Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Karine Ğazinyan — Ermənistan Respublikası xarici işlər nazirinin müavini (2009–2011).
Karine Ğazinyan | |
---|---|
erm. Կարինե Ղազինյան | |
Ermənistan xarici işlər nazirinin müavini | |
2009 – 2011 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İrəvan |
Vəfat tarixi | (57 yaşında) |
Vəfat yeri | Los-Anceles |
Təhsili | |
Fəaliyyəti | diplomat, siyasətçi |
Karine Ğazinyan 1955-ci ildə İrəvan şəhərində anadan olub. 1977-ci ildə İrəvan Dövlət Universitetinin alman dili fakültəsini bitirib.
Təhsilini başa vurduqdan sonra 4 il Mozambikdə SSRİ səfirinin köməkçi-katibi, 1983–1988-ci illərdə Portuqaliyada SSRİ səfirinin köməkçisi vəzifələrində çalışıb.
1988–1992-ci illərdə Moskvada 31 nömrəli liseydə ingilis dili müəllimi, 1992–1994-cü illərdə İrəvan Dövlət Universitetində ingilis və portuqal dillərindən dərs deyib.
Ermənistanın Rumıniyada və Almaniyada fövqəladə və səlahiyyətli səfiri olub. 2009-cu il mart ayından 2011-ci il sentyabradək Ermənistan xarici işlər nazirinin müavini vəzifəsini tutub.
2011-ci il sentyabr ayında Ermənistan Respublikasının Böyük Britaniya və Şimali İrlandiyadakı səfiri təyin olunub.
Karine Ğazinyan 57 yaşında qəflətən Los-Ancelesdə müalicə olunduğu xəstəxanada əməliyyat zamanı vəfat edib[1].
Ermənistan Respublikasının Mxitar Qoş medalı və Rumıniya Böyük Xaç Ordeni ilə təltif olunub.
Ğazinyan rus, alman, rumın, ingilis və portuqal dillərini bilirdi.