinə Katrin adlandırır. Təxminən 16 km uzunluğundadır. Adanın sahəsi 86,94 km²-dir. Daimi əhalisi yoxdur.
Latina (vilayət)
Latina (it. Provincia di Latina) — İtaliya da vilayət, Lasio regionun cənubunda yerləşir, Tirren dənizi sahilində. == Coğrafiya == Vilayətin əhəmiyyətli bir hissəsi ən yüksək nöqtəsi Monte Petrella (1533 metr) olan əhəngdaşı təpələri və Aurunci (it. Monti Aurunci) dağları tərəfindən əhatə olunmuşdur. Düz ərazi olan Aqro Pontino (it. Agro Pontino) əvvəl bataqlıqlar oluşmuşdur 20-ci əsrdə əkinçilik üçün qurudulmuşdur. Həm də Tirren dənizində yerləşən Ponsian adaları vilayətə daxildir. == Şəhərlər == Demək olar ki, vilayətin bütün şəhərləri qədim romalılar tərəfindən əsası qoyulmuşdur.